
Həsənov Müşviq Cəlal oğlu 1990-cı ildə Azərbaycan Tibb Universitetinin II Müalicə –Profilaktika fakültəsinə qəbul olmuş və 1996-cı ildə həmin universiteti Məmmədəmin Rəsulzadə adına təqaüdlə fərqlənmə diplomu ilə bitirmişdir. ATU-da təhsil aldığı müddətdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Respublikası ali məktəb tələbələri arasında keçirdiyi müsabiqədə qalib olmuş və Konfederasiyanın laureatı adına layiq görülmüşdür. ATU-nun Elmi Şurasının qərarı ilə Ümumi Cərrahiyyə kafedrasına 2 il müddətinə (1996–1998) klinik ordinator olaraq göndərilmişdir. 1998–2001-ci illər ərzində ATU-nun Ümumi Cərrahiyyə kafedrasının əyani aspiranturasına qəbul olunmuşdur. O, “Peritonitlər zamanı bağırsaq atoniyasının patogenezində mezenterik limfa düyünlərinin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 30 iyun 2016-cı ildə “Peritonitlər zamanı qarın boşluğuna yığılmış möhtəviyyatın tərkibində baş verən biokimyəvi proseslər və onların tənzimlənmə yolları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru diplomu ilə təltif olunmuşdur. 2017-ci ildə Elmi Şuranın qərarı ilə Ümumi Cərrahiyyə kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 1993–2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri, 2002-ci ildən 2024-cü ilə qədər isə həmin cəmiyyətin elmi rəhbəri kimi fəaliyyət göstərmişdir. Müxtəlif illərdə Avstriyanın Vyana, İtaliyanın Roma, Türkiyənin İstanbul və Antalya şəhərlərində keçirilən endoskopik cərrahiyyə, koloproktologiya və onkoloji ixtisasartırma kurslarında iştirak etmişdir. Azərbaycan Tibb Universitetində işlədiyi müddət ərzində dosent M. C. Həsənov özünü yüksək səviyyəli mütəxəssis, geniş təcrübəyə malik cərrah, dərin bilikli müəllim və intizamlı əməkdaş kimi təsdiq etmişdir. O, Azərbaycan Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətinin qurucusudur. Türk Dilli Dövlətlərin Tibb Birliyi Cəmiyyətinin baş katibi kimi fəaliyyət göstərir. Bundan əlavə, Türkiyə Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin, Türk Cərrahlar Cəmiyyətinin və Türkiyə Osteomi Cəmiyyətinin həqiqi üzvüdür.
Vaxtaşırı olaraq respublikamızda və digər ölkələrdə keçirilən elmi konfranslarda müxtəlif mövzularda məruzələrlə çıxış etmiş, həmçinin Türkiyə, Özbəkistan, Şimali Kipr Türk Respublikası və digər ölkələrdə təşkil edilən çoxsaylı beynəlxalq kongreslərin təşkilatçısı və sədri olmuşdur. Mütəmadi olaraq tələbələr və gənc cərrahlar üçün ölkəmizdə və xarici ölkələrdə, o cümlədən Türkiyə və Özbəkistanın Səmərqənd şəhərində “Ustad dərsləri” çərçivəsində canlı cərrahi əməliyyatlar nümayiş etdirmişdir. Yüksək insani keyfiyyətlərə malik olan təcrübəli cərrah M. C. Həsənov Füzuli rayonunda və Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və qazilər üçün təmənnasız cərrahi əməliyyatlar icra etmiş, onların ixtisaslı tibbi yardım alması prosesində yaxından iştirak etmişdir. Dosent M. C. Həsənov 2023-cü ildən Azərbaycan Tibb Universitetinin nəzdində “Cərrahiyyə” ixtisası üzrə ED 2.06 nömrəli Müdafiə Şurasının üzvüdür. O, ATU-nun II Müalicə–Profilaktika fakültəsinin Elmi Şurasının üzvüdür. Türkiyənin İstanbul Universiteti — Əziz Sancar adına İnstitutun nəzdində nəşr olunan EXPERIMED jurnalının redaktoru və redaksiya şurasının üzvüdür. Həmçinin Azərbaycan Beynəlxalq FORMMED Journal of Clinical & Medical Sciences (IFMJ) jurnalının təsisçisi və baş redaktorudur.
2011 - 2017 – kafedranın assistenti
2017 – indiyədə - kafedranın dosenti
1990-1996 - Azərbaycan Tibb Universiteti, II Müalicə-profilaktika fakültəsi
1998-2001 ATU, Ümumi Cərrahlıq kafedrası, əyani aspirantura
2012-2016 - Azərbaycan Tibb Dövlət Universiteti, Cərrahlıq kafedrası, Əyani Doktorantura
1. Türkiyə İstanbul Universiteti ÇAPA Tibb Fakültəsində endoskopik və laparoskopik cərrahiyyə kursları
2. Avstriya, Vyana – Hepatologiya kursu
3. İtaliya, Roma – Onkologiya kursu
4. ATU-da koloproktologiya və laparoskopik cərrahiyyə kursları
5. Türkiyə Adana Çukurova Universiteti – Koloproktologiya kursu
6. Türkiyə Antalya – Qaraciyər və öd yolları zədələnmələri üzrə cərrahiyyə kursu
7. Türkiyə Antalya – Endoskopik cərrahiyyə kursu
Abdominal cərrahiyyə, Hepatobiliyar cərrahiyyəsi, Laparoskopik cərrahiyyə, Koloproktologiya.
