
Cümşüdov Cümşüd Həsən oğlu, 1954-cü ildə Ermənistan respublikasının Sisyan rayonunun Ərəfsə kəndində, müəllim ailəsində anadan olub. Ərəfsə kənd 8 illik məktəbini bitirdikdən sonra təhsilimi Naxçıvan şəhər 7 saylı orta məktəbində və Xırdalan 1 saylı orta məktəbində davam etdirmiş, 1971-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir.
1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə qəbul olunmuşdur. 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Bakı şəhər Təcili Tibbi Yardım xəstəxanasında cərrahiyyə ixtisası üzrə bir illik internatura keçmiş, 1979-cu ildə cərrah ixtisası almışdır.
1979-1983-cü illər arasında Bakı şəhərində 591 saylı Dairə hərbi qospitalında həkim-ordinator, eksperimental laboratoriyanın müdiri, həkim-cərrah işləmişdir.
1983-1985-ci illər arasında N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun I ümumi cərrahiyyə kafedrasında baş laborant işləmişdir.
1985-ci ildə N.Nərimanov adına ATİ-nin “cərrahiyyə” ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra I ümumi cərrahlıq kaferasında baş laborant işləməyə davam etmiş, 1991-ci ildə kafedranın assistenti vəzifəsinə seçilmişdir.
1992-ci ildə namizədlik dissertasiyası müdafiə edərək “tibb elmləri namizədi” elmi adını almışdır. 2000-ci ildən Azırbaycan Tibb Universitetinin Ümumi cərrahlıq və anesteziologiya kagfedrasının dosenti vəzifəsində çalışır.
1993-1998-ci illər arasında fasilələrlə Türkiyədə təcrübə mübadiləsində və eimi ezamiyyətdə olmuş, Gülhanə Hərbi Tibb Akademiyasının bazasında qaraciyərin hidatik exinokokk kistlərinin müasir müalicə üsullarına dair yeni metodika işləyib hazırlamışdır.
1994-cu ildə Qarabağ uğrunda gedən döyüşlərdə könüllü olaraq hərbi səhra cərrahı kimi iştirak etmişdir.
1999-cu ildə İstanbul Universitetinin Tibb fakültəsində invaziv ultrasonoqrafiya kursunu bitirmişdir.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Müəllimi fəxri adı verilmişdir
1985- N.Nərimanov adına ATİ-nin cərrahiyyə ixtisası üzrə aspirantura
1988- N.Nərimanov adına ATİ-nin baş laborant
1991- assistent / 2001- dosent
1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsi
1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Bakı şəhər Təcili Tibbi Yardım xəstəxanasında cərrahiyyə ixtisası üzrə bir illik internatura
1979-cu ildə cərrah ixtisası almışdır.
Tibb üzrə fəlsəfə doktoru 1991 / Səmərələşdirici təkliflər:
1. Hüceyrədənkənar maye həcminin Pettinari-Daqradi üsulu ilə təyini texnikasının modifakasiyası Səmərələşdirici təklif vəsiqəsi: № 205, N.Nərimanov ad. ATİ, 1988
2.Bulbar bioanqiomikroskopiyada işıqlandırma üsulu Səmərələşdirici təklif vəsiqəsi: № 206,N.Nərimanov ad. ATİ, 1988
3. Klinikada damardaxili və hüceyrədən xaric mayelərin həcminin birmomentli təyini metodikası Səmərələşdirici təklif vəsiqəsi:
№ 219, N.Nərimanov ad. ATİ, 1989
4. Orqanizmdə hüceyrədən kənar maye həcminin təyini üçün standart məhlulların hazırlanması metodu Səmərələşdirici təklif vəsiqəsi № 220, N.Nərimanov ad. ATİ, 1989
İxtiralar:
1. İxtiranın adı: Qaraciyər absesinin modelləşdirilməsi üsulu İxtira haqqında patent, Azərbaycan Respublikası Dövlət Elm və Texnika komitəsi, 2001, № İ 2001 0034
2. İxtiranın adı: Epitelial kist modelləşdirilməsi üsulu İxtira haqqında patent, Azərbaycan Respublikası Dövlət Elm və Texnika komitəsi, 2001, № İ 2001 0035 Sarıyev S.Y.
3. İxtiranın adı: Qaraciyəraltı absesin modelləşdirilməsi üsulu İxtira haqqında patent, Azərbaycan Respublikası Dövlət Elm və Texnika komitəsi, 2001, № İ 2001 0036 Sarı S.Y.,
4. İxtiranın adı: Qaraciyərin fibroz kistasının modelləşdirilməsi üsulu İxtira haqqında patent, Azərbaycan Respublikası Dövlət Elm və Texnika komitəsi, 2001, № İ 2001 0037
5. İxtiranın adı: Способ профилактики несостоятельности колоректального анастомоза у женщин Patentin qeydiyyat nömrəsi: № 048190 Alınma tarixi: 31.10.2024
1999-cu-ildə İstanbul Universitetinin Tibb fakültəsində invaziv ultrasonoqrafiya kursunu bitirmişdir.
2023-Həkimləri Təkmilləşdirmə İnstitutu, Ümumi Cərrahiyyə kursu
Parazitar və qeyriparazitar kistlərin miniinvaziv üsullarla müalicəsi
1. Həkiməqədər yardım (dərslik), 2018
2. Həkiməqədərki yardım (tədris-metodik vəsait) Bakı, 2011
Azərbaycan Cərrahlar cəmiyyətinin üzvü / Ankara cərrahlar cəmiyyəti / Avrasiya Qastroentroloji dərnəyinin üzvü