
Sain Səttar qızı Səfərova Tibb Universitetinin Daxili xəstəliklər II kafedrasında professor vəzifəsində çalışır. Kafedrada həm bakalavr, həm də rezidentura sahəsində tədrisin aparılmasında, tədris proqramlarının və dərsliklərin hazırlanmasında, imtahan testlərinin tərtib olunmasında yaxından iştirak edir. Tələbələrin bütün fakültələr üzrə tədris olunan fənləri yüksək səviyyədə mənimsəməsini təmin etmək məqsədilə S. Səfərova pedaqoji fəaliyyətində mühazirə və praktik məşğələlərdə müasir innovativ və interaktiv tədris metodlarını ardıcıl şəkildə tətbiq edir, bu da klinik düşüncənin və praktik bacarıqların formalaşmasına xidmət edir. Kafedrada tədris olunan fənlər üzrə imtahan ekspertidir. Endokrinologiya sahəsində ixtisaslaşmış həkim və alim kimi həm klinik, həm də elmi fəaliyyət göstərir. O, əhali arasında sağlam həyat tərzinin təşviqi, endokrin xəstəliklərin profilaktikası və erkən aşkarlanması istiqamətində maarifləndirici işlər aparır. S. Səfərova elmi tədqiqatlarında metabolik pozğunluqların, hormonal disbalansın və şəkərli diabetlə xəstə yaşlı insanlarda osteoporozun profilaktikasına təsir edən amilləri araşdırmış, mühüm elmi nəticələr əldə etmiş və praktik tövsiyələr irəli sürmüşdür. Bu istiqamətdə hazırladığı dissertasiya işini müdafiə edərək 2021-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın qərarı ilə 2024-cü ildə professor elmi adı verilmişdir. Endokrinologiya sahəsində fəaliyyət göstərən mütəxəssis kimi öz üzərində daim çalışan, elmi və peşəkar inkişafı prioritet hesab edən həkim-alimdir. O, endokrin və metabolik xəstəliklərə həsr olunmuş həm yerli, həm də yüksək reytinqli xarici elmi jurnallarda məqalələr dərc etdirir, beynəlxalq və yerli konfrans, seminar və simpoziumlarda fəal iştirak edir.
Professor / Azərbaycan Tibb Universiteti 2023 – hal-hazıradək
Dosent / Azərbaycan Tibb Universiteti 2015 – 2023
Assistent / Azərbaycan Tibb Universiteti 2001 – 2015
Baş laborant / Azərbaycan Tibb Universiteti 1999 – 2001
1993-1999 il /Azərbaycan Tibb Universiteti, Müalicə işi (fərqlənmə ilə)
2003 -Tibb üzrə fəlsəfə doktoru
2016 - Dosent adı
2023 -Tibb elmləri doktoru
2024 - Professor
Uluslararası Koru Gebelik Doğum Lohusalık Kongresi, Turkey, Ankara, 2024
IX Международный конгресс ассоциации ревмоортопедов, 2025
ATU-nun 95 illiyinə həsr olunmuş konfrans, Bakı, 2025
Endokrinologiya
Адаптативное ремоделирование костной ткани при сахарном диабете, Bakı, 2022
Paratireoid vəzilər, Bakı, 2022
Osteoporoz: sümük toxumasının remodelləşdirilmə pozulmalarının korreksiyası, Bakı, 2016
“Polycystic ovary syndrome and bone turnover in postmenopausal women”, Проблеми ендокринної патологiї, Харьков, Ukraina, 2024
DOI
“Polikistik yumurtalıqlar sindromu olan yaşlılarda anti-Müller hormonu və sümük remodelləşməsi markerləri arasında əlaqə”, Azərbaycan Tibb Jurnalı, Bakı, 2024
DOI
" Bone metabolism parameters in azerbaijani pre- and postmenopausal women with diabetes”, Iranian Journal of Public Health, Iran, 2023
DOI
“Gender-associated features in diabetic kidney disease in the Azerbaijan”, Медичні Перспективи, Дніпро, Ukraina, 2024
Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası Metabolik cəmiyyəti