
Rafiq Məmmədhəsənov Musa oğlu – tibb elmləri doktoru, professor. 1963-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1969-cu ildə oranı bitirmişdir. 1969–1972-ci illərdə Naftalan sanatoriyasında həkim-terapevt vəzifəsində çalışmışdır. 1972–1974-cü illərdə Mərdəkan qəsəbəsində yerləşən mədə-bağırsaq sanatoriyasında həkim-terapevt kimi fəaliyyət göstərmişdir. 1974–1977-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin Daxili xəstəliklər II kafedrasında aspiranturada təhsil almışdır. Respublikada ixtisaslaşmış dissertasiya şuralarının olmaması ilə əlaqədar olaraq, 1979-cu ildə Tbilisi Dövlət Tibb İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1986-cı ilə qədər həmin kafedrada assistent vəzifəsində çalışmışdır. 1986–1990-cı illərdə Moskvada Ümumittifaq Endokrinologiya Elmi Mərkəzində doktoranturada təhsil almışdır. 1990-cı ildə Moskvada «Aşağı ətrafların diabetik angiopatiyalarının erkən mərhələləri (patogenez, klinika və müalicənin bəzi məsələləri)» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və Ümumittifaq Endokrinologiya Elmi Mərkəzində tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 1990-cı ildən dosent vəzifəsində çalışmış, 1990-cı ilin dekabr ayından etibarən bu günədək Azərbaycan Dövlət Tibb İnstitutunun Daxili xəstəliklər II kafedrasının müdiri vəzifəsini icra edir. 1990–2020-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqu olmuşdur. 1993–2021-ci illərdə Azərbaycan Tibb Universitetində elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır. 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə ekspert şurasının sədri olmuşdur. 2005-ci ildən bu günədək «Azərbaycan Tibb Jurnalının baş redaktorudur. Rafiq Məmmədhəsənov Musa oğlu 300-dən artıq elmi əsərin, o cümlədən endokrinologiya, daxili xəstəliklər və hematologiya üzrə məqalələrin, monoqrafiyaların, dərsliklərin və metodik vəsaitlərin müəllifidir. Elmi tədqiqatları şəkərli diabet, metabolik sindrom, endokrin və klinik pozuntular, həmçinin elmi nailiyyətlərin tibbi praktikaya tətbiqi problemlərinə həsr olunmuşdur. Uzunmüddətli səmərəli elmi və pedaqoji fəaliyyətinə görə tibb elmləri doktoru, professor Rafiq Məmmədhəsənov Musa oğlu yüksək dövlət mükafat və fəxri adlara layiq görülmüşdür. O, Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına (17 iyun 2000-ci il), Azərbaycan Respublikasında tibb təhsili və elminin inkişafındakı xidmətlərinə görə «Tərəqqi» medalına (20 sentyabr 2010-cu il), Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna (30 noyabr 2022-ci il) və «Əmək» ordeninin II dərəcəsinə (29 sentyabr 2025-ci il) layiq görülmüşdür.
Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər II kafedrasının müdiri — 1990-cı ilin dekabr ayından bu günədək
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş endokrinoloqu, Bakı şəhəri — 1990–2020
1993–2013-cü illərdə Azərbaycan Tibb Universitetində elmi işlər üzrə prorektor, 2013–2021-ci illərdə isə tədris-tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışmışdır.
Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər II kafedrasının dosenti, Bakı şəhəri — 1990
Doktorluq dissertasiyası, Moskva — Ümumittifaq Endokrinologiya Elmi Mərkəzi — 1990
Doktorantura, Moskva — Ümumittifaq Endokrinologiya Elmi Mərkəzi — 1986–1990
Tibb üzrə fəlsəfə doktoru, Tbilisi Dövlət Tibb İnstitutu, Tbilisi şəhəri — 1979
Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər II kafedrasının assistenti, Bakı şəhəri — 1978–1985
Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinin Daxili xəstəliklər II kafedrasında aspirant, Bakı şəhəri — 1974–1977
Həkim-terapevt, Naftalan şəhəri — Mərdəkanlar, «Naftalan» sanatoriyası — 1969–1974
Doktorluq dissertasiyası, Moskva — Ümumittifaq Endokrinologiya Elmi Mərkəzi — 1990
Doktorantura, Moskva — Ümumittifaq Endokrinologiya Elmi Mərkəzi — 1986–1990
Tibb üzrə fəlsəfə doktoru, Tbilisi Dövlət Tibb İnstitutu, Tbilisi şəhəri — 1979
Aspirant, Azərbaycan Tibb Universiteti, II müalicə-profilaktika fakültəsi, Daxili xəstəliklər kafedrası, Bakı şəhəri — 1974–1977
Müalicə işi, həkim, Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi, Bakı şəhəri — 1963–1969
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli və səmərəli fəaliyyətinə görə «Əmək» ordeninin II dərəcəsi ilə təltif edilmişdir. 29 sentyabr 2025-ci il
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilmişdir. 30 noyabr 2022-ci il
Azərbaycanda tibb təhsili və elminin inkişafındakı xidmətlərinə görə «Tərəqqi» medalı ilə təltif edilmişdir. 20 sentyabr 2010-cu il
Elm, təhsil və səhiyyə sahələrində uzunmüddətli xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 17 iyun 2000-ci il
Türkiyə, Almaniya, Meksika, Belçika, İsrail, Amerika Birləşmiş Ştatlarında (Boston şəhəri), İran, Fransa, Vyana, Yunanıstan şəhərində keçirilən konqreslərdə iştirak etmişdir.
