Bizi izləyin:
Heydər Əliyev
Avaxanum Vəlibəyova
Baş müəllim
Avaxanum Vəlibəyova
Google Scholar: EaGkQxYAAAAJ&hl=ru
Tədris işləri üzrə müdir müavini
Bioqrafiya

Avaxanum Vəlibəyova 2012-ci ildə ATU-nun tibbi-profilaktika fakültəsinin məzunu olmuşdur. 2016-cı il tarixdə Qidalanma və kommunal gigiyena kafedrasının baş laborantı vəzifəsinə qəbul olunmuşdur. Bütün fənlərinin tədris prosesində tətbiq edilən müayinələr üçün lazım olan reaktivlərin hazırlanması texnologiyasını mənimsəmiş, laboratoriya müayinələr üçün iş yerləri hazırlamış, laborator müayinələrin həyata keçirilməsinə rəhbərlik etmişdir.

2017-ci ildən etibarən əmrlə kafedranın stajçı-assistenti vəzifəsinə keçirilmişdir. Kafedrada tədris olunan bütün fənlərin təcrübi məşğələləri və mühazirələrində iştirak etmiş, mövzu-təqvim planlara müvafiq qaydada təcrübi məşğələlər aparmışdır. Tələbələrin Gigiyena və Epidemiologiya Mərkəzlərində (GEM) fəaliyyətinə, qida və kommunal obyektlərə gedişlərinə rəhbərlik etmişdir. 

Kafedrada baş laborant vəzifəsi vakant olduğundan A.Vəlibəyova stajçı-assistent işlədiyi müddətdə həmçinin baş laborantın funksiyalarına daxil olan bütün işləri də yerinə yetirmişdir. Buraxılış (VI-cı) kursun Dövlət attestasiyası imtahanları və Obyektiv strukturlaşdırılmış praktiki imtahanların (OSPİ) iş yerləri və məntəqələrin (stansiyaların) hazırlanması və təminatı məsələlərində fəal iştirak etmişdir.

2018-ci ildə müsabiqə yolu ilə kafedranın assistenti vəzifəsinə seçilmiş, həmin ildən kafedranın tədris işləri üzrə müdir müavini vəzifəsini də icra edir. 2018-ci ilin may-iyun aylarında Təhsil Nazirliyi xətti ilə “Sağlam Təhsil Sağlam Millət” layihəsi çərçivəsində Bakı şəhərinin müxtəlif rayonlarının məktəblərində həkim-gigiyenist kimi birinci sinif şagirdlərinin sağlamlığı üzərində tibbi monitorinqin təşkili prosesində iştirak etmişdir.

2023-cü ildən etibarən əmrlə kafedranın baş müəllim vəzifəsinə keçirilmişdir. Buraxılış (V-ci) kursun OSPİ üzrə tələbələrin qidalanma və kommunal gigiyena bölmələri üzrə təcrübi bacarıqları yerinə yetirilməsi üçün iş stansiyaları və rəhbərlikləri hazırlanmış, imtahanlarda iştirak edir. İctimai səhiyyə fakültəsinin V kurs tələbələrinin istehsalat təcrübəsinə rəhbərlik edir.

2021-2024-cü illərdə Qazaxstandan Universitetimizə ezam olunmuş tələbələrə onların proqramlara müvafiq tədris prosesi müvəffəqiyətlə həyata keçirmişdir.

Akademik fəaliyyət

Baş müəllim  Azərbaycan Tibb Universiteti – 2023 - hal-hazıradək

Assistent – Azərbaycan Tibb Universiteti – 2018 - 2023

Stajçı-assistent – Azərbaycan Tibb Universiteti – 2017 - 2018

Baş laborant – Azərbaycan Tibb Universiteti – 2016 - 2017

Təhsili

Azərbaycan Tibb Universiteti – Tibbi-profilaktika fakültəsi – 2007 - 2012

Peşə və pedaqoji inkişaf

22.11.2023 - 28.06.2024 - “British Academy” English UK şirkəti tərəfindən keçirilmiş təlim (A2, B1, B2 levels). Sertifikat № S/2079 - "General English B2 level on  CERF" 

09.03.2023 - 23.05.2023 - “Effektiv kurrikulumun/sillabusun yaradılması” (“Effective curriculum/sillabus design”) - ABŞ-ın Azərbaycan Respublikasında səlahiyyətli səfirliyi təşkilatçılığı ilə keçirilmiş təlim (10 həftəlik) - Azərbaycan Tibb Universiteti

06.03.2023 - 17.05.2023 - “Effektiv strateji planlaşdırma və proqram qiymətləndirilməsi“ (“Effective strategic planning and proqram evaluation”)

