
Qəribə Hacıyeva Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasında dosent vəzifəsində çalışır. Kafedrada bakalavr və rezidentura sahəsində tədrisin aparılmasında, tədris proqramlarının və dərsliklərin hazırlanmasında, imtahan testlərinin tərtib olunmasında və ekspert olaraq yaxından iştirak edir. Təhsil alan tələbələrin tədris olunan fənləri mükəmməl mənimsəməsi üçün praktik dərslərdə və mühazirələrdə innovativ, həmçinin interaktiv üsullardan istifadə edir.
Qəribə Hacıyeva qidalanma gigiyenası sahəsində elmi fəaliyyət göstərir. O, məktəblilər arasında xəstəliklərin azaldılmasında, alimentar faktorların rolunun öyrənilməsində mühüm işlər görmüşdür. Q.Hacıyeva elmi tədqiqat apararaq məktəblilər arasında xəstəliklərin azaldılmasında, alimentar faktorların rolunu öyrənmiş, mühüm nəticələr əldə etmiş, praktik tövsiyələr vermişdir. Bu tədqiqat istiqamətində hazırladığı dissertasiya işini müdafiə edərək 1989-cu ildə tibb elmləri namizədi elmi dərəcəsi almışdır.
Q.Hacıyeva öz üzərində daima çalışır. Yerli və yüksək reytinqli xarici jurnallarda məqalələr dərc etdirir, konfrans və seminarlarda iştirak edir. Q.Hacıyeva Universitetin elmi fəaliyyətində və ictimai həyatında fəal iştirak edir.
Dosent / Azərbaycan Tibb Universiteti * 2005 - hal-hazıradək
Baş müəllim / Azərbaycan Tibb Universiteti * 1993-2005
Assistent / Azərbaycan Tibb Universiteti * 1990-1993
Baş laborant / Azərbaycan Tibb Universiteti * 1984-1990
Assistent / Azərbaycan Tibb Universiteti * 1980-1984
Baş laborant / Azərbaycan Tibb Universiteti * 1978-1980
Sanitariya gigiyena ixtisası üzrə internatura / Azərbaycan Tibb Universiteti * 1974 – 1975
Sanitariya gigiyena ixtisası üzrə bakalavriat / Azərbaycan Tibb Universiteti * 1969 – 1974
1.“Pedaqoji peşəkarlığın inkişafı” / Azərbaycan Tibb Universiteti * 2025
2. “Səhiyyə liderliyinin dinamikası” / Azərbaycan Tibb Universiteti * 2023
3. “Ali məktəbin pedaqogikası. Pedaqoji ünsiyyət” / Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu * 2023
Qidalanma gigiyenası; Nutrisiologiya
1. Əhmədov İ.R., Qəniyeva Q.S., Hacıyeva Q.M., Vəlibəyova A.B., İslamzadə İ.F. Azərbaycan Respublikası əhalisinin müxtəlif qrupları üçün qida maddələrinə və enerjiyə fizioloji istehlak normaları / Metodik tövsiyələr. Bakı, 2023. 32 səh.
2. Q.M.Hacıyeva, Q.S.Qəniyeva, İ.F.İslamzadə. Məktəqədər təhsil müəssisələrində uşaqlar üçün xörəklərin texnoloji kartlarından istifadə edərək balanslaşdırılmış menyu-cədvəllərinin formalaşdırılması / Metodik tövsiyyə / 2024
3. Q.M.Hacıyeva, Q.S.Qəniyeva, İ.F.İslamzadə. Tədris prosesində əhalinin qidalanma vəziyyətinin öyrənilməsi zamanı informasiya texnologiyalarının tətbiqi / Metodik tövsiyyə / 2025
1. Гаджиева Г.М., Ахмедов И.Р., Исламзаде И.Ф., Велибекова А.Б. Основы истории азербайджанской национальной кухни. Вестник науки и творчества, 2022, стр.40-43 Научная статья по специальности "История и археология"
2. Valibeyova A.B., Ahmadov I.R., Hajiyeva G.M., Ganiyeva G.S., Islamzade I.F. Assessment of relationships between young people’s actual nutrition and some health indicators. Scientific article on the specialty «Medical Sciences». “Annali d’İtalia”, scientific journal of Italy, №40, 2023, p. 29-34
3. Г.С.Ганиева, Г.М.Гаджиева, И.Ф.Исламзаде.Характеристика физической активности населения в разных возрастных группах. "Вопросы организации и информатизации здравоохранения" №3. Минск, 2023. стр. 90-95
4. Г.С.Ганиева, Г.М.Гаджиева, Ф.Али, Ш.Х.Самедов, И.Ф.Исламзаде. Изучение состояния физической активности населения на основе анализа международных рекомендаций. "Вопросы организации и информатизации здравоохранения" №3. МИНСК, 2025. стр. 71-77