Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

18.03.1968-ci ildə Bakı şəhərində doğulmuşdur. Xətai r-nu 48№ orta məktəbi “Qızıl Medal”lla bitirdikdən sonra 1986-1992 ci illərdə Azərbaycan Tibb Universiteti- II Müalicə-profilaktika fakültəsini “Fərqlənmə Diplomu” ilə bitirmişdir.

1992 sentyabr ayından etibarən – Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasında  mama-ginekoloq ixtisası üzrə (həkim)-baş laborant kimi işə qəbul  olunmuşdur. 1999 noyabrdan – ATU-nun II mamalıq-ginekologiya kafedrasında 1,0 ştat vahidi  assistent  vəzifəsinə (mama-ginekoloq ixtisası)  təyin olunmuşdur. 2020-ci il yanvar ayından hal-hazıradək 0,75 ştat vahidi Dosent vəzifəsində (mama-ginekoloq ixtisası)  kimi çalışır. Sarıyeva E.Q. ATU-nun Problem Komissiyasının üzvü, Mamalıq və ginekologiya üzrə Aprobasiya Şurasının üzvü olaraq çalışmış, dəfələrlə dissertasiya işlərinin müdafiələrində rəyçi kimi çıxış etmişdir. O, mamalıq və ginekologiya fənni üzrə azərbaycan və ingilis dilli qruplarında təcrübə və mühazirə dərsləri aparır, ixtisası üzrə Tələbə İmtahan Komissiyasının Eksperti olaraq fəaliyyət göstərir. Dosent Sariyeva universitet rəhbərliyi tərəfindən ATU-nun II müalicə-profilaktika fakültəsinin tələbə elmi cəmiyyətlərində münsiflik fəaliyyətinə görə və elmi rəhbər  kimi təltifnamələr almışdır. Sarıyeva E.Q. hal-hazırda Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının cərrah-mama ginekoloqudur, mama-ginekologiya üzrə rezidentlərin kuratorudur. Səhiyyə işinə yaxından köməklik etmişdir. ATU-nun II mamalıq-ginekologiya kafedrasının ilkin klinik bazası olan Ş.Ələsgərova adına 5 saylı Klinik doğum evində perinatal və ana ölümləri üzrə doğum tarixlərini təhlilinin müəllifi olmuşdur. Azərbaycan Səhiyyə Nazirliyinin  “ Doğuşayardım xidmətin təkmilləşdirilməsi barədə” 29.03.2016 tarixli 23 saylı əmrinə əsasında təşkil olunmuş tibbi briqadanın rəhbəri kimi Şəki, Zaqatala, Oğuz  rayonlarına ezam olunaraq risk qruplu xəstələrin konsultasiyalarını aparmış, ağır doğuşlara, Kesar əməliyyatlarına kömək etmişdir. Koronovirus pandemiyası dövründə ATU-nun Tədris Cərrahiyyə Klinikasının mamalıq və ginekologiya şöbəsində cərrah briqada rəhbəri (cərrah mama-ginekoloq) kimi koronoviruslu hamilələrə, zahılara könüllü yardım etmişdir. Dəfələrlə Azərbaycan dövlət televiziyasında, həmçinin özəl televiziya verilişlərində, radioverilişində  əhalinin tibbi maarifləndirmə mövzuları üzrə çıxış etmişdir.

Akademik fəaliyyət

2005-ci ildə  “ Urogenital xlamidioz zamanı hamiləliyin, doğuşun gedişi və immunokorreksiya” mövzusunda dissertasiya işini müdafiə edərək “Tibb üzrə Fəlsəfə doktoru” alimlik dərəcəsi adını almışdır. 2022-ci ildə  “B, C virus hepatitləri olan hamilələrdə xəstəliyin klinik-patogenetik və terapevtik aspektləri” adlı  dissertasiya işini müdafiə edərək “ Tibb Elmləri Doktoru” alimlik dərəcəsi adını almışdır.

