Bizi izləyin:
Heydər Əliyev
Aybəniz Qadaşova
Dosent
Aybəniz Qadaşova
Müəllim,Tədris işləri üzrə kafedra müdirinin müavini
Bioqrafiya

Qadaşova Aybəniz Azik qızı 2008-ci ildə Azərbaycan Dillər Universitetinin Roman-German filologiyası fakültəsinin İngilis dili və ədəbiyyatı ixtisasının bakalavr pilləsini, 2011-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Qadaşova A.A. Azərbaycan Tibb Universitetinin Xarici dillər kafedrasında 2011-ci ildən 0,5 ştat vahidi, 2016-cı ildən isə 1 ştat vahidi ilə müəllim vəzifəsində işləyir. 2019-cu ildə tədris işləri üzrə kafedra müdirinin müavini vəzifəsinə təyin edilmişdir. 2023-cü ildə baş müəllim vəzifəsinə, 2025-ci ildə dosent vəzifəsinə təyin olunmuşdur.  2022-ci ilin oktyabr ayında namizədlik dissertasiyasını tamamlayaraq müdafiə etmiş, filologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 4 oktyabr 2024-cü il tarixindən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantıdır, “İkidilliliyin sosiolinqvistik və psixolinqvistik aspektləri” adlı doktorluq disertasiya mövzusu üzərində işləyir. A.A. 2023-cü ildən Stomatologiya fakültəsinin TEC-nin rəhbəridir. Qadaşova A.A. dəfələrlə istər xarici ölkələrdə, istərsə də Azərbaycanda bir sıra təkmilləşdirmə kurslarında iştirak edərək sertifikatlar qazanmışdır. Bununla bağlı olaraq 2014-cü ildə Birləşmiş Krallığın Glazgo, Esseks universitetleri, həmçinin Avropa və Orta Asiyanın ixtisas təhsili verən bir çox universitetlərinin cəlb olunduğu Tempus FLEPP (Foreign Language Education for Professional Purposes) layihəsində iştirak etmişdir.  ATU rəhbərliyinin təşəbbüsü və ABŞ səfirliyinin dəstəyi  təşkil olunmuş təhsilin ən aktual məsələlərinə (CLT – Communicative Language Approach to language teaching; Tech in the Student Centered Class” ,“How to use Quizlet for medicai students?”, “Creating Google Classrooms”, “Teacher Professional Development at ATU”) dair mis. Tiffany Tillmanın apardığı təlimlərdə iştirak etmişdir. Tiffany Tillman tərəfindən “ATU – Professional Learning Network”(PLN) layihəsi çərçivəsində “Tədris  proqramı və sillabus tərtibatı”, “Strateji planlaşdırma və proqram qiymətləndirilməsi” mövzularında aparılan təlimlərdə Aybəniz Qadaşova köməkçi-tərcüməçi kimi iştirak etmiş və rektor G.Gəraybəyli tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. Bundan əlavə Pakistanın Rifah Universiteti və ATU-nun təşkilatçılığı ilə keçirilən “İCME-2023” Tibb Təhsili üzrə Beynəlxalq Konfransın Təşkilat komitəsinin üzvlərindən biri olaraq tərcüməçi kimi iştirak etmişdir. Qadaşova A.A. 2 dərslik, 1 monoqrafiya və 40-dan çox məqalə və tezislərin müəllifidir.

Akademik fəaliyyət

2025-dən hal-hazıradək Dosent /Azərbaycan Tibb Universiteti

2023-2024 Baş müəllim /Azərbaycan Tibb Universiteti

2023 Stomatologiya fakütəsinin TEC rəhbəri / Azərbaycan Tibb Universiteti

2019 Stomatologiya fakültəsinin Elmi Şurasını üzvü /Azərbaycan Tibb Universiteti

2019-dan hal-hazıradək Tədris işləri üzrə müdir müavini/ Azərbaycan Tibb Universiteti

2011-2023 Müəllim/ Azərbaycan Tibb Universiteti

Təhsil

2024-cü ildən hal-hazıradək  Filologiya üzrə elmlər doktoru Azərbaycan Milli Elmlər Akademiyası

2018-2023  Filologiya üzrə fəlsəfə doktoru Azərbaycan Milli Elmlər Akademiyası

2008-2011 Xarici ölkə xalqlarının ədəbiyyatı ixtisası üzrə magistr proqramı Azərbaycan Dillər Universiteti

2004-2008 İngilis dili və ədəbiyyatı ixtisası üzrə bakalavr proqramı Azərbaycan Dillər Universiteti 

Nailiyyətlər (adlar)