ABŞ-ın Azərbaycan Respublikasında səlahiyyətli səfirliyi təşkilatçılığı ilə keçirilmiş təlim (10 həftəlik) - Azərbaycan Tibb Universiteti 

30.06.2022 - 08.07.2022 - "Təməl Tədrisçi İnkişafı Proqramı" - Ümumidünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndiliyinin dəstəyi ilə keçirilmiş təlim (60 saatlıq) - Azərbaycan Tibb Universiteti 

 

 

Kitab

1. Əhmədov İ.R., Vəlibəyova A.B. "Nutrisiologiya" - Dərslik. Bakı, 2023. 260 səh.

2. Əhmədov İ.R., Qəniyeva Q.S., Hacıyeva Q.M., Vəlibəyova A.B., İslamzadə İ.F. "Azərbaycan Respublikası əhalisinin müxtəlif qrupları üçün qida maddələrinə və enerjiyə fizioloji istehlak normaları" - Metodik tövsiyələr. Bakı, 2023. 32 səh. 

Məqalə

1. Ганиева Г.С., Ахмедов И.Р., Гаджиева Г.М., Мамедова С.А., Искендерова Т.А., Рамазанова И.Ф., Велибекова А.Б., Мамедова А.Т. Подходы к формированию меню для оптимизации питания школьников. "Sağlamlıq" elmi-praktik jurnalı №2. Bakı, 2019, s. 177-184 

DOİ 

 

2. Əhmədov İ.R., Vəlibəyova A.B., Hacıyeva Q.M., Qəniyeva Q.S., İsgəndərova T.Ə. Hərəkətin mübadilə proseslərinə, üzv və  sistemlərə təsiri, gənclərin həyat tərzinin və fiziki fəallıqlarının qiymətləndirilməsi. “Sağlamlıq”, elmi-praktik jurnal, Cilid 15, №1, ISSN-2706-6614, 2020, s. 108-112

DOİ

 

3. Əhmədov İ.R., Vəlibəyova A.B., Hacıyeva Q.M., Qəniyeva Q.S., İsgəndərova T.Ə. Hərəkətin mübadilə proseslərinə, üzv və sistemlərə təsiri, gənclərin həyat tərzinin və fiziki fəallıqlarının qiymətləndirilməsi. "Sağlamlıq" elmi-praktik jurnalı №1. Bakı, 2020, s. 111-115

DOİ 

 

4. Гаджиева Г.М., Ахмедов И.Р., Исламзаде И.Ф., Велибекова А.Б. Основы истории азербайджанской национальной кухни. Научная статья по специальности "История и археология". "Вестник науки и творчества", №.7. Россия, Казань, 2022, с. 40-42

DOİ 

 

5. Hajiyeva G.M., Ahmadov I.R., Ganiyeva G.S., Islamzade I.F., Valibayova A.B. Study of actual nutrition and some health indicators of teachers of Azerbaijan Medical University. Proceeding of the 1st International Scientific and Practical Conference "Society and Science: Interconnection", №134. Porto, Portugal, 2022, p. 298-300

DOİ

 

6. Valibeyova A.B., Ahmadov I.R., Hajiyeva G.M., Ganiyeva G.S., Islamzade I.F. Assessment of relationships between young people’s actual nutrition and some health indicators. Scientific article on the specialty «Medical Sciences». “Annali d’İtalia”, scientific journal of Italy, №40, 2023, p. 29-34

DOİ

Üzv olduğu qurum

1. ATU-nun Mərkəzi Metodik Komisiyasının üzvü

2. İctimai səhiyyə Fakültə Elmi Şurasının üzvü

3. İctimai səhiyyə fakültənin İnkişaf Strateqiya Komissiyasının üzvü

4. İctimai səhiyyə fakültəsinin Həmkərlar İttifaqi Təşkilatının büro üzvü  

5. İctimai səhiyyə fakültəsinin istehsalat təcrübəsi üzrə koordinatoru

6. Kafedranın “Ətraf mühitin sağlamlığı” bölməsi üzrə tədris-metodik qrupun üzvü

7. Kafedranın Beynəlxalq əlaqələr üzrə cavabdeh

8. İctimai səhiyyə ixtisası "Ətraf mühit və sağlamlıq" ixtisaslaşdırma üzrə magistratura səviyyəli tədris proqramlarının hazırlaması üçün İşçi qrupun üzvü

9. Milli Elmlər Akademiyasında «Tibbi-geoloji atlasın yaradılması» üzrə İşçi qrupun üzvü