
Mən Həsənov Asiman Balakişi oğlu 04 sentyabr 1974-cü ildə Qərbi Azərbaycan Meğri rayonu Nüvədi kəndində anadan olmuşam. 1981-1991-ci illərdə Nüvədi kənd orta məktəbində orta təhsil almışam. 1991-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakultəsinə daxil olmuşam. Tələbəlik dövründə tələbə elmi cəmiyyətinin aktiv üzvü olmuşam, fakultə tələbə həmkarlar komitəsinin sədr müavini seçilmişəm. İlk əmək fəaliyyətimə tələbə olaraq M.Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasında 1995-ci ildən etibarən tibb qardaşı olaraq başlamışam.
1997-ci ildə Tibb Universitetinin müalicə işi üzrə bitirərək həkim diplomu almışam.
1997-1998-ci illərdə bir illik internatura təhsili alaraq, həkim-cərrah ixtisasını qazanmışam.
1998-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasında baş laborant olaraq işə başlamışam.Bu illərdə həm aktiv cərrah olaraq fəaliyyət göstərmişəm, həm də kafedranın elmi-pedoqji işlərində fəalolmuşam.Ölkəmizdə və xaricdə dəfələrlə təkmilləşmə kurslarında olmuş, onlarla elmi simpozium və konfranslarda məqalə ilə çıxış etmişəm.
Həm də əsas işimlə yanaşı , əlavə olaraq xəstəxana qurulması və idarə etməsi sahəsində təkmilləşərək , bir çox xəstəxanalrın idarə edilməsində iştirak etmişəm.
2009-cu ildə “Mədə və 12 barmaq bağırsaqda aparılan əməliyyatlardan sonra xroniki pankreatitin gedişi və tənzimlənməsi” dissertasiya işimi bitirərək, müdafiə etmişəm və 2010-cu ildə Tibb Üzrə Fəlsəfə Doktoru elmi adını almışam. 2013-cü ildə Elmi Şuranın təsdiqi ilə
“ Açıq və miniinvaziv cərrahi əməliyyatların tibbi,sosial və iqtisadi aspektləri” adlı doktorluq dissertasiyası üzərində çalışıram.
2013-2016-ci illərdə ümumi cərrahlıq kafedrasının assistenti, 2015-ci ildən etibarən isə həmin kafedranın dosenti olaraq pedoqoji fəaliyyətimi davam etdirirəm.
2013-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Baş Həkim vəzfəsində çalışmışam.
2022-cü ildə Azərbaycan Respublikasının Prezidenti yaninda Dövlət İdarəçilik Akademiyasının “Menecment” fakultəsini bitirmişəm.
18 iyun 2021-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşam.
2019-ci ildən etibarən Bakı Sağlamlıq Mərkəzində icraçı direktor vəzifəsində çalışıram.
1991-1997 Azərbaycan Tibb Universiteti, II Müalicə-profilaktika fakültəsi
1997-1998 Azərbaycan Tibb Universiteti, həkim-intern
2019-2022 Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Menecment fakultəsi
“Mədə və 12 barmaq bağırsaqda aparılan əməliyyatlardan sonra xroniki pankreatitin gedişi və tənzimlənməsi”,
“Açıq və miniinvaziv cərrahi əməliyyatların tibbi,sosial və iqtisadi aspektləri”
1. Ilkin Tibbi Yardımın əsasları
2. Cərrahi xəstəliklər ( I hissə)
3. Cərrahi xəstəliklər (II Hissə)
4. Cərrahi xəstəliklər (II Hissə)
5.Хирургические болезни - Хирургические болезни
6. Öd yollarının zədələnmələri - Nuru Bayramov,Ruslan Məmmədov
1. К вопросу этиологии и патогенеза панкреатита - Azərbaycan təbabətinin müasir nailiyyətləri,2007,№3,s.20-29 - Q.S.Qarayev, F.İ.İbrahimli, S.B.Quliyeva
2. Xroniki pankreatit modeli fonunda aparılan mədə rezeksiyasından sonra qanda zülal mübadiləsinin vəziyyəti - Cərrahiyyə, 2008, №3, s.39-41
3. Xroniki pankreatit modeli zamanı mədəaltı vəzin strukturunda baş vermiş dəyişikliklər - Sağlamlıq, 2008, №5, s.188-190 - S.S.Sadıqova
4. Xroniki pankreatit modeli fonunda mədə rezeksiyasında sonra qaraciyərin antioksiki funksiyasında baş vermiş dəyişikliklər - Azərbaycan təbabətinin müasir nailiyyətləri, 2008, №4,s.165-170 - Q.S.Qarayev, N.Q.Quliyev
5. Xroniki pankreatit modeli fonunda mədə rezeksiyasının növündən asılı olaraq mədəaltı vəzin toxumasında lipidperoksidləşməsi intensivliyi dəyişməsi - Sağlamlıq, 2009, №2, s.121-126 - Q.S.Qarayev, S.B.Quliyeva
6. Кровоснабжение поджелудочной после резекции желудка в условиях хронического панкреатита - Медицинские новости Грузии, 2009, № 3, с.120-124
7. Современный подход в тактике лечения рака пищевода - Журнал «Здоровье», 2013, № 2, стр.79-85 - M.Kərimov A.X.Bağırov A.B.Həsənov
8. Новый подход к аллопластике при вентральных грыжах живота - Хирургия«Восточная Европа», 2015,№ 2, s.9-14 - M.Y.Əliyev M.E.Həsənov C.A.Bayramova, M.M.Məmmədov
9. Öd yollarının zədələnmələri (metodik tövsiyyə) - Bakı-2015, çapa verilib - N.Y.Bayramov R.A.Məmmədov S.F.Rəfiyev
10. "Qarın boşluğunun laparotomik və laparoskopik əməliyyatlarının tibbi, sosial, və iqtisadi aspektləri ". - (Ədəbiyyat icmalı)". -A.B.Həsənov
11. "Laparoskopik xolesistektomiyanın açıq əməliyyata konversiyasına göstərişlər" - "Sağlamlıq jurnalı ", 2016, №1 - A.B.Həsənov
12. "Oğlanlarda anadangəlmə qasıq yırtıqları zamanı laparoskopik assosiasiya olunan ekstraperitoneal hernioqrafiya metodunun tətbiqində birinci təcrübə " - “Cərrahiyyə “ 2018, №3, s.55-60; - T.İ.Ömərov, A.B.Həsənov
13. PS-4 VESSEL Abnormalities during laparoscopic cholecystectomy. - 14 Endoskopik Laparoskopik Cerrahi konqresi jurnalı
12-19.04.2019 -Elçin Ağayev, Cümşüd Cümşüdov, Möhübbətdin Yusubov, Müşviq Həsənov, Tapdıq Məmmədov
14. SS27- Peritonit gelişmiş destruktiv apadisilərəd laparoskopik apandektomi sonrası,ozon çözəltisi ilə batını yıkamanın etkinliği. - 14 Endoskopik Laparoskopik Cerrahi konqresi jurnalı 12-19.04.2019 - Müşviq Həsənov, Elçin ağayev, Asiman Həsənov, Sevinc Qarayeva
15. Effectiveness of Laparoscopicsanation with ozonized solution of the localized and diffuse peritonitis of Abdominal cavity with appendicular genesisof. - Absracts of the XVIII internattional Euroasion congress ofsurgery and Hepatogastroenterology 11-14.09.2019. –Müşviq Həsənov, Levent Avtan, Elçin Ağayev, Asiman Həsənov, Möhübətdin Yusubov, Sevinc Qarayeva