Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Abdıyeva Fəridə Vilayət qızı 29 iyul 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

2006-cı ildə Bakı şəhəri 173 nömrəli orta məktəbi bitirmiş və həmin il Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur.

2012-ci ildə Azərbaycan Tibb Universitetini “Fərqlənmə” diplomu ilə bitirmiş və elə həmin ildə ATU II mamalıq-ginekologiya kafedrasına rezidenturaya daxil olmuşdur. 2017-ci ildə müvəffəqiyətlə bitirmişdir. 2018-2021-ci illərdə ATU II mamalıq ginekologiya kafedrasında doktorantura təhsili almışdır.Tibb üzrə fəlsəfə doktoru elmi adı almaq üçün  “Perimenopauzal dövrdə endometriumun hiperplastik proseslərində vitaminlərin və mikroelementlərin rolu” adlı dissertasiya işini 2024-cü ildə müdafiə etmiş, 2025-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi adını almışdır. Respublikamızda və ölkə xaricində nəşr edilən 30 elmi əsər (məqalə və tezis) müəllifidir. Çoxsaylı yerli və xarici konfranslarda iştirak etmişdir.

Rus, ingilis, türk dilini bilir. Microsoft office proqramları və power point-də rahat işləyir

Peşə və pedaqoji inkişaf

 Noyabr 2024 – Mamalıq və Ginekologiya üzrə ixtisaslaşma kursu, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu.

 İştirak etdiyi konfranslar, konqreslər və elmi tədbirlər (xronoloji)

 BDU nəznində Tibb fakultəsinin yaranmasının 100 illik yubileyinə həsr edilmiş ”Təbabətin aktual problemləri” Beynəlxalq elmi-praktik konfrans, Bakı 2019

”Doktorant və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransın Materialları”, Bakı 2019

Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin tə­minatına doğru mövzusunda onlayn konfrans. Bakı, 2020,

“Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2020” mövzusunda Beynəlxalq elmi-praktik kongresin materialları, Bakı, 2020

  “Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2023” mövzusunda Beynəlxalq elmi-praktiki kongres Bakı, 2023

“Təbabətin aktual problemləri-2024” Beynəlxalq elmi-praktik kongresin materialları, Bakı, 2024

”Mamalıq, ginekologiya və estetik tibb” beynəlxalq elmi-praktiki kongres Bakı, 2025

Mamalıq,Ginekologiya və Perinatologiyada mübahisəli məsələlər Beynəlxalq elmi-praktiki konfrans, Bakı sentyabr 2025

“Akademik irs 130: Cərrahiyyədə elmi və peşəkar yanaşmalar” Beynəlxalq elmi-praktik konfrans

 Mamalıq və Ginekologiyada çətin məsələlərin asan həlli, Bakı 2025

 Mamalıq və Ginekologiya üzrə Bakı mütaliələri 2025:Endokey, Bakı 2025

Tibb festivalı, Bakı 2025

Konfranslarda elmi çıxışlar

 Частота дефицита витамина Д  при гиперпластических процессах      эндометрия в перименопаузальном периоде // BDU nəznində Tibb fakultəsinin yaranmasının 100 illik yubileyinə həsr edilmiş ”Təbabətin aktual problemləri” Beynəlxalq elmi-praktik konfrans, Bakı 2019,

Perimenopauzal dövrdə olan qadınlarda endometriumun hiperplastik proseslərində D vitaminin, kalsiumun və fosforun miqdarının öyrənilməsi // ”Doktorant və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransın Materialları”, Bakı 2019

“Koronavirus infeksiyasının (COVİD-19) perimenopauzal dövrdə olan qadınlara təsiri” //Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin tə­minatına doğru mövzusunda onlayn konfrans. Bakı, 2020,

 Perimenopauzal dövrdə endometriumun hiperplastik prosesləri olan qadınlarda fol turşusunun səviyyəsinin qiymətləndiril­məsi // “Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2020” mövzusunda Beynəlxalq elmi-praktik kongresin materialları, Bakı, 2020