Parlamentdə deputat fəaliyyəti (III, IV, V çağırışlar);
Səhiyyə və sosial siyasət üzrə komissiyaların işində iştirak;
Vətəndaşların maraqlarının təmsil olunması və qanunvericilik fəaliyyətində iştirak.
Tibb elmləri doktoru, professor Rafiq Məmmədhəsənovun elmi tədqiqatları şəkərli diabet, metabolik sindrom, endokrin və klinik pozuntular problemlərinə, həmçinin elmi nailiyyətlərin tibbi praktikaya tətbiqi məsələlərinə həsr olunmuşdur.
Daxili xəstəliklər: dərslik / R. M. Məmmədhəsənov [et al.]; red. R. M. Məmmədhəsənov. — Bakı: Qismət, 2008. səhifə 464
Hipoqlikemiya və hipoqlikemik koma: Məmmədhəsənov R. M., Mehdiyev T. V.; Renessans-A, Bakı, ISBN 995221031-9, 2022, səhifə 96
Endokrinologiya: Məmmədhəsənov R. M.; Tibb elmləri | Daxili xəstəliklər, Adiloğlu, Bakı, 2006, səhifə 240
Hematologiya: dərslik / Məmmədhəsənov R. M., Əliyeva V.Ə., Məşədiyeva-Bayramova S.Ə, Fətəliyeva G.R., Səfərova S.S., Məmmədova A.E., Baxşəliyev A.B.; Bakı, 2025, səhifə 250
Şəkərli diabet: R. M. Məmmədhəsənov, Bakı, Təbib, 2017
Алгоритм обследования и тактика лечения пациенток с СПКЯ в сочетании с заболеваниями щитовидной железы: D. F. Kurbanova, R. M. Mamedgasanov, N. F. Guseynova. Moskva, учебно-методическое пособие, 2010
Məmmədhəsənov R. M. (2019). Endokrinologiya. Dərslik. 2-ci nəşr.
Kostas B. Markou, Neoklis A. Georgopoulos, Maria Makri, Eleni Anastasiou, Barbara Vlasopoulou,
Nikolaos Lazarou, Larissa Deville, Chrisanthi Megreli, George A. Vagenakis,
George C. Sakellaropoulos, Rauf Jabbarov, Marina G. Kerimova, Rafig M. Mamedgasanov,
and Apostolos G. Vagenakis.: Iodine Deficiency in Azerbaijan After the Discontinuation of an Iodine Prophylaxis Program: Reassessment of Iodine Intake and Goiter Prevalence in Schoolchildren* THYROID, Volume 11, Number 12, 2001, Mary Ann Liebert, Inc., Pages 1141–1146
DOI
Р. М. Мамедгасанов, Г. И. Азизова, Г. Р. Вагабова, Б. Б. Мустафаева, Э. Э. Абдуллаева, А. М. Эфендиев.: Изменение белковой фракции плазмы крови при сахарном диабете и хронической почечной недостаточности* Curierul Medical (Медицинский курьер), Nr. 6 (312), 2009, стр. 15–18
DOI
Р. М. Мамедгасанов, М. М. Фейзуллаев.: Гемопоэтическая активность крови в условиях диабетогенной интоксикации у больных инсулинозависимым сахарным диабетом* Curierul Medical, 2010, nr. 2 (314), pp. 25–27, ISSN 1875-0666
DOI
АЛИЕВА Н.Р.К., КУРБАНОВА Д.Ф.К., МАМЕДГАСАНОВ Р.М.О.: Клинико-иммунологическая характеристика пациенток с бесплодием в сочетании с заболеваниями щитовидной железы* XIX Международная научная конференция «ОНКОЛОГИЯ – XXI ВЕК», V Итало-российская научная конференция по онкологии и эндокринной хирургии, XIX Международная научная конференция «ЗДОРОВЬЕ НАЦИИ – XXI ВЕК», 2015, стр. 86–91
DOI
МАМЕДГАСАНОВ Р.М.О., ИСМАИЛОВА Г.А.Г.: Повышение эффективности гипогликемической терапии у больных сахарным диабетом 2-го типа в сочетании с метаболическим синдромом* European Applied Sciences: Challenges and Solutions, 6th International Scientific Conference: Conference Papers, 2016, pp. 30–32
DOI
Мамедгасанов Р.М., Мамедова А.Э.: Отдаленные результаты влияния терапии радиоактивным йодом у пациентов с диффузным токсическим зобом // Медицинские новости. – 2024. – № 5. – С. 66–68
DOI
Мехтиев Т.В., Мамедгасанов Р.М., Шарвадзе Г.Г., Дудинская Е.Н., Мамедов М.Н.
