Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Qasımov Elnur Mübariz oğlu 1999-cu ildə ATU-nun I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-2004-cü illərdə Ümumi cərrahlıq kafedrasının kliniki ordinatoru və aspirantı olmuşdur. Aspiranturanı bitirdikdən sonra həmin kafedrada 2005-ci ildə assistent vəzifəsinə təyin edilmişdir. 2006-cı ildə “Современные подходы к хирургическому лечению послеоперационных грыж передней брюшной стенки” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.

Kafedrada təhsilin kredit sistemi ilə tədris olunmasına uyğun olaraq fənnin müxtəlif bölmələri üzrə testlərin hazırlanmasında, həmçinin rezidenturaya qəbul üçün Dövlət İmtahan Komissiyasında istifadə olunan test bankının təşkilində fəal iştirak etmişdir.

2011-ci ilin aprel ayında “Cərrahlıq” ixtisası üzrə “Əməliyyatdansonrakı böyük və giqant ventral yırtıqların cərrahi müalicəsinin optimal üsulunun seçilməsi” adlı dissertasiyası işinin mövzusu təsdiq edilmişdir. Mövzu üzrə tərəfindən uzunmüddətli antibakterial təsirə malik müxtəlif yeni növ eksperimental torlar təklif edilmiş, həmçinin qarının ön divarının böyük və nəhəng yırtıqlarla olan xəstələrdə cərrahi müalicəni həyata keçirmək üçün kombinəolunmuş hernioplastikanın yeni modifikasiyası tətbiq edilmişdir və bu yeniliklərə görə beynəlxalq Avrasiya patentləri alınmışdır.

2013-cü ildə kliniki kafedralarda yeni tədris sisteminin təkmilləşdirilməsi üzrə ATU-da Türkiyə Cumhurriyətindən və digər xarici ölkələrdən olan mütəxəssislər tərəfindən aparılan treninq-kurslarda iştirak etmişdir.

2013-2022-ci illərdə akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərən müdafiə şurası nəzdindəki elmi seminarın (aprobasiya komissiyasının) üzvü olmuşdur. 2017-ci ildən 2023-cü ilin sentyabr ayına qədər ATU-nun “Cərrahiyyə” ixtisası üzrə problem komissiyasının katibi vəzifəsində, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayına qədər müdafiə şurası nəzdindəki elmi seminarın katibi vəzifəsində çalışmışdır. 2024-cü ilin sentyabr ayından ATU-nun nəzdində “Cərrahiyyə” ixtisası üzrə fəaliyyət göstərən ED 2.06 nömrəli müdafiə şurasının üzvüdür.

10 oktyabr 2025-ci ildən Ümumi cərrahlıq kafedrasının dosenti vəzifəsində çalışır.

Akademik fəaliyyət

2005 - 2025 – kafedranın assistenti

2025 – hazıradək kafedranın dosenti

Təhsili

1993-1999 Azərbaycan Tibb Universiteti, I Müalicə-profilaktika fakültəsi

1999-2001 ATU, Ümumi cərrahlıq kafedrası, kliniki ordinatura

2001-2004 ATU, Ümumi cərrahlıq kafedrası, əyani aspirantura

Nailiyyətlər (adlar)

Tibb üzrə fəlsəfə doktoru (2006) 

Patent və səmərələşdirici təklif:

«Təkrari yırtıqlar zamanı qarnın ön divarının rekonstruksiyasının cərrahi texnikası» Səmərələşdirici təklif № 451, 15.04.2003

«Qarnın ön divarının residiv yırtıqlarında xəstələrin mədə-bağırsaq traktının əməliyyatönü hazırlanması üsulu» Səmərələşdirici təklif № 452, 06.05.2003

Способ комбинированной пластики больших и гигантских послеоперационных грыж передней брюшной стенки / Avrasiya patenti № 023684, 30.06.2016

Способ изготовления сетчатого протеза для герниопластики, обладающего пролонгированными антибактериальными свойствами / Avrasiya patenti № 039154, 10.12.2021

Способ профилактики несостоятельности колоректального анастомоза у женщин / Avrasiya patenti № 048190, 31.10.2024

Способ экстрафасциального удаления щитовидной железы / Avrasiya patenti № 048306, 18.11.2024

Способ получения плёнки для хирургического протеза / Avrasiya patenti № 049886, 16.05.2025

Qalxanabənzər vəzin sistoz düyünlərinin müalicəsində birmomentli çoxsaylı reaspirasiyalı skleroterapiya üsulunun tətbiqi (şəhadətnamə), Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Bakı. Əsərin qeydiyyatı haqqında şəhadətnamə № 15201, Bakı, 17.07.2025

Peşə və pedaqoji inkişaf

2007 – Ankara Egitim və Araşdırmalar Xəstəxanasında laparoskopiya üzrə təkmilləşmə kursu

2009 – Almaniyanın Berlin şəhərindəki “Vivantes Auguste-Victoria Klinikum” xəstəxanasında laparoskopik, plastik və rekonstruktiv cərrahiyyə üzrə üç aylıq təkmilləşmə kursu

Elmi araşdırma sahəsi

Abdominal cərrahiyyə, Laparoskopik cərrahiyyə, Herniologiya.