Təhsil

1986-1992 ci illərdə Azərbaycan Tibb Universiteti- II Müalicə-profilaktika fakültəsini “Fərqlənmə Diplomu” ilə bitirmişdir.

Peşə və pedaqoji inkişaf

Dosent Ellada Sarıyeva Beynəlxalq Elmi-praktiki konfranslarda dəfələrlə məruzəçi kimi çıxış etmişdir:

19 sentyabr, 2015 il tarixdə “Mamalıq, Ginekologiya  və Neonatologiya sahələrində müasir  diaqnostika  və müalicə metodları”  mövzusunda  “9-cu Beynəlxalq Elmi-praktiki konfrans”da məruzəçi ;

20 may 2016 tarixdə. ATU-nun TCK-da “Ginekoloji problemlərə və riskli hamiləliklərə müasir yanaşma” mövzusunda təşkli olunmuş Simpoziumda məruzəçi;

 2017-ci 29-30 iyun tarixində Türkiyə Aydın şəhəri  Adnan Menderes Universiteti “Beynəlxalq Sağlıq Bilimləri” konqresində məruzəçi;

  2017-ci il 15 sentyabr Tbilisidə  keçirilən  Cənubi  Qafqaz  Mama-ginekoloqları və Perinatoloqlarının  II  Beynəlxalq Konqresində məruzəçi;

 2018-ci il 20 oktyabr tarixində Türkiyə,  İzmir şəhəri “9 Eylül Universiteti” ində keçirilən   “I Beynəlxalq  3-cü Milli doğuşa hazırlıq  və təlimçilik” konqresində məruzəçi ;

 3-6 oktyabr 2019-cu il Türkiyə, Konya şəhərində keçirilən II Beynəlxalq və III Milli Doğuşdan sonrakı Qulluq Konqresində “Doğuşdan sonrakı qulluq Azərbaycan nümunəsi” mövzusunda məruzəçi;

  2020 il, 19-20 dekabr tarixlərində ATU-nun 90 illik Yubileyinə həsr olunmuş  Beynəlxalq Elmi-Praktiki konfransda məruzəçi;

2021-ci il 26 dekabr Stokholm\Sweden “The XXI International Scientific Symposium“ – məruzəçi;

18-21 iyun 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında keçirilən  I Beynəlxalq Tibbi Forumda məruzəçi;

5 may  

2022-ci il tarixdə Bakıda Mərkəzi Gömrük Hospitalında “ Hamiləlikdə genital və ekstagenital  xəstəliklər” adlı konfransda məruzəçi;

2023-cü il  5 mart tarixində “Türkiye Maternal Tıp ve Perinatoloji Derneği” (TMFTP) ve “European Association of Perinatal Medicine” (EAPM) ilə ortaq yaradılan  “Perinatolojide Güncel Sorunlar ve Yaklaşımlar Kongresi”nde məruzəçi (təqdim olunan məruzə Perinatologiya Cəmiyyəti tərəfindən Mükafata layiq görülmüşdür.

2023-cü il, 1-3 dekabr  tarixdə Türkiyə, İzmir Demokratik Universitetinin Tibb kongresində məruzəçi;

25 aprel 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Xəstəxanasının birgə təşkil etdiyi “Mamalıq-ginekologiya sahəsində beynəlxalq təcrübənin və multidistiplinar əməkdaşlığın rolu” adlı Dəyirmi Masa  müzakirələrində aktiv iştirakçı;

2023-cü il 22-23 iyun tarixdə Qazaxıstan Respublikası, Astana şəhərində konfransda məruzəçi;

2023 -cü il 3-6 may tarixində ATU-da ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransda məruzəçi;

11 fevral 2024-cü il tarixində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ Organization of Medical Projects Academy (OMPA)” tərəfindən aparılan ictimai sorğulara əsasən il ərzində göstərdiyi tibbi xidmətin yüksək keyfiyyətinə görə

