Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Mən,   Abdullayev Xalid Ağa  oğlu,   1962  -  ci  ildə  Bakı  şəhərində,  qulluqçu  ailəsində  anadan  olmuşam.

1968 - cu  ildə  orta  məktəbə qəbul  olunmuşam.  Məktəbi  bitirdikdən  sonra  1978-ci  ildə  N.Nərimanov  adına  Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  müalicə-profilaktika  fakultəsinə  daxil  olmuşam.  1984 - i  ildə  adı  çəkilən  institutu  bitirmişəm.

1984-1985  ı  ildə  1  saylı  Respublika  Psixiatriya  xəstəxənəsında  psixiatriya  üzrə  internaturanı  keçmişəm.

1985-1989-ci  illərdə  Mingəçevir  şəhərində,  Mərkəzi şəhər  xəstəxanasında  həkim-psixoterapevt  vəzifəsində  işləmişəm.

1989-1991-ci  illərdə  Xarkov şəhəri  Ukrayna Dövlət Həkimlərin təkmilləşdirmə institutun Psixoterapiya kafedrasında  klinik ordinaturada olmuşam, və klinik ordinaturanı bitirdikdən sonra ,

1991-ci  ildən  hal hazıra  kimi  Azərbaycan  Tibb  Universitetinin  psixiatriya  kafedrasında  assistent  vəzifəsində  çalışıram.

12 çap olunmuş elmi məqalənin müəllifiyyəm.

2017-ci ildən Azərbaycan Milli Anti-Dopinq Agentliyin  (AMADA) TUE terapevtik istisnalara icazə komitəsinin  üzvüyəm.

2001-ci  ildən  Yeni   Azərbaycan  Partiyasının  üzvüyəm.

Azərbaycan, türk, ingilis, rus, dillərini bilirəm. 

Word, Power point, Excel proqramlarında  işləyirəm.