Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Fatma Zakir qızı İsmayılova 2001-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakultəsinə daxil olmuş və 2007-ci ildə həmin fakultəni uğurla bitirmişdir. Peşəkar fealiyyətinə 2007-2008-ci ildə Respublika Endokrinoloji Mərkəzdə həkim-interna olaraq başlamışdır. 2008-2012-ci ildə Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkim endokrinoloq  vəzifəsində işləyib. 2012-2016-cı ildə Azərbaycan Tibb Universitetinin II Daxili xəstəliklər kafedrasında baş laborant, 2016-cı ildən assistent vəzifəsində çalışır. Endokrinologiya və hematologiya fənnini azərbaycan və ingilis dilində tədris edir. Azərbaycanda və xaricdə keçirilən beynəlxalq elmi-praktik konfranslarda məruzəçi olmuş, 20-dən çox elmi işin müəllifidir. 2018-ci ildə Ege Universiteti İç Hastalıkları Anabilim Dalına bağlı Endokrinoloji və Metabolizma Hastalıkları Bilim Dalında  2 ay,  2020-ci il İstanbul Universiteti İç Hastalıkları Anabilim Dalına bağlı Endokrinoloji və Metabolizma Hastalıkları Bilim Dalında 1 ay , 2023-cü ildə Cərrahpaşa Tip fakultesi Endokrinoloji bilim dalında 1 ay, 2024-cü ildə 2 ay müddətində ixtisasartırma kursu üçün Türkiyəyə ezam olunmuşdur.

Akademik fəaliyyət

Assistent-Azərbaycan Tibb Universiteti, II Daxili xəstəliklər kafedrası  (2016– hal-hazıradək)

Baş laborant -Azərbaycan Tibb Universiteti, II Daxili xəstəliklər kafedrası  (2013 – 2016)

Təhsil

1.Tibb üzrə ali baza təhsili - Azərbaycan Tibb Universiteti (2001 – 2007)

2. İnternatura - Respublika Endokrinoloji Mərkəz (2007 – 2008)

Nailiyyətlər (adlar)

She has delivered presentations at international scientific and practical conferences held in Azerbaijan and abroad and is the author of more than 20 scientific publications.

Peşə və pedaqoji inkişaf

1.Kanada, 2017: 87-ci Amerika Tiroid Assosiasiyasının illik toplantısı

Poster: “Tiroid vəzinin bədxassəli şişlərinin aşkarlanmasında ultrasəs elastoqrafiya və rəngli Doppler müayinəsinin diaqnostik əhəmiyyəti”

2.Türkiyə, Antalya, noyabr 2023: 44-cü Ulusal Radiologiya Konqresi

Poster məruzə: “Konvansional tiroid ultrason müayinəsi ilə aşkarlanan özofagus skuamöz hüceyrəli karsinoma”

3. 3rd İNTERNATİONAL PARİS CONGRESS ON APPLİED SCİENCES ( 17-19 aprel 2024, Fransa , Paris)

Oral Prezentasiya: CONGENİTAL ADRENOGENİTAL DİSORDERS, PHYSİOLOGİCAL CHARACTERİSTİCS, DİAGNOSTİC METHODS

4.6th İnternational Conference on Global Practise of Multidisciplinary Scientific Studies ( 9-16 aprel 2024, Portuqaliya, Lissabon)

Oral Prezentasiya:

1.İnsulin Resistance and İron Metabolism in Diabetes

2.Characterization and Diagnostic Determination of Physiological Changes of Persistent Hyperplasia of the Thymus Gland

5. 6th İnternational Mediterranean Congress ( 13-15 avqust, İtaliya,Roma)

 Oral Prezentasiya: Genetically acquired Endocrine Disease and guidelines for genetic        testing for    endocrine disease

6.10th İNTERNATİONAL NEW YORK CONFERENCE ON EVOLVİNG İN İNTERDİSCİPLİNARY RESEARCH AND PRACTİSE (1-3 iyun 2024, ABŞ,Nyu-york)

Oral Prezentasiya: Pathophysiology of Diabetes caused by iron deficiency

7.15th İnternational Scientific Research Congress ( 24-25 mart 2024, İndonesia)

Oral Prezentasiya: The role of malnutrition-related diabetes in human physiology

8.Azərbaycan-Türkiyə tiroid/paratiroid xəstəlikləri davamlı təlim proqramı. Tiroid düyünü ultrasonoqrafiya kursu.2025

