Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Cavadova Gültəkin Rafiq  qızı 17.02.1970-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Bakı ş. Binəqədi  rayonu, 135 № orta məktəbi bitirib,1987-1993-cü illərdə Azərbaycan Tibb Universiteti – II müalicə-profilaktika fakültəsində təhsil almışdır.

1993- 1995-ci illər –  Azərbaycan Tibb Universiteti II mamalıq-ginekologiya kafedrası – kliniki ordinatura,   1996 – 1999-cu illər II mamalıq-ginekologiya kafedrasında aspirant, 2001-ci ilin fevral ayından etibarən  Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasında assistent  vəzifəsində (mama-ginekoloq ixtisası) və 2022-ci il tarixdən hal-hazıra qədər 1 şt vahidi dosent vəzifəsində çalışır. Mamalıq və ginekoloji əməliyyatları sərbəst icra edir.

30-dan çox elmi məqalə və tezis müəllifidir (son 3 il ərzində 9).

 2003-cü ildə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

İxtisasartırma kurslar:  Mamalıq və ginekologiyanın aktual problemlərinə həsr olunmuş bir çox kurslarda iştirak etmişdir. Son 3 ildəki kurslar və forumlar:

30.01.2022 I Azərbaycan Beynəlxalq Uroginekoloji Konqresi. “Qadın genital estetikasına və cinsi disfunksiyalara yanaşma” kursu  31 mart - 8 aprel 2022. Ümumdünya  Səhiyyə Təşkilatının  Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə 60 saatlıq “Təməl tədrisci inkişafı proqramı” üzrə təlimçilərin təlimi

9 oktyabr 2022 ildə Avropa Asiya  Mama-ginekoloqlar dərnəyinin I Beynəlxalq Konqresi. “Kolposkopiya” təlimi kursu.
9 oktyabr 2022 ildə Avropa Asiya  Mama-ginekoloqlar dərnəyinin I Beynəlxalq Konqresi. “Dölün vakuum ekstraksiyası” təlimi kursu

 5-9 dekabr 2022-ci il tarixlərində Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasında “Hamiləlik və böyrək patologiyaları” mövzusu üzrə kurs.  

Bildiyi dillər: azərbaycan, rus, ingilis 
Kompüter biliyi: Microsoft Word, Microsoft Power Point
Cəmiyyətlərdə üzvlük:  ATU-nun II Müalicə-Profilaktika fakültəsinin Elmi Şurasının üzvü, II Müalicə-Profilaktika Fakültəsinin Həmkərlar Təşkilatının Büro üzvü, II Mamalıq-ginekologiya kafedrasının tədris işləri üzrə müdir köməkçisi. Azərbaycan mama-ginekoloqlar Cəmiyyətinin, Azərbaycan Tibb Assosiasiyasının Ginekologiya dərnəyinin, Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının üzvü.