Эректильная дисфункция и сахарный диабет: ведение пациентов с коморбидным состоянием* Russian Journal of Preventive Medicine, 2016; 19(2), стр. 16–20
DOI
F.R. Mahmudov, R.M. Məmmədhəsənov, A.N. Mədətli.: LİPOİDLİ NEKROBİOZUN DƏRİ TƏZAHÜRLƏRİ* Azərbaycan Tibb Jurnalı (ATJ), 2023, №1, s. 76–80
DOI
S.S. Səfərova, R.M. Məmmədhəsənov, F.İ. İslamzadə, Ş.S. İbrahimova.: Yumurtalıq polikistozu sindromu olan yaşlı qadınlarda anti-Müller hormonu və sümük remodelləşməsi markerləri arasında əlaqə* Azerbaijan Medical Journal, 25 December 2024, No. 4, p. 35–39
DOI
R.M. Məmmədhəsənov, G.Q. Məmmədova.: Diabetik nefropatiyanın ilkin mərhələlərində iltihabi status: sitokinlər, patofizioloji və terapevtik təsirləri / Воспалительный статус на ранних стадиях диабетической нефропатии: цитокины, патофизиологические и терапевтические последствия* Azərbaycan Tibb Jurnalı (ATJ), 2025, №1, s. 39–43
DOI
R.M. Məmmədhəsənov, A.E. Məmmədova.: Qreyvs xəstəliyi və piylənmə arasındakı əlaqədə leptinin rolu / Взаимосвязь между болезнью Грейвса, ожирением и уровнем лептина в сыворотке крови* Azərbaycan Tibb Jurnalı (ATJ), 2025, №2, s. 34–38
DOI
1. Peşəkar və akademik formalaşma dövrü (1970–1980-ci illər):
Azərbaycan SSR-in tibbi peşəkar icmasının üzvü (həkim-terapevt və elmi əməkdaş kimi fəaliyyəti çərçivəsində);
Azərbaycan Dövlət Tibb İnstitutunun elmi kollektivlərinin və kafedra şuralarının üzvü - klinik, elmi və tədris fəaliyyətində iştirak.
2. Milli səviyyəyə çıxış (1990-cı ildən bu günədək):
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş endokrinoloqu - Nazirliyin ixtisaslaşmış ekspert tibbi strukturlarının üzvü və rəhbəri;
Endokrinologiya və diabetologiya üzrə milli ekspert şuralarının üzvü.
3. Akademik və elmi-təşkilati üzvlük (1993-cü ildən):
Azərbaycan Tibb Universitetinin Elmi Şurasının üzvü;
Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru - universitetin elmi siyasətinin formalaşdırılmasında iştirak;
Dissertasiya şuralarının üzvü (tibb üzrə fəlsəfə doktoru və tibb elmləri doktoru dissertasiyalarının müdafiəsi üzrə).
4. Beynəlxalq peşəkar təşkilatlar (1995-ci ildən bu günədək):
Avropa Diabetoloqlar Assosiasiyasının (EASD) üzvü;
Beynəlxalq diabetoloji cəmiyyətlərin və proqramların (IDF və s.) üzvü - beynəlxalq elmi forumlarda, konqreslərdə və peşəkar əlaqələrdə iştirak.
5. Ekspert və attestasiya üzvlüyü (2006–2009-cu illər):
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə Ekspert Şurasının sədri - elmi attestasiya sistemində əsas rol;
Ali Attestasiya Komissiyasının rəhbər orqanlarının üzvü - tibb sahəsində elmi kadrların keyfiyyətinə nəzarət.
6. Dövlət və ictimai-siyasi təşkilatlar (2006–2020-ci illər):
Azərbaycan Respublikası Milli Məclisinin deputatı: III çağırış (2006–2010), IV çağırış (2010–2015), V çağırış (2015–2020).
