Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Hüseynov Lətif Mahmud oğlu 1957-ci il avqustun 19-da Gürcüstan respublikası Marneuli rayonunun Lejvaddinli kəndində fəhlə ailəsində anadan olmuşam.

1964-cü ildə ailəmlə birlikdə Azərbaycan respublikası Qazax rayonı I Şıxlı kəndinə köçmüşük. 1964-cü ildə Qazax rayonı I Şıxlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuşam, 1974-cü ildə həmin məktəbi bitirmişəm.

1974-cü ilin sentyabr ayının 2-dən 1975-ci ilin oktyabr ayının 27-nə qədər PMK-37 10№-li tikinti təmir idarəsində I dərəcəli fəhlə işləmişəm.

1975 – 1977-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşam.

1978-ci ilin sentyabr ayının 1-dən N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I Müalicə profilaktika fakultəsinin 1-ci kursuna qəbul edilmişəm.

1984-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək Müalicə işi ixtisasına yiyələnmişəm.

Tələbəçilik illərində 1981-ci il 13 noyabrından 1984-cü il 21 sentyabra qədər I Müalicə profilaktika fakultəsinin komsomol təşkilatının bürosunun katibi vəzifəsində işləmişəm.

1984-cü il sentyabrın 3 – dən Bakı şəhər Təcili yardım xəstəxanasına cərrahiyə ixtisası üzrə həkim interna təyin olunmuşam. Həmin ilin noyabr ayının 3 – də N. Nərimanov adına Azərbaycan Tibb institutunun Operativ cərrahliq və topoqrafiq anatomiya kafedrasına gənc mütəxəssis kimi baş laborant vəzifəsinə təyin olunmuşam.

1986-1989-cu illərdə həmin kafedrada cərrahlıq ixtisası üzrə aspiranturanı bitirmişəm. Aspiranturanı bitirdikdən sonra 1989 – cu ilin oktyabr ayının 1 – də Azərbaycan Respublikası Səhiyyə nazirliyinin sərəncamına göndərilmişəm.

1989-cu ilin oktyabr ayının 16-dan Səhiyyə nazirliyinin göndərişi ilə Tibb institutunun Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasına assistent vəzifəsinə təyin edilmişəm.

1992-ci ildə həmin vəzifəyə müsabiqə yolu ilə seçilmişəm.

1997-ci ildən 2018-ci ilə qədər həmin kafedrada baş müəllim vəzifəsində işləmişəm.

2018-ci ilin sentyabr ayından hal-hazıra qədər Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasında assistent vəzifəsində çalışıram.

YAP-ın üzvüyəm. Əsasən Microsoft Word, Power Point, Microsoft Excel kompüter proqramlarından istifadə etməyi bacarıram. Bildiyim dillər : Azərbaycan (doğma), Rus (sərbəst), Türk (sərbəst) Ingilis (lügətlə)

Akademik fəaliyyət

1984-cü il Bakı Şəhər Təcili yardım xəstəxanasında cərahiyyə ixtisası üzrə həkim interna təyin olunmuşam.

1986 – 1989-ci illər cərahiyyə ixtisası üzrə aspirant .

1989-cu ilin oktyabr ayın 1 də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sərəncamına göndərilmişəm.

1989 –cu ilin oktyabr ayının 16-dan Səhiyyə

Nazirliyinin göndərişi ilə Tibb institutunun Operativ və topoqrafik anatomiya kafedrasına assisent təyin edilmişəm.

1992-ci ildə həmin vəzifəyə musabiqə yolu ilə seçilmişəm

1997 -2008-ci ilə qədər həmin kafedrada baş məllim vəzifəsində çalışmışam.

2018-ci ilin senytabr ayından Azərbaycan Respublikası Tibb Universitetinin Ümumi cərrahlıq  kafedrasında assisent vəzifəsində çalışıram.

Təhsili

1978 - 1984 ci illər Azərbaycan Tibb Universiteti I MPF .

1986 – 1989 cu illər Cərahiyyə ixtisası üzrə aspirantura.

