Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Pediatr Fəridə Əli 1987-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakultəsindən məzun olmuş, 1988-ci ildə internaturanı bitirmişdir. 1999-cu ildən Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasında müəllim, 2005-ci ildən baş müəllim, 2014-cü ildən dosent vəzifələrində çalışmışdır.

Ekologiya sahəsində elmi biliklərini artıraraq avtomobil magistralları ətrafı ərazilərin torpaqlarının nəqliyyat tullantıları ilə çirklənmə səviyyəsini araşdırmış və həmin ərazilərdə yaşayan insanların sağlamlıq vəziyyətinə təsirininin gigiyenik qiymətləndirilməsi sahəsində tədqiqat işi aparmışdır.

2012-ci ildə tibb üzrə fəlsəfə doktoru adı almışdır. Ümumi gigiyena və ekologiya kafedrasında təqvim planlarının, proqramların hazırlanmasında iştirak etmişdir. Kafedranın planlı elmi işinin yerinə yetirilməsində icraçı olmuşdur.

ATU-da aparılan İnnovasiya və İslahatlarla əlaqədar olaraq 2021-ci il iyun ayında İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasına keçirilmiş, 2021-ci ilin noyabr ayından isə Qidalanma və tibbi ekologiya kafedrasında dosent vəzifəsində çalışır. Kafedrada həm bakalavr və həm də magistratura sahəsində tədrisin aparılmasında, tədris proqramlarının və dərsliklərin hazırlanmasında, imtahan testlərinin tərtib olunmasında yaxından iştirak edir.

Kafedrada İctimai səhiyyə və Müalicə-profilaktika fakültələrində praktik dərslərdə və mühazirələrdə müasir innovativ və interaktiv üsullardan istifadə edir.

2023-cü ilin sentyabr ayından Qidalanma və tibbi ekologiya kafedrasına müdiri vəzifəsinə təyin olunmuşdur. 2024-cü ilin fevral ayında kafedra müdiri seçkisində iştirak edərək kafedra müdiri seçilmişdir.

Mütəmadi olaraq Səhiyyə Nazirliyinin təqdim etdiyi sənədlərə rəylər verir

Akademik fəaliyyət

Kafedra müdiri – Azərbaycan Tibb Universiteti – 2023 - hal-hazıradək

Dosent – Azərbaycan Tibb Universiteti – 2014 - hal-hazıradək

Baş müəllim – Azərbaycan Tibb Universiteti – 2005 - 2014

Müəllim – Azərbaycan Tibb Universiteti – 2001 - 2005

Stajçı müəllim – Azərbaycan Tibb Universiteti – 1999 - 2001

Təhsili

Gigiyena ixtisası üzrə tibb üzrə fəlsəfə doktoru – Azərbaycan Tibb Universiteti – 2007-2010

Pediatriya ixtisası üzrə internatura –  N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu – 1987-1988

Pediatriya ixtisası üzrə bakalavriat – N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu – 1981-1987

Peşə və pedaqoji inkişaf

29.04 - 03.05.2024 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və UNİCEF-in təşkilatçılığı ilə “Uşaq Sağlamlığı və Ətraf Mühit” 

19-20.12.2020

ATU-nun 90 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2020” mövzusunda Beynəlxalq Elmi-Praktik Konqresinsin materialları

6-8 oktyabr 2021

Təbabətin aktual problemləri. T.Ə.Əliyevin 100 illik yubileyinə həsr olunmuş Elmi-Praktik Konfransın materialları

25-26 may 2021

Təbabətin aktual problemləri üzrə Sağlam əmək və həyat təhlükəsizliyi üzrə Beynəlxalq elmi-praktiki konfrans (ATU tərəfindən təşkil olunub)

24-25 may 2022

Azərbaycan Respublikasında “Şuşa İli”nə həsr olunmuş “Təbabətin aktual problemləri-2022” mövzüsunda Beynəlxalq elmi-praktiki konfrans materialları

7-10 October 2023

International Conference on medical education. Transforming Health Professions Education Trends, Challenges & Solutions. Baku.  

June 27-28, 2024

Green World Solidarity: Waste to value for a sustainable future   International forum. Baku /Azerbaijan

21-23 October, 2024

III International Scientific and practical conference “Scientific research: modern challenges and future prospects”. Minich

4 oktyabr 2024 

Əməkdar elm xadimi, tibb elmlər doktoru, professor Sabir Cahan oğlu Əliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş “Ömrün müdrik fəsli” adlı elmi praktiki konfrans 

30 September – 4 Oktober 2024

Baku Climate Action Week.

11-22 noyabr 2024

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasında (COP290 da  11.11.2024 və 15.11.2024 tarixlərində panel iclaslarda iştirak və çıxış etmişəm (sertifikat təqdim olunub)

5-7 aralık 2024 

B.Uluslararası. 26.Ulusal Halk Sağlığı konqresi  Ankara “Yerel Yönetimler Halk Sağlığı”

14 yanvar 2025

Publik health in Australiya education structur of self-management in type II diabetes” mövzusunda Cəmilə Butayeva (University of Wollogog) tərəfindən təqdim olunan elmi-praktik iclası

28.02.2025

CENN təşkilatının “Qafqaz Geoparkları Şəbəkəsi Proqramı” nın 1-ci Kordinasiya Toplantısı

12-14 mart 2025

İctimai səhiyyə fakültəsi XLVIII Tələbə Elmi Konfransında  

1 may 2025  

I Müalicə-profilaktika fakültəsinin 50 illik yubileyinə həsr olunmuş Elmi Konfrans  