“ 2023 -İlin Həkimi “ Mükafat

15 dekabr 2024-cü il tarixində Organization of Medical Projects Academy (OMPA) tərəfindən Bakıda təşkil olunan

“Ginekologiyada mübahisəli mövzular, Kolposkopiya, Servikal Patologiyalar” konfransında məruzəçi;

2024-cü il 5 iyun tarixdə Bakı Medikal Plaza Klinikasında təşkil olunmuş  “Mamalıq və ginekologiyada ağır klinik hallara həsr olunmuş multidistiplinar konfransda klinik keyslər üzərində müzakirələrdə aktiv iştirakçı;  2024 -cü il 1 sentyabr tarixində ABŞ , Nyu-Yorkda keçirilən  “ Azərbaycan - Amerika Tibb Assosiasiyasının  2-ci Ümumi Yığıncağında iştirakçı;

3-4 may 2025-ci il tarixdə Azərbaycanda keçirilən  “2-ci Mamalıq, Ginekologiya və Estetik Tibb konqresi”ndə məruzəçi;

7 may 2025-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və ATU-nun 95 illik yubileyinə həsr olunmuş konfransda Tələbə Elmim Cəmiyyətinin mamalıq- ginekologiya panelində münsiflər heyəti sədri;

22 may 2025-ci il tarixində ATU-nun mamalıq və ginekologiya ixtisaslı rezident-həkimlər üçün  “Göbək ciyəsinin kəsilməsi” adlı klinik bacarığın təlimçisi  (online)

 30 may 2025-ci il tarixdə ATU-nun Tədris-Cərrahiyyə Klinikasında rezident-həkimlər üçün “Hamiləlik dövründə qaraciyər xəstəliklərinə sistemli yanaşma” mövzusunda seminarda məruzəçi;

25 noyabr 2025-ci il tarixdə  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunmuş “ Uşaqlıq boynu xərçəngindən azad gələcək nəsilə doğru”: Tədqiqatdan Tətbiqə

adlı  Milli seminarda Azərbaycan Tibb Universitetinin II Mamalıq və Ginekologiya kafedrasının təmsilçi

 

Keçdiyi kurslar:

2010 il sentyabr-oktyabr ayında  Türkiyənin Ankara şəhərində Qazi Universitetində mamalıq-ginekologiya üzrə kurs;

07.05.2015 – “Medikamentoz abortlar, metodika üstünlükləri, hüquqi aspektləri “ üzrə master klass təlimi;

01.01.2017 ildən 01.07.2017 ildək Azərbaycan - Almaniya Tibb  Kooperasiya Assosiasiyasının Almaz Akademiyası Tibbi trening  mərkəzində “Laparoskopiya”  

Kursu;

20-24 aprel 2017-ci il tarixində Bakıda keçirilən Azərbaycan-Alman-Türk Tibbi Konqresində “Laparoskopiya və Histeroskopiya” üzrə treyninq;

4-5 may 2018-ci il tarixli    Türkiyə-Azərbaycan Tibb Cəmiyyətinin Bakıda təşkil olunmuş  Beynəlxalq Reproduktiv Sağlamlıq Simpoziumu “Histeroskopiya və Laparoskopiya ” praktiki kursu;

18-21 oktyabr 2018-ci il  Türkiyə, İzmir şəhərində  9 Eylül Universitetin təşkil etdiyi doğuşda “Reboza-massaj” kursu;

29 aprel- 9 may 2021 tarixində AzerMDS-in “Biostatistikanın əsasları” kursu;

9 oktyabr 2022-ci il tarixdə Avropa Asiya Mama-Ginekoloqlar Cəmiyyətinin Azərbaycanda keçirdiyi  “ Dölün vakuum-ekstraksiyası təlimi”  və “Kolposkopiya” kursu;

