Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Tağısoy Elman Qulu oğlu 1967-ci ildə Naxçıvan MR Sədərək rayonu Sədərək kəndində fəhlə ailəsində anadan olub. 1983-cü ildə Sədərək kənd 1 saylı orta məktəbini fərqlənmə ilə bitirib. 1983-85-ci illərdə Sədərək üzümçülük sovxozunda  fəhlə işləyib.

1985-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə profilak-tika fakültəsinə daxil olub, 1991-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində fakültə həmkarlar təşkilatının büro üzvü kimi fəaliyyət göstərib. 1991-92-ci illərdə Naxçıvan Respublika Mərkəzi xəstəxanasında cərrahiyyə ixtisası üzrə internaturanı bitirərək cərrah ixtisası alib. İnternaturanın əksər hissəsini döyüş bölgələrində hərbi həkim kimi fəaliyyət göstərib.

1992-ci ildə ATU-nin Ümumi cərrahlıq və anesteziologiya kafedrasına baş laborant vəzifəsinə işə qəbul edilib. 1992-94-cü illərdə könüllü olaraq hərbi həkim kimi döyüş bölgələrində fəaliyyət göstərmiş-dir, hal-hazırda Vətən müharibəsi veteranıdır. 1994-1996-cı illərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardımın təşkili kursunda baş laborant və müsabiqə yolu ilə  assistent vəzifəsinə seçilməklə assistent işləmişdir.

1996-2012-ci illərdə  Ümumi cərrahlıq və anesteziologiya kafedrasına baş laborant, 2012-ci ildə müsabiqə yolu ilə  assistent vəzifəsinə seçilmişdir. 2007-ci ildə cərrahiyyə ixtisası üzrə «Peritonitlər zamanı paralitik bağırsaq keçməzliyinin məhəlli intraabdominal endolimfatik müalicəsi» mövzusunda nami-zədlik dissertasiyasını müdafiə edib və 2008-ci ildə tibb elmlər namizədi elmi dərəcəsini almışdır. 2018-ci ildə cərrahiyyə ixtisası üzrə «Xoledoxolitiaz mənşəli mexaniki sarılıqlı   xəstələrdə cərrahi taktikanın optimallaşdırılması və sitokin disbalansının tənzimi» mövzu-sunda doktorluq dissertasiyasını müdafiə edərək 2019-cu ildə tibb elmlər doktoru elmi dərəcəsini almışdır. 2020-ci ildə müsabiqə yolu ilə ümumi cərrahlıq kafedrasına  dosent vəzifəsinə seçilmiş və 2023-cü ildə Prezident yanında AAK-ı tərəfindən dosent elmi adı almışdır.

Azərbaycan Tibb Univer-sitetində işlədiyi müddət ərzində E.Q. Tağısoy özünü yüksək səviyyəli mütəxəssis,  təcrübəli cərrah, dərin biliklərə malik müəllim və intizamlı əməkdaş kimi göstərmişdir.

44 günlük Vətən (2-ci Qarabağ) müharibəsində və antiterror əməliyyatı zamanı ön cəbhədə yaralı əsgərlərimizə tibbi yardım göstərmişdir.

2012-2017-ci illərdə altı xarici dövlətdə (Türkiyə, ABŞ, Almaniya, Özbəkistan, Rusiya, Ukrayna)  keçirilən 15 Beynəl-xalq Konqresdə elmi məruzə ilə çıxış etmişdir. Türkiyə respub-likasında 2012 və 2014-cü illərdə Robot cərrahiyyəsi, 2013-cü ildə Kolorektal cərrahiyyədə anasto-moz texnikaları,  2014-cü ildə Stepler Eyitimi və Kullanımı, Almaniya respublikasında 2015-ci ildə Cərrahiyyənin Aktual Problemləri üzrə kurslar keçmişdir. 2014 və 2016-ci ildə Türkiyə Cerrahi Dərnəyinin, 2015-ci ildə Türkiyə Hepato-pankreato-biliar cərrahi Dərnə-yinin təşəkkürnamələrini və 2015-ci ildə Almaniya Təbiət Elmləri Akademiyasının Kox medalını almışdır.

Hal-hazırda Ümumi cərrahlıq kafedrasında dosent vəzifədə çalışır. Rus dilini sərbəst, ingilis dilini isə lüğətin köməyi ilə, Microsoft Office Word, Microsoft Office Power Point, Internet Explorer, Nero PhotoSnap Viwer, Paint kompüter proqramını bilir. Bir dərsliyin, 2 dərs vəsaitinin, 4 metodik vəsaitin, 4 Avrasiya patentinin, 175 elmi məqalə və tezisin müəllifidir.

Hal-hazırda Azəebaycan Tibb Universitetinin Tədris Cərrahiy-yə  Klinikasında cərrah kimi fəaliyyət göstərir. Universitetin 3-cü və 6-cı kurs tələbələrinə mühazirə və praktik məşğələlər aparır

Akademik fəaliyyət

1995 - 2019 – kafedranın assistenti

2019 – hazıradək  kafedranın dosenti

2022 - ci ildən Səhiyyə Nazirliyinin Ümumi Cərrahiyyə üzrə mütəxəssis-ekspertidir

Təhsili

1985-1991 Azərbaycan Tibb Universiteti, II Müalicə-profilaktika fakültəsi

1991-1992 Naxçıvan Respublika Mərkəzi xəstəxana-sının  cərrahiyyə şöbəsi, həkim-intern

2012-ci ildə Türkiyə respublikasında Robot cərrahiy-yəsi kursu,

2013-cü ildə Türkiyə respublikasında Kolorektal cərrahiyyədə anastomoz texnikaları kursu,  

2014-cü ildə Türkiyə respublikasında Robot cərrahiy-yəsi kursu,

2014-cü ildə Türkiyə respublikasında Stepler Eyitimi və Kullanımı kursu,

2015-ci ildə Almaniya respublikasında Cərrahiyyənin Aktual Problemləri kursu

Nailiyyətlər (adlar)

 Tibb elmləri doktoru (2018)

Способ регионарной интраабдоминальной стимул-яции паралитического кишеч-ника, Бюллетень Евразий-ского Патентного ведомства, Москва, 2006, №3, с.12  

 Способ предупреждения несостоятельности швов кишечных анастомозов, Бюллетень Евразийского Патентного ведомства, Москва, 2011, №3, с.12.

 Способ прогнозирования развития деструктивного холецистита, Евразийский патент 30.05.2025, № 050036.

2015-ci ildə apardığım elmi tədqiqat işlərinin nəticəsinə görə Almaniya Təbiət Elmləri Akademiyasının Robert Kox medalı.

2014 -cü ildə Türkiyə Cerrahi Dərnəyinin təşəkkürnaməsi,

2015-ci ildə Türkiyə Hepatopankreatobiliar cərrahi Dərnəyinin təşəkkürnaməsi

2016-ci ildə Türkiyə Cerrahi Dərnəyinin təşəkkürnaməsi.

 Vətən müharibəsi zamanı ön cəbhədə göstərdiyi xidmətə görə TƏBİB və Fizulu Diaqnostika Mərkəzinin Təşəkkürnaməsi

 Vətən müharibəsi zamanı ön cəbhədə göstərdiyi xidmətə görə Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının Təşəkkürnaməsi