1982-ci ildə Muştayidzadə Rüstəm Sədrəddin oğlu M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun filologiya fakültəsini «Rus dili və ədəbiyyatı» ixtisası üzrə bitirmişdir.1982–1983-cü illərdə hərbi xidmətdə olmuşdur.1985-ci ildə Azərbaycan Tibb İnstitutunda (hazırda Azərbaycan Tibb Universiteti – ATU) əmək fəaliyyətinə başlamış və 1985–2013-cü illərdə Rus dili kafedrasının rus dili üzrə metodik kabinetinin müdiri vəzifəsində çalışmışdır.2013–2018-cı illərdə Azərbaycan Tibb Universitetinin Xarici dillər kafedrasının rus dili üzrə metodik kabinetinin müdiri olmuşdur.2018-cı ildə Xarici dillər kafedrasına baş laborant vəzifəsinə keçirilmiş və hazırda da həmin vəzifədə çalışır.1999-cu ildə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti yanında Əhalinin siyahıyaalınması üzrə Komissiyada şöbə müdiri vəzifəsində çalışmışdır.Dəfələrlə Azərbaycan Tibb Universiteti nəzdində məntəqə seçki komissiyasının üzvü olmuşdur.
2018-ci ildən bu günədək:baş laborant, Azərbaycan Tibb Universiteti
2013–2018-ci illər:Xarici dillər kafedrasının rus dili üzrə metodik kabinetinin müdiri, Azərbaycan Tibb Universiteti
1985–2013-cü illər:Rus dili kafedrasının rus dili üzrə metodik kabinetinin müdiri, Azərbaycan Tibb Universiteti
1977–1982 Filologiya fakültəsi, M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutu
YAP- Yeni Azərbaycan Partiyası