1984 – 2018 ci illərində Oprativ Cərrahlıq və topoqrafik anatomiya kafedrasında assisent baş müəllim.

2018-cı ilin sentyabrlndan bu günə qədər Ümümi Cərrahiyyə kafedrasında assisent.

Kitab

1. Анализ эффективности использование сетчатых имплантатов при герниопластике больших вентральных грыж брюшной стенки

2. Современные алгоритмы хирургического лечения инфицированного панкреонекроза : роль малоинвазивных технологий

3. GEO Helmintozların müalicəsinin əsas prinsinpləri və effektivliyinin qiymətləndirilməsi

4. Kəskin bağırsaq keçməməzliyinin cərrahimüalicəsi zamanı sitokin şəbəkəsi göstəricilərinin vəziyəti.

5. Melason mədə və onikibarmaq bağırsaq xorası fəsadlarının profilaktikası

6. Qarın divarının böyük ventral yırtıqlarının hernioplastikasında tor implantlardan istifadə- sinin təhlili

7. Xroniki venoz çatışmazlıq fonunda yaranmış trofiki xoraların venoz lazer ablasiyasının tətbiq etməsinin müasir yanaşması

8. Qastroektomiya keçirmiş xəstələrdə xolodexolitiaz zamanı optimal biliodiqestiv əməliyat

9. Mədə və Onikibarmaq bağırsağın xora xəstəliyinin fəsadlarının immunoloji və immunogenetik göstəricilərə əsasən proqnozlaşdırılması.

10. Dalağın travmatik zədələnmə-lərində müalicə taktikası necə olmalıdır

11. Значение показателей систем-ного иммунитета в прогнози-ровании осложнений язвен-ной болезни желудка

12. Laborator göstəricilərin mexaniki sarılığın etiologiyasının differensial diaqnostikasında

13. Xora mənşəli qastroduodenal qanaxmalar zamanı müalicə üsullarının nəticəyə təsirinin müqayisəli təhlili

14. Əməliyyatdan sonrakı öd yolları zədələnmələrinin retrospektiv analizi

15. Mexaniki sarılıq sindromu olan xəstələrin cərrahi müalicəsinə bəzi taktiki yanaşmalar

16. Ультраструктурные изменения капилляров миокарда после длительной физической нагрузки

17. Влияние гипоксии на ультраструктуру капилляров аэрогематического барьера после умеренной физической нагрузки

18. Kəskin bağırsaq keçməzliyinin cərrahi müalicəsi zamanı interleykin-1β rekombinatı infuziyasının əhəmiyyəti

19. ВЛИЯНИЕ ИЗМЕНЕНИЙ СОСТАВА ГАЗОВ НА КИСЛОТНО-ЩЕЛОЧНОЕ СОСТОЯНИЕ КРОВИ ПОСЛЕ УМЕРЕННОЙ ФИЗИЧЕСКОЙ НАГРУЗКИ

20. О СОСТОЯНИИ УЛЬТРАСТРУКТУРЫ СОЕДИНИТЕЛЬНОТКАННОГО ПРОСТРАНСТВА ЛЕГОЧНОЙ ТКАНИ ПРИ УМЕРЕННОЙ ФИЗИЧЕСКОЙ НАГРУЗКЕ

21. The role of laparoscopy in the diagnosis and treatment of acute abdominal surgical pathologies

22. Кишечная непроходимость на фоне  ущемленной паховой грыжи у пожилых больных

23. Состояние цитокинового статуса при разных формах синдрома системной вос-палительной  реакции при отсром калькулезном холецистите

24. ФОРМИРОВАНИЕ ЖЕЛУДОЧНОЙ ТРУБКИ ДЛЯ ПЛАСТИКИ ПИЩЕВОДА

25. QARIN BOŞLUĞUNUN KÜT TRAVMASINDAN SONRA ONİKİBARMAQ BAĞIRSAĞIN ZƏDƏLƏNMƏSİ

Üzv olduğum qurum

Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin həqiqi üzvü.

Andrologiya və Reproduktiv Təbabət assosasiyasının həqiqi üzvü.