
Məmmədov Tapdıq Eldar oğlu 2009-cu ildə ATU-nun II müalicə profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2009-2010-cu illərdə cərrahiyyə ixtisası üzrə Neftçala RMX-da internatura kursu keçmişdir. 2012-2013-cü illərdə Almaniyada laparoskopik cərrahiyyə üzrə kurs keçmişdir.
2015-ci ildə təyinat üzrə fəaliyyətini başa vurduqdan sonra, ATU Tədris cərrahiyyə klinikasında çalışmağa başlamışdır. 2017-ci ildə Ümumi cərrahlıq kafedrasına doktorant olaraq qəbul olunmuş və “Laparoskopik və açıq bağırsaq rezeksiyalarından sonrakı anastomoz tutarsızlığının profilaktikasında plasentar hidrolizatın rolu” mövzusunda elmi işə başlamışdır. 2019-cu ildə elmi işini yekunlaşdırmış və Ümumi cərrahlıq kafedrasında baş laborant olaraq fəaliyyətə başlamışdır. 2023-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Bu müddət ərzində təcili və planlı xəstələrin qəbulunda iştirak etmiş, gecə növbələrində olmuş və çoxsaylı mürəkkəb, xüsusən də laparoskopik əməliyyatlar icra etmişdir. Çalışdığı dövr ərzində pedaqoji fəaliyyətlə də, məşğul olmuş, ingilis dilində tədris aparmışdır. “British Academy” tərəfindən ingilis dilində tədris keçmək üçün təşkil olunmuş imtahandan B2 səviyyə sertifikatı ilə təltif olunmuşdur. Müxtəlif beynəlxalq və yerli konfranslarda həm məruzələrlə çıxış etmiş, həm də həmin konfransların təşkilində iştirak etmişdir. Respublikanın müxtəlif rayonlarında laparoskopik cərrahiyyənin inkişafı üçün kurslar təşkil etmişdir. Çoxsaylı elmi məqalə və tezislərin müəllifidir.
2024-cü ildən ATU-nun Ümumi cərrahlıq kafedrasında assistent vəzifəsinə təyin olunmuşdur. Ümumi cərrahlıq şöbəsinin müdiri vəzifəsində çalışır.
2017-2019 / Kafedranın doktorantı
2019-2024 / Kafedranın baş laborantı
2024 – hazıradək / Kafedranın assistenti
2003-2009 / ATU II müalicə profilaktika fakultəsi
2009-2010 / Neftçala RMX internatura
2017-2019 / ATU Ümumi cərrahlıq kafedrası doktorant
2023 - Tibb üzrə fəlsəfə doktoru
Abdominal cərrahiyyə, laparoskopik cərrahiyyə, mədə-bağırsaq sistemi
1. The study of the effectiveness human plasentar hydrolysate in the prophylaxys of anastomotic leakage of bowels The materials of the international scientific practical congress actual problems of medicine-2021 dedicated to the 100th anniversary of professor Aliyev TA. 2021/10, pp.12-13.
2. Efficacy of application of a human placenta hydrolysate in prophylaxis of the intestinal anastomoses sutures insufficiency. DOI: 2019.07.09 Klinicheskaia khirurgiia, 2019, 86 (7), 9-12.
3, Vascular abnormalities and intraoperative bleeding observed during laparoscopic cholecystectomy XVIII International Euroasian congress of Surgery and Hepatogastroenterology, Baku, 2019.
4. Влияния человеческого плацентарного гидролизата на процессы регенерации в кишечных анастомозах.Азерб. медицинский журнал, DOI: https://doi.org/10.34921/amj.2021.3.017 122-128.
5. Bağırsaq anastomozu tikişləri tutmazlığının profilaktikası üsullarının müştərək tətbiqi. Cərrahiyyə, 2015, №1, s.46-50.
6. Təcili və təxirəsalınmaz müdaxilələr zamanı müxtəlif bağırsaq anastomozu növlərinin müqayisəli təhlili. Cərrahiyyə, 2017, №2, s.17-20
7. Təcili və təxirəsalınmaz müdaxilələr zamanı müxtəlif bağırsaq anastomozu növlərinin müqayisəli təhlili. Cərrahiyyə, 2017, №2, s.17-20.
8. Klinik praktikada plasentar hidrolizatın tətbiqinə dair. Tibb Jurnalı, 2019, Xüsusi buraxılış, s.96.
9. Application of human plasentar hydrolizate in the prevention of early complications after intestinal resection operations. XVIII International Euroasian congress of Surgery and Hepatogastroenterology, Baku, 2019.
10. Bağırsaq anastomozlarının regenerasiyasına insan plasentar hidrolizatının təsirinin morfohistokimyəvi xüsusiyyətləri. Sağlamlıq 2019.
ПРОФИЛАКТИКА НЕСОСТОЯТЕЛЬНОСТИ ШВОВ КИШЕЧНЫХ АНАСТОМОЗОВ https://dx.doi.org/10.18484/2305-0047.2022.1.86 Новости хирургии 30 (1), 86-94.
DOI
Estimation of efficacy of combined application of prophylactic methods for insufficiency of the intestinal anastomoses sutures
DOI
PREVENTION OF SUTURE INSUFFICIENCY IN INTESTINAL ANASTOMOSES. DOI: https://dx.doi.org/10.18484/2305-0047.2022.1.86 Authors EK AGHAYEV, ZE ISMAYILOVA, TE MAMEDOV
DOI