Uşaq Saglamligi -STARTAP lahiyəsinin elmi rəhbəri
1. Həkiməqədər yardım (dərslik), 2018
2. İlkin tibbi yardımın əsasları, (dərs vəsaiti) 2019
3. Qarın boşluğunun kəskin cərrahi xəstəliklərinin peritonitlə ağırlaşması (dərs vəsaiti) 2023
Choosing the markers from value of mild endotoxicosis with peritonitis origin MC Hasanov Laparoscopic Endoscopic Surgical Science (LESS) 19 (1), 23-27
DOI
Peritonit Kökenli Hafif Dereceli Endotoksikozu Değerlendiren Belirteçlerin Seçilmesi.MC HASANOV, ATÜBA Merkezi
DOI
Как Предотвратить Несостоятельность Кишечных Анастомозов «Высокого Риска» Э Агаев, З Исмайылова, М Гасанов
Scientific Collection «InterConf+», 283-288
DOI
Peritonitler zamanı bagirsaq atonoyasinin patogenezinde regionar musaqire limfa duyunlerinin rolu
DOI
Is Laparoscopic Sleeve Gastrectomy Without Staple Reinforcement Safer? Analysis of 426 Consecutive Cases NOM Hasanov
Annali Italiani Di Chirurgia, vol. 96, no. 4, Mar. 2025, pp. 562-7, doi:10 …
DOI
Rektal tümörlerin peroperativevreleemesində ERUS ve MR görüntülemelerinin tanısal sonuçlarini karşilaşdqrilmasi HAM Hasanov
II.ULUSLARARASI TURK KOLOREKTAL CERRAHI KONGTRESI. XIX.ULUSAL KOLON VE …
DOI
İleo-sekal nahiyede lokalizasiya olunan endometryozlarinin diaqnostikasi ve cerrahi tedavisi M Hasanov 5 ÇUKUROVA GASTRO-İNTESTİNAL HASTALIKLAR ve CERRAHİSİ KONGRESI, 36
DOI
Peritonitin merhelelerinden asli olaraq karin boşlugunun laparoskopik olraq meksidol ile zenginleşdirilmiş hipoxlorid Na mehlulu ile sanasiyasinin effektivliyi.M Hasanov / 5 ÇUKUROVA GASTRO-İNTESTİNAL HASTALIKLAR ve CERRAHİSİ kKONGRESI, 110
DOI
Clipless and sutureless Splenectomy technique due to splenic epidermoid cyst M Hasanov 5. Çukurova Gastro-İntestinal hastalıklar ve cerrahisi Kongresi. 197, 231
DOI
ФОРМИРОВАНИЕ АЛГОРИТМОВ ДЛЯ ОПРЕДЕЛЕНИЯ СТЕПЕНИ ТЯЖЕСТИ ЭНДОТОКСИКОЗА ПРИ ПЕРИТОНИТАХ
ДГ Мушфиг Национальная Ассоциация Ученых, 161-164
DOI
Peritonit Sırasında Gelişen Orta Dereceli Endotoksikozu Belirleyen İşaretleyicilerin Seçilmesi / MC Hasanov / Dokuz Eylül Üniversitesi Tıp Fakültesi Dergisi 28 (2), 57-61
DOI
Выбор достоверных маркеров для оценки степени эндотоксикоза при перитонитах / МД Гасанов / European Conference on Innovations in Technical and Natural Sciences, 108-110
DOI
Изменения метаболизма белка в крови в зависимости от видов токсических веществ накопивщихся в брюшном выпоте при терминальной фазе перитонита / ГШ Гараев, СД Алиев, УИ Ахмедзаде, МД Гасанов, НР Дадашова / Вестник хирургии Казахстана, 29-31
DOI
Влияние санаций брюшной полости супероксидисмутазой на развитие эндогенной интоксикации при перитонитах / ГШ Гараев, ГА Султанов, АШ Гасымов, МД Гасанов, НР Дадашова / Вестник хирургии Казахстана, 33-35
DOI
Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar cəmiyyətin Sədri
Türkiye Endoskopik Laparoskopik Cərrahi Derneği
Naxçıvan Dövlət Universiteti Dövlət İmtahan Komissiyasının sədri
Türkiyə İstanbul Universiteti Əziz Səngər Eksperimental Tibb Araşdırmaları İnstitutu nəzdində çap olunan “Ekspermed” jurnalının həmredaktoru (2023–2024)
-Hazırda Redaksiya Şurasının üzvü
Azərbaycan Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətinin İB sədri
TURKTIP 2025 – Türk dilli dövlətlər Tibb Birliyinin baş katibi
International ForumMed jurnalının baş redaktoru
Azərbaycan Tibb Tələbələri və Gənc Araşdırmaçılar Birliyinin elmi rəhbəri
Azərbaycan Tibb Universiteti Doktorluq Dissertasiyası Müdafiə Şurasının üzvü
Azərbaycan Tibb Universiteti II Müalicə-Profilaktika Fakültəsi Elmi Şurasının üzvü
Türkiyə Ümumi Cərrahlar cəmiyyəti
Türkiyə OSTEOMİ Dərnəyi
Türkiyə Pelvik ağrı və endometrioz dərnəyi
Türkiyə Mama-ginikoloji dərnəyi
Mənim rəhbərliyim altinda :
Aqil Agakişiyev 2022 ci ldən Xoledoxolitazli xəstələrdə ERXP prosedurasindan sonra qaraciyərin funksional vəziyyətinin dəyərləndirilməsi və patoloji dəyişikliklərin tənzimlənməsi mövzusunda tibb üzərə fəlsəfə doktoru disertasiyasi uzərində işləyir