5-9 dekabr 2022-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda  “Hamiləlik və böyrək xəstəlikləri”  ixtisasartırma kursu

28 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasında Həkimlərin sertifikasiyası 

23-cü -28.06.24 tarixinədək 

ATU-da təşkil olunmuş  “British Academy ”LLC  tərəfindən

aparılan “General B2 level” ingilis dili təlim kursu 

30 may- 07 iyun   2024-cü il tarixində ATU-nun  Tibb və Sağlamlıq elmləri təhsili kafedrasında

“Pedaqoji peşəkarlığın inkişafı” mövzusunda təlim kursu

Kitab

1.Urogenital xlamidioz zamanı hamiləliyin, doğuşun gedişi və immunokorreksiya. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın  avtoreferatı, Bakı, 2005, 20 səh. https://www.millikitabxana.az/dissertations/letter/S

2.Sadə herpes xlamidioz virusunun (SHV) hamiləliyin və doğuşun gedişinə təsiri.   Dərs vəsaiti          Bakı,”Təbib”, 2015,  63 səh. (Azərbaycan Təhsil Nazirliyinin 10 iyul 2015-ci il 783 saylı əmri)

3.B, C virus hepatitli hamilə qadınlara mamalıq yardımının təşkili.  Metodik tövsiyə (həmmüəlliflər - Bağırova H.F., Məmmədov M.Q.), Bakı,”Təbib” 2021, 60 səh. (Azərbaycan Tibb Univeritetinin Elmi Şurasının 2 iyul 2021-ci il tarixli iclasının 06 saylı qərarı)      https://www.preslib.az/az/book/O1QMAjTxl6LNJhR

4.B, C virus hepatitləri və hamiləlik.   Dərs vəsaiti (həmmüəllif -Bağırova H.F.)   Bakı,”Təbib” 2021, 134 səh. (Azərbaycan Tibb Univeritetinin Elmi Şurasının 2 iyul 2021-ci il tarixli iclasının 06 saylı qərarı)  https://www.preslib.az/en/book/VBl6oTGO8EqHRLD?utm_source=chatgpt.com

5. “Ginekologiya”  Dərslik Bakı, “Şərq-Qərb” Nəşriyyat evi,  2012, 600 səh. (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi surası tərəfindən 2007-ci il 17 may tarixində 126 saylı əmr ilə təsdiq edilmişdir) (Sarıyeve E.Q. tərtib etdiyi bölmələr-III Fəsil 3.3-3.3.6, 3.3.8-3.3.9.    həmmüəlliflər- ATU,II mamalıq və ginekologiya kafedrası əməkdaşları)

6.“Mamalıq” Dərslik.         Bakı, “Təbib” 2023 , 725 səh.   (Azərbaycan Tibb Univeritetinin Elmi Şurasının  5 aprel  2022-ci il tarixli iclasının 06 saylı qərarı)        Sarıyeva E.Q. tərtib etdiyi bölmələr: s.173-206, s.356-368, s.394-403, s.417-427, s.467-473, s.684-693) (həmmüəlliflər- Prof.Bağırova H.F. və II mamalıq və ginekologiya kafedrasının əməkdaşları)  https://www.scribd.com/document/893249648/Mamal%C4%B1q-2023-D%C9%99rslik-Compressed?utm_source=chatgpt.com

Məqalə

1.Kesar kəsiyi əməliyyatının ana və döl üçün nəticələri   (Məqalə, həmmüəllif-Cavadova G.R. ) “Sağlamlıq” Bakı, 2011, №5, s.55-59

2. Bakterial vaginozun müasir müalicəsi       (Məqalə) “Azərbaycan təbabətinin Müasir nailiyyətləri” (Rüblük-elmi-praktiki jurnal), Bakı, 2012, №1, s. 152-153         

3. B, C hepatitlərinin epidemiologiyası və mamalıq patologiyalarında rolu (Məqalə)   “Sağlamlıq “, Bakı,  2013, №4 s.32-39

