Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1982-ci ildə Bakıda ziyalı ailısində anadan olmuşam. 1989-cu ildə Bakı şəhəri Yasamal rayonunun 175-saylı orta məktəbin 1-ci sinfinə getmiş və həmin məktəbi 1999-cu ildə əla qiymətlərlə bitirmişəm. 1999-cu ildə 580 bal toplayaraq Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinə daxil olmuşam. 2005-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirmişəm. 2004-2005ci illərdə Tələbə Elmi Cəmiyyətinin Fakültə üzrə sədri olmuşam. 2004-cü ildə Türkiyənin İstanbul şəhərində keçirilən Tələbə Beynəlxalq Elmi konfransında məruzə ilə çıxış etmişəm.

2005-2006-cı illərdə M. Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında həkim-intern işləmişəm. 2006-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi Cərrahiyyə kafedrasında klinik-ordinator, 2008-2012-ci illərdə həmin kafedrada aspirant vəzifəsində çalışmışam. 2013-cü ildə «Комбинированное применение озона и лазера у больных с осложненными формами язвенной болезни желудка и двенадцатиперстной кишки»  mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün elmi işi müdafiə etmiş, 2014-cü ildə müvafiq diplomu almışam. 2012-ci ildən 2018-ci ilədək Azərbaycan Tibb Universitetinin Ümumi Cərrahiyyə kafedrasında baş laborant vəzifəsində çalışmışam. 2018-ci ildən bu günədək həmin kafedrada assistent vəzifəsində çalışıram.

Akademik fəaliyyət

2018-ci ildən bu günədək Azərbaycan Tibb Universitetinin Ümumi Cərrahiyyə kafedrasında assistent vəzifəsində çalışıram. Mühazirələr və təcrübə dərslərimi azərbaycan, rus və ingilis dilində aparıram.

 

Təhsili

1999-2005 Azerbaycan Tibb Universitetin I müalicə-profilaktika fakültəsi

Nailiyyətlər (adlar)

Tibb üzrə fəlsəfə doktoru

Avroasiya patenti: «Способ хирургического лечения комбинированных форм недержания мочи у женщин» № 039665, 2022

Peşə və pedaqoji inkişaf

2013, 2014 və 2017-ci illərdə Rusiyanın Sankt-Peterburg şəhərində Piroqov adına Klinin Tibbi Mərkəzdə Çanaq dibi cərrahiyyəsi üzrə, 2014 və 2016-ci illərdə Rusiyanın Sankt-Peterburg şəhərində endovenoz lazer ablasiya, skleroterapiya və miniflebektomiya üzrə, 2017-ci ildə Türkiyənin İstanbul şəhərində Medipol Meqa xəstəxanasında lazer hemorroidoplastika üzrə kurslar keçmişəm. 2019-cu ildə Həkimlərin Təkmilləşdirilmə İnstitutunda Pedaqoji Psixologiya üzrə kurs keçmişəm. 2024-ci ildə Pedaqoji peşəkarlığın inkişafı üzrə Azərbaycan Tibb Universitetində kurs keçmişəm. 2020- ci ildə həkimlərin sertifikasiya imtahanından uğurla keçmişəm. 2019-cu və 2023 cü illərdə ingilis dili səviyyəsinin təyin edilməsi məqsədilə Azərbaycan Tibb Universitetində imtahan verərək B2 (upper intermediate) səviyyəsini qazanmışam

Elmi araşdırma sahəsi

2013-cü ildə «Комбинированное применение озона и лазера у больных с осложненными формами язвенной болезни желудка и двенадцатиперстной кишки»  mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün elmi işi müdafiə etmiş, 2014-cü ildə müvafiq diplomu almışam.

2018-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini  almaq üçün «Усовершенствование способов лечения у женщин с различными дефектами тазового дна» mövzusu təsdiq edilmişdir.

Məqalə

КОМБИНИРОВАННОЕ ПРИМЕНЕНИЕ ОЗОНА И ЛАЗЕРА В ЭРАДИКАЦИОННОЙ ТЕРАПИИ H. PYLORI / РА Мамедов, АН Агамирова, АИ Дадашев, ЭМ Гасымов,Московский хирургический журнал, 45-472011


orcid DOI
Məqalə

Efficiency of infra-red low-intensive laser radiation and ozone in complex treatment of patients with stitched perforated gastroduodenal ulcers / AN Agamirova, RA Mamedov, EM Qasimov, NM Xidirova / Азербайджанский медицинский журнал, 10-142011 


orcid DOI
Məqalə

Влияние низкоинтенсивного лазерного излучения и озона на иммунный статус больных с осложненной язвенной болезнью двенадцатиперстной кишки РА Мамедов, АН Агамирова, АИ Дадашев, ЭМ Гасымов, ФС Курбанов, Хирургия. Журнал им. НИ Пирогова, 53-55192011


orcid DOI
Məqalə

The use of ozone and low-intensive laser irradiation in complex treatment of complicated duodenal ulcer RA Mamedov, AN Agamirova, AI Dadashev, ÉM Gasymov, FS Kurbanov, Khirurgiia, 53-5532011


orcid DOI
Məqalə

Treatment of genital diseases and liver echinococcosis DF Kurbanova, GA Azimova, RA Mamedov, EM Gasymov, AN Agamirova

Khirurgiia, 74-7512010


orcid DOI