Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Hüseynova Zülfiyyə  1987-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universitetinin) Filologiya – ingilis dili müəllimi fakultəsinə daxil olmuş və 1992.ci ildə həmin fakultəni bitirmişdir.  Azərbaycan Tibb Universitetinin Xarici dillər kafedrasında 1992-ci ildə baş laborant vəzifəsində çalışmağa başlamışdır. 1999-cu ildən 1 ştat vahidi, dərs yükünün azalması ilə əlaqədar 2019-cu ildən 0,75 ştat vahidi, dərs yükünün çoxalması ilə əlaqədar 2022-ci ildən isə 1 ştat vahidi ilə müəllim vəzifəsində işləyir.  Bir sıra təkmilləşdirmə kurslarında iştirak edərək sertifikatlar qazanmışdır. Bununla bağlı olaraq 2019-2020-ci illərdə APTIS ixtisasartırma kursunda, TEFL, American English – (americanenglishwebinars.com) kurslarında iştirak etmişdir. Eyni zamanda,  “Interpretation of English culturally colored idioms” və “The main differences between modal verbs, auxiliary verbs and phrasal units” mövzuları üzrə “Elm və innovasiyalar: müasir konsepsiyalar” (Moskva, 2024) beynəlxalq elmi forumunun iştirakçısıdır.  20-dən çox məqalənin müəllifidir.

Akademik fəaliyyət

1999-dan hal-hazıradək  Müəllim/  Azərbaycan Tibb Universiteti

1992 Baş laborant/  Azərbaycan Tibb Universiteti

Təhsil

1987-1992 Filologiya –ingilis dili müəllimi fakültəsi Azərbaycan Dillər Universiteti 

Peşə və pedaqoji inkişaf

“Interpretation of English culturally colored idioms” və “The main differences between modal verbs, auxiliary verbs and phrasal units” mövzuları üzrə “Elm və innovasiyalar: müasir konsepsiyalar” (Moskva, 2024) beynəlxalq elmi forumu

2022  “İnsan tanıma sənəti” layihəsi CIBS Europe

2019-2020 APTIS ixtisasartırma kursu

2019 TEFL kursu American English-americanenglishwebinars.com

Məqalə

1. “The Main Differences Between Modal Verbs, Auxiliary Verbs and Phrasal Units”, Наука и инновации – современные концепции jurnalı, Bakı, 2024, 

2. “Interpretation of English Culturally Colored Idioms”, Наука и инновации – современные концепции jurnalı, Bakı, 2024, səh. 27,

3. İngilis dilindən Azərbaycan dilinə yeni sözlərin tərcüməsi prosesində nəzərə çarpan uyğunluqlar və çətinliklər haqqında, Filologiya məsələləri jurnalı, №12, Bakı, 2023.

4. Müasir ingilis dilində qrammatik materialın kommunikativ metod və üsullarla tədris olunması, Filologiya məsələləri jurnalı, №4, Bakı, 2023.

5.  Pragmatics, Discourse and Literary Text, The Scientific Heritage jurnalı, No. 98 (98), Budapest, Hungary, 2022, səh. 47–50

6. Organization and Conduct of Vocabulary Work in English Lessons, Innovations and Prospects of World Science, XV Beynəlxalq Elmi-Praktik Konfransın materialları, Vancouver, 12–14 oktyabr 2022, səh. 132–137.

7. Dil tədrisində vacib məqamlar, Dilçilik İnstitutu nəşri, Bakı, 2021, səh. 29–33.

8. Linqvomədəniyyətşünaslıqda konsept baxışı, Filologiya məsələləri jurnalı, №7, Bakı, 2020, səh. 39–45.

9. Dil əlaqələri, mədəniyyət və təşəkkür kontekstində frazeoloji vahidlər, Elmlərarası inteqrasiya: linqvodidaktik aspektlər konfrans materialları, Sumqayıt Dövlət Universiteti, dekabr 2019, səh. 121–122.

10. Struktur-semantik klassifikasiya və narrativ rejim (müasir rus qrammatikası), Elmi məqalələr toplusu, Cild 12, Tom 1, Rusiya, 2019, səh. 44–49.

11. Nitq səslərinin avtomatik fərqləndirilməsi məsələləri, Filologiya məsələləri jurnalı, №17, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2017.

12. “İngilis dilində elmi-texniki tərcümənin leksik və qrammatik problemləri”, Dil və Ədəbiyyat / Language and Literature Beynəlxalq elmi jurnalı, Bakı, (buraxılış 1(124)).

Üzv olduğu qurum

YAP- Yeni Azərbaycan Partiyası