4. B və C virus hepatitli hamilə qadınlarda yanaşı virus-bakterial floranın öyrənilməsi (Məqalə) “Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri”  (Rüblük elmi-praktiki jurnal) Bakı, 2015, №4,  s.107-111.  https://www.maamjournal.az/media/archive/pdfs/Dost_N4_2015.pdf                   

5.Динамика частоты HBV - и   HCV- инфекций у родильниц с инфекционной патологией в городе Баку       (Məqalə) « Здоровье женщины» Научно-практический журнал, Украйна,  2016, №2 (108), с.179-182.

6.Определение специфических серологических маркеров вирусных гепатитов, показателей гемограммы и С-реактивного белка у новорожденных от матерей с HBV-, HCV-инфекцией     (Məqalə) « Медицинские новости» Ежемесячный научно-практический информационный-аналитический журнал    Беларусь, 2017, № 2 (269) с. 77-79.         https://cyberleninka.ru/article/n/opredelenie-spetsificheskih-serologicheskih-markerov-virusnyh-gepatitov-pokazateley-gemogrammy-i-s-reaktivnogo-belkau-novorozhdennyh/viewer 

7. Случай материнской смертности у беременной с фульминантным течением гепатита С       (Məqalə) Казанский Mедицинский журнал,  2017, том XCVIII, №3, «TATMEDIA» стр. 462-465.  DOI: 10.17750/KMJ2017-462

8. Importance of Shear Wave Elastography of livers in practically healthy pregnant women (Məqalə, həmmüəlliflər S. Salahova, N. Bayramov)  «Georgian Medical News» , 2017, №7-8 (268-269):43-47.  https://pubmed.ncbi.nlm.nih.gov/28820411/           

9.Метаболизм липопротеинов у больных с гепатитами В и С  (Məqalə, həmmüəllif - Мамедов М.Q.) «Биомедицина» Баку, 2018, №1, стр.3-6. https://www.researchgate.net/publication/370496761_Metabolizm_lipoproteinov_u_bolnyh_gepatitami_V_i_S

10.Характеристика корреляционных взаимосвязей β -2 микроглобулина с основными биохимическими показателями и вирусной нагрузкой у беременных с вирусными гепатитами В и C (Məqalə) “Вестник Современной Клинической Медицины» Научно-практический  журнал, 2018. Том 11, выпуск 4,  Казанский ГМУ МЗ РФ, стр.72-78.

11.. B və C virus hepatitli hamilə qadınlarda qaraciyərin sıxlığı ilə qanda albuminin konsentrasiyası arasında korrelyasiya asılılığı  (Məqalə) “Azərbaycan Tibb Jurnalı” Bakı 2018, №4, səh. 56-59.  (SCOPUS) 

12. Зависимость между степенью тяжести перинатальных гипоксических повреждений ЦНС и ответной реакции фетоплацентарной системы на воспаление  (Məqalə, həmmüəlliflər- Qurbanova C.F., Hüseynova S.Ə., Muxtarova S.N., Əlizadə S.F.) “Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri” Bakı, 2018, №04, səh. 45-48.  

13. Массо-ростовое распределение и показатели по шкале Апгар новорожденных, родившихся от матерей, инфицированных HBV- и  HCV-инфекцией (Tezis)          «Актуальные вопросы  современной медицины: Материалы III Международной конференции Прикаспийских государств» Астрахань, 2018, стр.169-171.

 https://astgmu.ru/wp-content/uploads/2018/10/Sbornik.pdf

14. HBV ve HCV enfeksiyonlu gebelere yaklaşım prensipleri (Tezis) “Yeni kavramlar, yeni fikirler, yeni teknikler” 1.Uluslararası 3.Ulusal doğuma hazırlık eğitimi ve eğiticiligi kongresi. Türkiye. İzmir. 18-21 ekim 2018 (Bildiri kitabı) s.731

https://motto.tc/siteler/www.dogumahazirlikegitimi2022.com/gorseller/files/dogum-kitap-son-compressed.pdf