Parlamentin səhiyyə, sosial siyasət, elm və tibbi təhsil üzrə komissiyalarında üzvlük və fəaliyyət.
7. Fəxri və ekspert iştirakı (2020-ci ildən):
Səhiyyə, təhsil və elm məsələləri üzrə elmi-ekspert və məsləhət şuralarının üzvü;
Peşəkar tibbi icmaların fəxri üzvü - tibbin və cəmiyyətin inkişafına uzunmüddətli töhfənin tanınması.
8. Parlamentdə deputat fəaliyyəti (III, IV, V çağırışlar);
9. Səhiyyə və sosial siyasət üzrə komissiyaların işində iştirak;
10. Vətəndaşların maraqlarının təmsil olunması və qanunvericilik fəaliyyətində iştirak.
1990-cı illərin əvvəlindən professor Rafiq Musa oğlu Məmmədhəsənov klinik və pedaqoji fəaliyyəti çərçivəsində elmi rəhbərlik fəaliyyətini həyata keçirərək gənc həkimlərin və tədqiqatçıların hazırlanmasında fəal iştirak etmişdir. 1990-cı illərdə doktorluq dissertasiyasını müdafiə etdikdən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş endokrinoloqu vəzifəsinə təyin olunduqdan sonra endokrinologiya, terapiya və daxili xəstəliklər üzrə namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri və məsləhətçisi olmuşdur.
1993-cü ildən bu günədək onun elmi rəhbərliyi altında 6 tibb elmləri doktoru və 31 tibb üzrə fəlsəfə doktoru hazırlanmışdır. Daxili xəstəliklər II kafedrasının müdiri vəzifəsində çalışaraq aspirant və doktorantların elmi tədqiqatlarına sistemli rəhbərlik edir, davamlı elmi məktəb formalaşdırır.
2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə Ekspert Şurasının sədri kimi dissertasiya işlərinin elmi ekspertizasını aparmış, elmi dərəcə almaq istəyənlərə metodiki rəhbərlik göstərmişdir. Sonrakı illərdə elmi məsləhətçilik fəaliyyətini, nəşr işlərinə rəhbərliyi və elmi-pedaqoji kadrların hazırlanmasını davam etdirərək Azərbaycanda tibb elminin davamlılığını və inkişafını təmin etmişdir.
Əliyeva Tamfira Tamerlan qızı — 2015-ci il
Mehdiyev Tofiq Vahid oğlu — 2015-ci il
Səfərova Sain Səttar qızı — 2021-ci il
Axundova Natəvan Eldar qızı — 2022-ci il
Caziya Navaf Məhəmməd — 1996-cı il
Dabah Samir — 1995-ci il
Hüseynov Oktay Aydın oğlu — 1996-cı il
Talıbova Müjgan Fikrət qızı — 1998-ci il
Əliyev İlqar Qurban oğlu — 1999-cu il
Əliyeva İradə Cəmil qızı — 1999-cu il
Qurbanova Vəfa Cəlal qızı — 2002-ci il
Səfərova Sain Səttar qızı — 2003-cü il
Məşədiyeva Səbinə Ənvər qızı — 2003-cü il
İsayeva Azadə Qüdrət qızı — 2004-cü il
Əliyeva Vəfa Əhməd qızı — 2005-ci il
Tariverdiyeva Rəna Rafiq qızı — 2007-ci il
Əsədov Bayram Niyazəli oğlu — 2007-ci il
Əsədov Bayram Niyazəli oğlu — 2007-ci il
Axundova Dilarə Kamran qızı — 2008-ci il
Bayramova Aygün Qurban qızı — 2009-cu il
Vəlixanlı Reyhan Azad qızı — 2010-cu il
Mustafayeva Aynur Hamlet qızı — 2010-cu il
İsmayılova Nərmin Yusiv qızı — 2011-ci il
Hüseynova Nərminə Faiq qızı — 2012-ci il
Ələkbərova Ülviyyə Nizami qızı — 2013-cü il
Mirzəzadə Murad Valeh oğlu — 2014-cü il
Əzizova Gülnarə İbrahim qızı — 2015-ci il
Mehdiyev Tofiq Vahid oğlu — 2015-ci il
Babaxanova Aytən Natiq qızı — 2016-cı il
Əliyeva Nərgiz Rafiq qızı — 2018-ci il
Abbasova Leyla — 2018-ci il
Əsgərov Əli — 2018-ci il
İsmayılova Günay Aligeydar qızı — 2021-ci il
Vəliyeva Günay Ədalət qızı — 2022-ci il
Cəfərova Rəna Ənvər qızı — 2015-ci il
Əzizova Gültəkin — 2010-cu il (Biokimya kafedrasının müdiri)
Cəfərova Rəna Ənvər qızı — 2014-cü il