
22.02.1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1980-cı ildə Səbail r-nu 8 saylı orta ümumitəhsil məktəbinin 1ci sinfinə getmiş, həmin məktəbi 1990-cı ildə bitirmişdir. Neymətov İbrahim Firuddin oğlu 1990-cı ildə N.Nərimanov adına ATİ-nin I müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1996-cı ildə ATİ-nun I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Ümumi cərrahiyyə kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 2004-cü ildə Ümumi cərrahiyyə kafedrasının iddiaçısı olaraq cərrahiyyə ixtisası üzrə “Ahıl və qoca yaşlı xəstələrdə kəskin daşlı xolesistitin cərrahi müalicəsi zamanı immuntənzimləyici və antioksidant terapiya” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, cərrahiyyə ixtisası üzrə tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. 2008-ci ildə müsabiqə yolu ilə Ümumi cərrahlıq və anesteziologiya kafedrasının assistenti seçilmiş və hal-hazıradək həmin vəzifədə çalışır. 2011-ci ildə Müəllimlərin Təkmilləşdirmə İnstitutunda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş “Təhsilin əsasları” fənni bazasında hazırlanmış müasir pedaqogika və psixologiya ilə bağlı bir aylıq (144 saatlıq) təlim kursunu bitirərək müvafiq sertifikatla təltif olunmuşdur. Ümumi 180 elmi məqalə və tezisin müəllifidir . Azərbaycan Tibb Universitetində işlədiyi müddət ərzində professor özünü yüksək səviyyəli mütəxəssis, təcrübəli cərrah, dərin biliklərə malik müəllim, intizamlı əməkdaş kimi təsdiq etmişdir
1996-2008– kafedranın baş laborantı
2008–2025– kafedranın assistenti
1990 - N.Nərimanov adına ATİ-nin I müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1996-cı ildə ATİ-nun I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Ümumi cərrahiyyə kafedrasında baş laborant vəzifəsində çalışmışdır.
2005- tibb üzrə fəlsəfə doktoru
2011-ci ildə Müəllimlərin Təkmilləşdirmə İnstitutunda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş “Təhsilin əsasları” fənni bazasında hazırlanmış müasir pedaqogika və psixologiya ilə bağlı bir aylıq (144 saatlıq) təlim kursunu bitirərək müvafiq sertifikatla təltif olunmuşdur.
2005- Ahıl və qoca yaşlı xəstələrdə kəskin daşlı xolesistitin cərrahi müalicəsi zamanı immuntənzimləyici və antioksidant terapiya