3 may 2025 

Azərbaycan Tibb Tələbələrinin Multidisiplinar Nutrisiologiya Forumu

6-8 may 2025

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə və Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş Tibb Festivalı 

26-27 may 2025

Azərbaycan Tibb Universitetinin  Hərbi fakultəsinin 25 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans

7 sentyabr 2025

Azərbaycan-Türkiyə 1-ci Diabet Günləri Diabetdə Dietoterapiyanın Yeri Simpozumu. Bakı Gənclər Mərkəzi

30-31 oktyabr 2025  

Mustafa Topçubaşov: Akademik İRS – 130. Cərrahiyyədə elmi və peşəkar yanaşmalar Elmi-praktik konfrans 

27, 28, 29 November 2025

Current problems in engineering and applied sciences I International Conference. Azərbaycan Iqtisadiyyat Universiteti

28-29 noyabr 2025

Xəzər universiteti. Beynəlxalq Sağlamlıq Konfransı

20-22 noyabr 2025

BMT-nin təşkilatçılığı ilə    Tacikistan Respublikasının paytaxtı Düsənbə şəhərində “Məktəbdə qidalanma – millətin sağlam gələcəyinə qoyulan investisiyadır” mövzusunda MDB üzv  ölkələrinin “Məktəblərdə qidalanma” mövzusunda II Beynəlxalq Forum, "Məktəbdə qidalanmanın millətin inkişafına və sağlamlığına təsiri"

mövzusunda Elmi-praktik Konfrans

 2022, 2023, 2024, 2025 illər

onlayn olaraq 15 Beynəlxalq Kofrans

17 yanvar 2025

ATU-nun əməkdaşı İsmail Qafarov tərəfindən təqdim olunan “Tibbi statistika” mövzusunda vebinar

EBSCO tərəfindən təşkil olunan Educational vebinarlar (onlayn)

 

Kitab

Каzımov M.A., Qurbanov Ə.S., Məmmədov A.M. və b. "Gigiyenik profilli laboratoriya işinin əsasları" (tibbi profilaktika ixtisası üzrə təhsil alan tələbələr üçün dərs vəsaiti). Bakı, “Təbib”, 2014, 380 s.

Məqalə

1. Али Ф.М., Кaзымов M.A. Гигиеническая значимость исследования ферментативной активности почв примагистральных территорий. Сибирский медицинский журнал, № 1. 2013. С. 98-100

DOİ  h-index – 2 

 

2. КВМ, Самедов Ш.Х., АбдуллаеваА.A., Али Ф.М., Алиева Н.В. Гигиеническая оценка естественного радиационного фона при ядерном каротажем нефтяных скважин. "Медицина Труда 21 Века: Вопросы охраны здоровья работающего населения". Научно-практическая конференции с международным участием. Karaqanda. 2022. С. 143

 

3. Казимов М.А., Алиева Н.В., Фатуллаева С.Ф., Али Ф.М. Гигиеническая оценка уровня тяжелых металлов в биосредах населения города Баку. "Здоровье населения и среда обитания – ЗНиСО". 2020; (3):22-26.

DOİ

 

4. The influence of ionizing radiation on the health of loggers on geophyzical expenitions. Al Farabi 12th International scientific Research and İnformation Conqress. March, 2024. Almaty, Kazakistan proceedings book. İKSAD Publication-2024, p. 441-443

 

5. Q.M.Hacıyeva, Q.S.Qəniyeva, Fəridə Əli M., İ.F.İslamzadə. The importance of proper nutrition in strengthening the mental labor activity of schoolchildren. International Scientific and Practical Conference Diversity And Inclusion In Scientific Area October 26-28, 2024, Warsaw, Poland. Р. 173-175

 

6. Qaniyeva Qalina Sardar, Qadjiyeva Qəribə Mansur, Fəridə Əli Məhəmməd, Səmədov Şaxalı Xosaxan, İslamzadə İlahə Faiq. Изучение состояния физической активности населения на основе анализа международных рекомендаций. Вопросы организации и информатизации здравоохранения. №3, 2025 МИНСК, РИНЦ. С.71-77

Üzv olduğu qurum

1. ATU-nun Elmi Şurasının üzvü

2. ATU-nun Mərkəzi Metodik Komisiyasının üzvü

3. ATU-nun İctimai səhiyyə Fakültə Elmi Şurasının üzvü

4. İctimai səhiyyə Fakültəsi “İctimai sağlamlıq və Gigiyena” Elmi Problem Komissiyasının üzvü

5. "Ətraf mühit və sağlamlıq" magistratura səviyyəli ixtisas üzrə tədris proqramlarının hazırlaması üçün İşçi qrupun üzvü

6. Kafedranın “Ətraf mühitin sağlamlığı” və “Qidalanma” bölmələri üzrə tədris-metodik qruplarının rəhbəri

7. Kafedranın Elmi-tətqiqat işinin rəhbəri

8. Milli Elmlər Akademiyasında «Tibbi-geoloji atlasın yaradılması» üzrə İşçi qrupun üzvü

9. İqtisadiyyat Nazirliyində “Minimum istehlak səbəti”nin tərkibinə baxılması üçün yaradılmış İşçi qrupunun üzvü

10. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığı çərçivəsində həyata keçirilməsi planlaşdırılan “Daha yaxşı qidalanma və daha təhlükəsiz qida üçün qida məhsullarının istehlakı məlumatları üzrə potensialın artırılması” pilot layihə üçün əlaqədar qurumların nümayəndələrindən ibarət İşçi qrupun üzvü