Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Müslümzadə Pərvin Zakir qızı 9 iyul 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2012-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Ümumi Psixologiya kafedrasına daxil olmuş və təhsildə yüksək nailiyyətlərinə görə 2013–2017-ci illərdə D.İ.Mendeleyev adına təqaüdlə təltif edilmişdir; 2018-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2016–2018-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində uşaq reabilitasiyasında könüllü kimi çalışmışdır. 2016–2018-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Yaş və İnkişaf  psixologiyası kafedrasında magistr dərəcəsi almış və magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.

2018–2024-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində uşaq və yeniyetmə psixoloqu kimi fəaliyyət göstərmişdir. 2019-cu ilin oktyabr–dekabr aylarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi və UNİCEF-in birgə keçirdiyi “Uşaqların psixi sağlamlıq şöbələrində erkən müdaxilə xidmətlərinin təşkili” adlı layihənin koordinatoru olaraq çalışmışdır.

2024-cü ildən Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında baş laborant kimi fəaliyyət göstərir.

Akademik fəaliyyət

Müəllim

Azərbaycan Tibb Universiteti (2021-2024)

Baş laborant

Azərbaycan Tibb Universiteti Psixiatriya kafedrası, 2024-ci ildən hal-haziradək

Təhsil

M.V. Lomonosov adına Moskva Dövlət Universitetin Bakı filialı – magistratura (2016- 2018)

M.V. Lomonosov adına Moskva Dövlət Universitetin Bakı filialı – bakalavr (2012- 2016)

Peşə və pedaqoji inkişaf

➢ Spiker - Azərbaycan Psixiatriya və Neyroelmlər Konqresi “Şagirdlərin idrak inkişafında verbal və qeyri-verbal intellektin rolu” (6 dekabr 2024) Bakı, Azərbaycan
➢ Spiker - 15-ci Avropa Profilaktik Tədqiqatlar Cəmiyyəti Konfransı və Üzvlər toplantısı (EUSPR) “İnstitutlaşmadan çıxmış uşaqların psixi sağlamlığını yaxşılaşdırmaq üçün travma-mərkəzli, ailə gücləndirici və iqtisadi müdaxilələrin inteqrasiyası: Azərbaycanda faktorial klinik tədqiqat” və “Ailə dinamikasının və qayğı göstərən şəxslərin rifahının çoxsəviyyəli profilaktik müdaxilələr vasitəsilə gücləndirilməsi: Azərbaycanda faktorial klinik tədqiqatın nəticələri” (11-13 sentyabr 2024) Kremona, İtaliya
➢ Spiker - 4-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi (MEDINEX) “Telemedisin texnologiyalarının psixi sağlamlıqda rolu” (4 noyabr 2023) Bakı, Azərbaycan
➢ Spiker - Uşaq və Yeniyetmələrin Psixi Sağlamlığı üzrə Beynəlxalq Assosiasiyanın (IACAPAP) 25-ci Dünya Konqresi (Uşaq və Yeniyetmə Psixi Sağlamlığı: Gələcəyin Formalaşdırılması) (5-9 dekabr 2022) Dubay, BƏƏ
➢ Sertifikat – Çikaqo Universiteti, Harvard Tibb Məktəbi, Milli Səhiyyə İnstitutu və Psixi Sağlamlıq Mərkəzi tərəfindən “Uğurlu elmi tədqiqat təklifinin yazılması” (6-9 mart 2023)
➢ Sertifikat – Corctaun Universiteti (Uşaq və İnsan İnkişafı Mərkəzi) tərəfindən “Uşaq sağlamlığı, təhsili və sosial inkişaf proqramı” (may 2021)
➢ Sertifikat – Avropa İttifaqının Tvinninq proqramı tərəfindən “Məişət zorakılığı göstəricilərinin beynəlxalq standartları, yönləndirmə qaydaları və risk qiymətləndirmə meyarları” (17-21 may 2021)

Xarici qrantlar

Müslümzadə Pərvin NIH tərəfindən maliyyələşdirilən "Azərbaycanda internatlardan reinteqrasiya olunan uşaqlar üçün profilaktik yanaşmaların optimallaşdırılması" layihəsinin koordinatorudur. Bu layihə Çikaqo Universiteti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.