15. Иммунопатогенез HBV, HCV инфекций (Məqalə, həmmüəlliflər- Bağırova H.F., Məmmədov M.Q.)  «Müasir ginekologiya  və perinatologiyanın aktual məsələləri” Bakı-2019, cild 6, №1  səh.9-15.  file:///C:/Users/Ellada%20Sariyeva/Downloads/xanimeyvazova,+6.1_Ginekologiya+2019-9-15%20(3).pdf

16. Возможности применения сдвигововолновой эластографии  у беременных, инфицированных вирусами В и С (Məqalə)        Казанский медицинский журнал,  2019, том C,№2 , стр.345-350. DOI: 10.17816/KMJ2019-345

file:///C:/Users/Ellada%20Sariyeva/Downloads/11549-22773-1-PB%20(1).pdf

17. Xroniki B virus hepatitli hamilə qadınlarda antivirus müalicə        (Məqalə, həmmüəlliflər- Məmmədov M.Q.,

 Bağırova H.F.)     Azərbaycan Onkologiya Jurnalı, 2019,  №1, səh.71-74.  http://mom.gov.az/resources/content_files/pdf_jurnal/1-152_1.pdf

18. Study of lipid spectrum indicators in blood of pregnant women with chronic B, C virus hepatitis       (Məqalə)      East European Science Journal (Warsaw, Poland), 2019 №11(51) Part 1 p. 40-50.  

19. Hepatit B virusu əleyhinə postnatal vaksinasiyanın müasir aspektləri    “Azərbaycan  Təbabətinin Müasir Nailiyyətləri” Bakı, 2020 №4, s.3-8.  https://www.maamjournal.az/media/archive/pdfs/2020_N4.pdf

20. Serological methods in the diagnosis of liver fibrosis in pregnant women with hepatitis B, C and evaluation of the sensitivity and specificity of SWE elastography (Məqalə, həmmüəllif- I.A. Gafarov)        American Scientific Journal, Kiev, Ukraine, 2020, Vol.1, №34, p.8-16   

21. Hepatit virusuna yoluxmuş hamilə qadınlarda Kesar kəsiyi əməliyyatının rastgəlmə tezliyinin öyrənilməsi      (Məqalə)      Cərrahiyyə (elmi-praktiki jurnal) Bakı, 2020, №2 s. 40-42.

22 Показатели эхогенности печени, селезенки и уровень сывороточного альбумина после антивирусной терапии беременных женщин с высокой виремией, инфицированных хроническим вирусным гепатитом В         (Məqalə) Azərbaycan Onkologiya Jurnalı, Bakı, 2020, №1 s.46-48.        

23.. HBV və HCV-pozitiv hamilə qadınlarda virus antigenləri, qaraciyərin funksional göstəriciləri və qaraciyər SWE göstəricilərinin öyrənilməsi        (Məqalə)      “Sağlamlıq” jurnalı, Bakı, 2020, №4, s. 65-71. https://www.saqlamliq.az/archive_files/88832Jurnal%20%E2%84%96%204.2020.pdf

24. B və C tipli hepatit virusu ilə infeksiyalaşmış  hamilə qadınların klinik-anamnestik xarakteristikası və xəstəliyin virusoloji parametrləri (Məqalə)    “Azərbaycan Tibb jurnalı”, Bakı, 2020, №4 s. 53-59.  (SCOPUS) 

25.  B, C virus hepatitli qadınlarda doğuşun, zahılıq dövrünün xüsusiyyətləri və cərrahi doğuşların tezliyi   (Məqalə)      “Cərrahiyyə” (elmi-praktik jurnal) Bakı, 2021, №2-3, s.25-28.    https://acqib.az/pdf/2021-2-3.pdf

