Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Məmmədova Günel Qulu qızı 2010-cu ildən II Müalicə-profilaktika fakültəsinin II Daxili Xəstəliklər kafedrasında çalışır.2016-cı ildən II Daxili xəstəliklər kafedrasında assistent vəzifəsində çalışmışdır. 2019-2022-ci illər arasında təhsilini ABŞ-da davam etdirmişdir. ( Medical College of Wisconsin- Internal Medicine courses, 30.01.2019 Diagnostic Medical Ultrasound Technician, 23.10.2021 ARDMS-Sonography Principles and İnstrumentation). Azərbaycan, rus və ingilis dillərində III, IV,V kurslarda “Hematologiya”, “Daxili  Xəstəliklər” və “Endokrinologiya” fənnlərindən  praktiki məşğələlər aparır, test və dərsliklərin yazılmasında iştirak edir. İşlədiyi müddətdə özünü nizam-intizamlı, çalışqan həkim kimi göstərmiş, həkim və tələbə kollektivinin hörmətini və məhəbbətini qazanmışdır. Azərbaycan və bir çox xarici ölkələrdə 15-dən çox məqalə və tezisləri çap olunmuşdur.

Akademik fəaliyyət

1. Azərbaycan Tibb Universiteti II Daxili Xəstəliklər kafedrası 2010-2016 baş laborant

2. Azərbaycan Tibb Universiteti II Daxili Xəstəliklər kafedrası 2016-2019 assistent

3. Azərbaycan Tibb Universiteti II Daxili Xəstəliklər kafedrası 2022-15.09.2025 baş laborant

4. Azərbaycan Tibb Universiteti II Daxili Xəstəliklər kafedrası 16.09.2025-assistent

Təhsil

Ali təhsil Azərbaycan Tibb Universiteti. I MPF fakültəsi. Həkim. 2000-2006

Respublika Endokrinoloji Dispanseri. Həkim- endokrinoloq interna 2006-2007

Peşə və pedaqoji inkişaf

15.03.2023-cü il tarixində Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Endokrinologiya ixtisası üzrə sertifikasiya imtahanından keçmişdir.

Elmi araşdırma sahəsi

“Tip 1 və 2 şəkərli diabeti olan xəstələrdə diabetik nefropatiyanın erkən mərhələlərinin kliniki və immunoloji xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasının üzərində işləyir.

Məqalə

1. DİABETİK NEFROPATİYANIN İLKİN MƏRHƏLƏLƏRİNDƏ İLTİHABİ STATUS: SİTOKİNLƏR, PATOFİZİOLOJİ VƏ TERAPEVTİK TƏSİRLƏRİ. Azərbaycan Tibb Jurnalı. Bakı. АТJ, 2025, No1, 39-43. İSSN 0005-2523


orcid DOI
Məqalə

1. In early complications of type 1 diabetes, central nervous system diseases occur before diabetic nephropathy. 7th international Izmir congress on medicine, nursing, midwifery, and health sciences proceedings book. ISBN- 978-9952-8545-5-8


orcid DOI
Məqalə

1. Glucose duration in the range and peripheral neuropathy in type 2 diabetes and chronic kidney disease. 4th International Paris applied sciences congress. ISBN-979-8-89695-029-5

2. Immunological aspects of the early stage of nephropathy in patients with diabetes. AICNHS 2nd international conference on new horizons in science Cairo ISBN-978-625-6393-97-4

5. Показатели клеточного иммунитета у больных сахарным диабетом, осложненным диабетической нефропатией. Медицинские новости. Беларусь, Science index Импакт-фактор - 0,187 ISSN 2076-4812

Üzv olduğu qurum

1.Azərbaycan Endokrinoloqlar Cəmiyyəti İctimai Birliyi.

2.Azərbaycan Daxili Xəstəliklər Dərnəyi

3.ARDMS- Aamerican Registry for Diagnostic Medical Sonography)