Kitab

1. Ümumi cərrahiyyədən təcrübə dərslərinin aparılma qaydaları (tədris-metodik vəsait), Bakı, 2012

2. İlkin tibbi yardımın əsasları, (dərs vəsaiti), Bakı, 2019

3. İxtisas fənləri üzrə test toplusu (rezidenturaya hazırlanmış vəsait), Dövlət İmtahan Mərkəzinin ABİTURİYENT jurnalının xüsusi buraxılışı, Bakı, 2021

4. Сборник тестов по дисциплинам специальности (Rezidenturaya hazırlanmış vəsait), Специальный выпуск журнала АБИТУРИЕНТ Государственного Экзаменационного Центра, Баку, 2022

Məqalə

ДИАГНОСТИКА И ТАКТИКА ЛЕЧЕНИЯ ПРИ ЗАБОЛЕВАНИЯХ ГЕНИТАЛИЙ И ЭХИНОКОККОЗЕ ПЕЧЕНИ Д.Ф. Курбанова, Г.А. Азимова, Р.А. Мамедов, Э.М. Гасымов, А.Н. Агамирова Хирургия. Журнал им. НИ Пирогова, Москва, 2010, №7, с. 74-75

 


orcid DOI
Məqalə

Факторы риска рецидивов грыж передней брюшной стенки / Ч.М. Джафаров, Э.М. Гасымов / Анналы хирургии, Москва, 2004, № 6, с. 69-71


orcid DOI
Məqalə

Влияние низкоинтенсивного лазерного излучения и озона на иммунный статус больных с осложненной язвенной болезнью двенадцатиперстной кишки / Р.А. Мамедов, А.Н. Агамирова, А.И. Дадашев, Э.М. Гасымов, Ф.С. Курбанов / Хирургия. Журнал им. НИ Пирогова, Москва, 2011, №7, с. 53-55


orcid DOI
Məqalə

КОМБИНИРОВАННОЕ ПРИМЕНЕНИЕ ОЗОНА И ЛАЗЕРА В ЭРАДИКАЦИОННОЙ ТЕРАПИИ H. PYLORI / Р.А. Мамедов, А.Н. Агамирова, А.И. Дадашев, Э.М. Гасымов / Московский хирургический журнал, 2011, №4, с. 45-47


orcid DOI
Məqalə

Аллопластика при вентральных грыжах живота с использованием грыжевого мешка / М.Я. Алиев, Д.А. Байрамова, Э.М. Гасымов / «Хирургия. Восточная Европа», 2016, том 5, № 1 с. 24-28


orcid DOI
Məqalə

Эффективность применения человеческого плацентарного гидролизата в профилактике несостоятельности швов кишечных анастомозов / Э.К. Агаев, Т.Э. Мамедов, Э.М. Гасымов, З.Э. Исмайылова / Klinichna khirurhiia, 2019, 86 (7), 9-12 


orcid DOI
Məqalə

Причины гипокальциемии после операций на щитовидной железе / А.Ф. Гумматов, А.Г. Аббасов, А.К. Исмайлов, Э.М. Гасымов /Казанский медицинский журнал, 2020, 101 (2), 206-211


orcid DOI
Məqalə

Принципы наложения кишечных анастомозов / М.Я. Алиев, Э.К. Тагисой, Р.А. Мамедов, Э.М. Гасымов / Surgery Eastern Europe, 2024, 13 (4), 481


orcid DOI
Məqalə

Спонтанный разрыв пищевода–синдром Бурхаве / У.Ч. Рустамзаде, Ч.М. Джафаров, Э.М. Гасымов / Surgery Eastern Europe, 2024, 13 (4), 497


orcid DOI
Daxili qrantlar

Dərman preparatlarının immobilizə olunması üçün tərkibində  azot və oksigen saxlayan yeni hidrofob və biosid polimerlərin sintezi və tədqiqi

Layihənin nömrəsi: EİF-KETPL-2-2015-1(25)-56/22/4-M-32

İcra müddəti (başlama və bitmə tarixi): 01aprel 2017-ci il – 01 aprel 2019-cu il