 

2023 “Effektiv kurikulum/sillabus tərtibatı” və “Effektiv strateji planlaşdırma və proqramların qiymətləndirilməsi” seminarları çərçivəsində verdiyi töhvəyə görə Universitet rektoru tərəfindən təşəkkürnamə

 

Peşə və pedaqoji inkişaf

2025 Arizona Dövlət Universiteti tərəfindən təşkil olunmuş “TESOL” kursu

2025 “Coursera”

2023  “Effective Curriculum/Syllabus design” təlimi Azərbaycan, ATU-

2023 TEFL-xarici dil  müəllimləri üçün  təlim Azərbaycan

2023 “English Language Teaching” müəllimlər üçün təlimTürkiyə-

2022 C1 səviyyəsi üzrə İngilis dili kursu İngiltərə

2020 “APTİS” - müəllimlər üçün təlim Azərbaycan-2020

2019  “TKT” (Teaching Knowledge Test) Module 2 , Band 3 Azərbaycan

2018 “TKT” (Teaching Knowledge Test) Module 1 Band 3 Azərbaycan,

2017 C1 səviyyəsi üzrə İngilis dili kursu Deutsch Akademi Avstriya, Vyana

2016 C1 səviyyəsi üzrə İngilis dili kursu Stay Academy İngiltərə

2014 “FLEPP Tempus” müəllimlər üçün təlim Qırğızıstan, Karakol-

2013 C1 səviyyəsi üzrə İngilis dili kursu SKOLAİngiltərə, London

Kitab

1. “Foreign Language (English) in business and academic communication for masters in Pharmacy” Dərslik. , “Təbib” nəşriyyatı, Azərbaycan Tibb Universiteti, Bakı, 2023. Səh 94

2. “Foreign Language (English) in business and academic communication for masters in Clinical Psychology” Dərslik, “Təbib” nəşriyyatı, Azərbaycan Tibb Universiteti, Bakı.   2023, səh.316

3. Azərbaycan və ingilis nağıllarında qəliblərin tipologiyası- Monoqrafiya.Bakı, Elm və təhsil, 2023, səh. 137

Məqalə

1. Xarici dil dərslərində şifahi nitqin inkişaf etdirilməsində lüğətin rolu- Filologiya məsələləri № 8, Azərbaycan Milli Elmlər Akademiyası, M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2024 səh. 14-19.


orcid DOI
Məqalə

İngilis dilində frazeoloji birləşmələrin növləri və Azərbaycan dilində işlənmə yeri- Filologiya məsələləri № 7, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2024, səh. 233-238.


orcid DOI
Məqalə

Economic metaphors in the language of business- Young scientist № 5 (129), Ukraine, 2024, p. 17-21.


orcid DOI
Məqalə

The Category of Tense: Evolution, Cultural Characteristics and Influence of Technology- Ad Alta journal of interdisciplinary research № 14, issue 1, special XLL, April 2024, p. 220-224.


orcid DOI
Məqalə

İngilis ədəbiyyatında tarixən baş vermiş dəyişikliklər- Filologiya məsələləri № 3, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2024, səh. 144-149


orcid DOI
Məqalə

Müasir ingilis dilində inkarlıq ifadə edən ədatlar və onların leksik-semantik təhlili- Filologiya məsələləri № 2, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2024, səh. 10-16.


orcid DOI
Məqalə

Azərbaycan və ingilis nağıllarında təhkiyə formullarının tipoloji xüsusiyyətləri  “From the 20th of January to Karabakh Victory”, the XXXIV International Sientific Symposium, 28 th of January, Kars, Turkiye, 2023, p. 38-43


orcid DOI
Məqalə

Ритуально-мифологическая семантика финальных формул в Азербайджанских сказках- Colloquium-journal № 2 (125), Czesc 2, Warszawa, Poland, 2022, p. 22-25


orcid DOI
Məqalə

Пространственные формулы фольклорной сказки- Traektoria Nauki (Path of Science) № 12, volume 7, International Electronic Scientific Journal, Slovak Republic, 2021, p. 6001-6006


orcid DOI
Məqalə

Анализ финальных формул на основе английских сказок- Казанская Наука № 1, Казанский издательский дом, Казань, Российская Федерация, 2021, стр. 47-50


orcid DOI
Məqalə

The Formulas in the English Fairy Tales- Advanced Science, Сборник статьей XI международной научно-практической конференции (XI International Scientific Conference), Пенза, Российская Федерация, 17 января, 2020, стр. 144-146


orcid DOI
Üzv olduğu qurum

YAP- Yeni Azərbaycan Partiyası