9. Qanaxmalar və trombozlar kursu. Tibbi kurslar.az 2025

Elmi araşdırma sahəsi

Fatma İsmayılova endokrinologiyanın müxtəlif sahələrində elmi tədqiqatlar aparmışdır. Onun maraq dairəsinə aşağıdakılar daxildir:

Şəkərli diabet xəstələrində insulin rezistentlik, dəmir mübadiləsi

Adrenogenital xəstəliklər

Covid-19 infeksiyasından sonra qalxanvari vəzidə baş verən dəyişikliklər

Qalxanvari vəzi düyünlərinin radioloji müayinəsi

Şəkərli diabetli xəstələrdə aşağı ətrafların Doppler ultrasonoqrafiyası

Kitab

1. Konvansiyonel tiroid ultrason muayenesi ile tespit edilen özofagus skuamöz hücreli karsinom”. 44-cü ulusal radyoloji kongresi, Türkiyə, Antalya, 2023. Səh.493


orcid DOI
Məqalə

1. Correlation of thyroid ultrasound reporting and data system with postoperative histopathology findings in endemic and non-endemic areas. Thyroid, Vol 33. Annual Meeting of the American Thyroid Association. Washington, DC. 2023. Pp. A169

2. Şəkərli diabet xəstəliyində aşağı ətraf arteriyalarının Doppler ultrasəs Müayinəsi. Azərbaycan metabolizm jurmalı Cild 20, №2, Bakı 2023, səh.15-21

3. Xroniki qəbizliyi olan uşaqlarda yoğun bağırsağın anatomik və funksional vəziyyətinin qiymətləndirilməsində irriqoqrafiya müayinəsinin rolu”. Azərbaycan Tibb jurnalı, Bakı-2023. Xüsusi buraxılış. Səh. 35-39

4. Koronavirus infeksiyası sonrası qalxanvari vəzin ultrasəs müayinəsi. Azərbaycan onkologiya jurnalı Bakı 2022, №2.

5. Xoşxassəli şişlərin şüa terapiyası. Sağlamlıq №2. Bakı 2023. Səh.24-27

6. Анализ допплеросонографических особенностей кровоснабжения узловых образований щитовидной железы. Вестник современной клинической медицины, Казань Россия, 2019. Том 12 (1), стр.7-11.

7.Diagnostic value of ultrasound elastography and color Doppler in the detection of malignanat tumors of the thyroid gland. 87th Annual Meeting of the American Thyroid Association. Canada 2017. pp.348

8. Qalxanabənzər vəzin düyünlü törəmələrinin ultrasəs elastoqrafiya müayinəsi. Azərbaycan təbabətinin müasir nailiyyətləri , Bakı 2017, №1, səh.176-181

9. Qalxanvari vəzin düyünlü törəmələrinin differensial diaqnostikasında onkoloji riskin qiymətləndirmə indeksinin hesablanması və tətbiqi. Azərbaycan onkologiya jurnalı Bakı 2018, №2, səh.22-30

Məqalə

Nazik bağırsaq divertikulyozunun radiodiaqnostikası”. Elmi İş- beynəlxalq elmi jurnal. İmpakt faktor 2.255. cild 17. Say: 4. Bakı-2023. Səh.305-309.


orcid DOI
Məqalə

1. Metastatik böyrək xərçəngi zamanı radioloji əlamətlər:Kliniki nümunə. Azərbaycan onkologiya jurnalı Bakı 2021, №2,


orcid DOI
Məqalə

Yuxu arteriyasının Doppler sonoqrafiya müayinəsinin imkanları. Azərbaycan onkologiya jurnalı Bakı 2019, №2, səh.42-45


orcid DOI
Məqalə

Диагностическая ценность ультразвуковой эластографии в выявлении злокачественных опухолей щитовидной железы. Медицинские новости. Республика Беларусь, 2017, №6,стр.71-73

 


orcid DOI
Məqalə

Qalxanvari vəzi düyünlərinin möhtəviyyatının ultrasəs parametrlərinə əsasən differensial diaqnostikasının xüsusiyyətləri. Azərbaycan onkologiya jurnalı Bakı 2018, №1, səh.35-39


orcid DOI
Məqalə

Düyünlü uru olan xəstələrdə qalxanabənzər vəzi xərçənginin rastgəlmə tezliyi. Azərbaycan Tibb Jurnalı Bakı 2017  №4, səh.5-9


orcid DOI
Üzv olduğu qurum

1.Azərbaycan Endokrinoloqlar Cəmiyyəti

2.Azərbaycan Daxili xəstəliklər Dərnəyi

3.Türkiyə Endokrinoloji və Metabolizma dərnəyi

4. Yeni Azərbaycan Partiyası