 Perime­nopauzal dövrdə endometriumun hiperplastik proseslərində D vitamini və Zn korelyasion əlaqələri. // “Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2023” mövzusunda Beynəlxalq elmi-praktiki kongres Bakı, 2023

Anogenital kondilomaların müalicə üsullarının müqayisəli təhlili  “Təbabətin aktual problemləri-2024” Beynəlxalq elmi-praktik kongresin materialları, Bakı, 2024

 Anogenital kondilomaların müalicəsində Plexr cihazının effektivliyi və üstünlüyü// Mamalıq,Ginekologiya və Perinatologiyada mübahisəli məsələlər Beynəlxalq elmi-praktiki konfrans, Bakı sentyabr 2025

Akademik fəaliyyət

2022-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin II Mamalıq və Ginekologiya kafedrasında baş laborant vəzifəsində çalışır, elmi-pedaqoji fəaliyyətini davam etdirir

Təhsil

-2006–2012 – Azərbaycan Tibb Universiteti, Müalicə-Profilaktika Fakültəsi

Rezidentura

-2012–2017 – ATU II mamalıq-ginekologiya kafedrası

Doktorantura

2018-2021 ATU II mamalıq-ginekologiya kafedrası

Elmi araşdırma sahəsi

Elmi işin mövzusu Perimenopauzal dövrdə endometriumun hiperplastik proseslərində vitaminlərin və mikroelementlərin rolu.

Məqalə

Abdıyeva F.V. Perimenopauzal dövrdə endometriumun hiperplastik proseslərinə səbəb olan amillərin təhlili // “Sağlamlıq” jurnalı, Bakı, № 04, 2019 s.209-213.

Bagirova H.F., Aliyeva S.A. , Abdiyeva F.V Study of Zinc levels in perimenopausal women with endometrial hyperplasia // “Abstracts of  III  international scientific and practical conference ” London, 2020, p.17-21

Əliyeva S.A., Abdıyeva F.V. Qan serumunda D vitamini səviyyəsinin endometriumun morfoloji xüsusiyyətlərinə təsiri // ” Azərbaycan Təbabətinin müasir nəaliyyətləri” jurnalı, Bakı, № 02, 2019 s.261-264

Багирова Х.Ф., Алиева С.А., Абдыева Ф.В.  Общая характеристика уровней кальция (Са) и витамина Д при гиперпласти­ческих процессах эндометрия у женщин в перименопаузальном периоде // “Azərbaycan Tibb Jurnalı, Bakı, 2020, səh. 92-96

Abdiyeva F.V. Quality of life assessment in peri­menopausal women with abnormal uterine bleeding and endometrial hyperplasia // “Акушерство гинекология репродукция” журнал, Казань, том 14, № 06, 2020, стр 630-636 (SCOPUS)

Багирова Х. Ф., Алиева С. А., Абдыева Ф. В. Изучение показателей уровня магния у больных c гиперплазией эндометрия в перименопаузальном периоде //“Sağlamlıq” jurnalı, Bakı, № 04, 2020 s.50-54.

Абдыева Ф.В. Оценка статуса уровней магния и кальция у женщин с гиперпластическими процессами эндометрия в перименопаузе  // “Медицинские новости” журнал, Минск, № 05, 2023, стр 80-82

Абдыева Ф.В. Оценка статуса витамина D у женщин с гиперпластическими процессами эндометрия в перименопаузе  //“Репродуктивное здоровье. Восточная Европа” журнал, Минск, том 13, № 03, 2023, стр 230-236 (SCOPUS, Q4 )

Əliyeva S.A., Abdıyeva F.V. Perimenopauzal dövrdə endometriumun hiperplastik proseslərində B12 vitamini və fol turşusunun rolu // ”Azərbaycan Təbabətinin müasir nəaliyyətləri” jurnalı, Bakı, № 02, 2023 s.201-204