26.  B və C virus hepatitli hamilə qadınlarda immunoloji göstəricilərin klinik qiymətləndirilməsi (Məqalə)      “Azərbaycan Allerqologiya və Klinik immunologiya jurnalı”, (elmi-praktik jurnal) Bakı, 2021, cild 9, №1, s. 35-40.  https://acijournals.com/uploads/issues/23/176058338289017140.pdf

27. HBV və HCV -pozitiv anaların yenidoğulan uşaqlarının klinik-fiziki göstəriciləri          (Məqalə) “Azərbaycan  Təbabətinin Müasir Nailiyyətləri” Bakı, 2021, №2, s. 39-43.   https://www.maamjournal.az/media/archive/pdfs/dost_n2_2021.pdf

28. Analysis of mortality among pregnant women infected with viral hepatitis         (Məqalə)          Georgian Medical News, 2021 Jun:(315):39-44.  (PUB MED , SCOPUS)    https://pubmed.ncbi.nlm.nih.gov/34365423/

29. Informativeness of biochemical  indicators in the diagnosis of viral hepatitis B and C in pregnant women    (Məqalə, həmmüəlliflər- I.A.Gafarov) “World of Medicine and Biology” (Ukraine), 2022, №1 (79), p. 121-126. WEB of SCIENCE DOI: 10.26724/2079-8334-2022-1-79-121-126          

30. Bakı şəhərində hamilə qadınların HBV, HCV infeksiyalarına yoluxma dinamikası və klinik-demoqrafik göstəriciləri  Konfrans materialı “Təbabətin aktual problemləri-2020” Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi-Praktiki Konqress materialları, Bakı, 2020, 19-20 dekabr. s. 108-110.

31. Indicators of perinatal  mortality in pregnancies infected with HBV and HCV (conference materials)     Collection of reseach papers of Scientific and Practical Conference “Current issues of biomedical sciencies” Private Institution of Higher education “Kharkiv International Medical University” 2021, October 13, p.117-119.

 

 32. Evaluation of main lipid and iron metabolism in pregnant women with viral hepatitis B and C  The XXI İnternational Scientific Symposium  “Science and Culture in the Modern World” dedicated to the 31st of December, the Day of Solidarity of World Azerbaijanis,  Stokholm /Sweden  December 26, 2021, p.247-249.  

33. Approach to the mothers with hepatitis B, C and to their newborns during the childbirth and postpartum period 4th İnternational  5th National Congress on Postpartum Care, September 29-30- october 1, 2022, Pamukkale/ Denizli, Turkey, (conference materials, p. 26-28)  

 

34. Особенности течения и результаты гестации, родов и послеродового периода у беременных с вирусными гепатитами В и С.  Сборник материалов республиканской научно-практической конференции с международным участием «Современные тренды в охране материнства и детства» Астана, Казахстан, 22-23 июнь , 2023, с. 138-139.

35. B, C virus hepatitli qadınlarda doğuşun, kesar əməliyyatının aparılma taktikasına dair praktiki tövsiyələr. Tezis) Naxçıvan Dövlət Universiteti. “I Beynəlxalq Tibbi Forum”un materialları, Naxçıvan, NDU nəşriyyatı, 2024, s. 236-236.36. Study of the correlation between virological and obstetric indicators in pregnant women with HBV, HCV infection.   Materials of International University Scientific Forum “Practice Oriented Science: UAE-RUSSIA-INDIA” September 25, 2024, UAE, p. 135-138.  

Üzv olduğu qurum

1. Azərbaycan mama-ginekoloqlar Cəmiyyətinin üzvü

2. Azərbaycan Tibb Assosiasiyasının Ginekologiya

3.Türk Ginekoloji Onkoloji Dərnəyinin üzvü

4.“Research Gate” sosial mediada alimlər şəbəkəsinin üzvüdür.