Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Bağırova Səfa Kazım qızı

02 fevral 1949cu ildə Tovuzda qulluqçu ailəsində doğulub.

Təhsil: 1965ci ildə A.S.Puşkin adına Tovuz şəhər orta məktəbini “qızıl medal” ilə bitirmiş və həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun (ADTİ) müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.1965-1971-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib, Böyük Elmi Şuranın qərarı ilə Mamalıq-ginekologiya ixtisası üzrə kliniki ordinaturda saxlanılmışdır. 1971-1973-ci illərdə N.Nərimanov adına ADTİ –nin I mamalıq-ginekologiya kafedrasında klinik ordinaturanı bitirib.

1973-1975-ci illərdə Bakı ş-ri TTYS-nın mama-ginekoloji briqadasının həkimi vəzifəsində işləyib.

1975-1989-ci ilə qədər II mamalıq-ginekologiya kafedrasında baş laborant vəzifəsində çalışmış, eyni zamanda mamalıq-ginekologiya üzrə qiyabi aspirantura təhsili almışdır.  

1989-ci ildə Kazan ş-də “Особенности репродуктивной функции у работниц современного нефтеперерабатывающего производства»  mövzusunda namizədlik dissertasiyasını müdafiyə etmiş və SSSR-i Ali Attestasiya Кomissiyasının qərarı ilə tibb elmləri namizədi alimlik dərəcəsini alıb. 1989-1996-ci illərdə həmin kafedranın assistenti, 1996-ci ildən indiyə kimi II mamalıq-ginekologiya kafedrasının dosenti vəzifəsində işləyir.

 Respublikanın “Qabaqcıl təhsil işçisi” medalı ilə təltif edilmişdir.

Çap olunmuş 150-dən çox elmi işlərin müəllifidir. ATU-nun tələbələri üçün “Mamalıq” və “Ginekologiya” dərsliklərinin müəlliflərindən biridir. 4 metodik tövsiyələri və 2 qrafoloji cədvəllərin həmmüəllifidir. ATU-nun II Müalicə-profilaktika fakültəsi Elmi Şurasının və ATU –nun ED 2.06 Dissertasiya Şurasının nəzdindəki Elmi seminarın üzvüdür.

Universitetin və kafedranın  ictimai işlərində fəal iştirakına görə rəhbərlik/rektorat tərəfindən şəxsi işinə yazılmaq şərti ilə təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir.

Akademik fəaliyyət

1975-1989-ci ilə qədər II mamalıq-ginekologiya kafedrasında baş laborant vəzifəsində, 1989-1996-ci illərdə həmin kafedranın assistenti, 1996-ci ildən indiyə kimi II mamalıq-ginekologiya kafedrasının dosenti vəzifəsində işləyir.

Təhsil

1965-1971-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib.

Məqalə

P74 effectiveness of surgical treatment for turbal infertility  P74 wored Congress on VP in  conjunction with 6 th Society Reproduktive Medicine and Surgery Congress October 4-8, 2017, Reonum Carya Resort Hotel, Antaliya

Роль ангиогенных фак-торов в диагностике преэк-лампсии беременности      Georgian Medical News N 7-8 (268-269), 2017 Ежемесячный журнал, Тбилиси-Нью-Йорк

İstmiko-servikal çatışmazlıq və onun korreksiyası     Azərbaycan Tibb Universiteti, Tibbin görən gözü, Şua diaqnostikasının aktual problemlərinə həsr olunmuş Beynəlxalq Elmi-Praktik  Konfransın Мaterialları. 30-31 mart, Bakı 2019

Материнская смертность по г.Баку за 10 лет (1996-2005)            Azərbaycan Tibb Universiteti, Tibbin görən gözü, Şua diaqnostikasının aktual problemlərinə həsr olunmuş Beynəlxalq Elmi-Praktik  Konfransın Мaterialları. 30-31 mart, Bakı 2019, s.269-261

Ятрогения, как причина, материнской смертности по г. Баку за 10 лет (1996-2005гг) Azərbaycan Respublikasının  Əməkdar elm xadimi, prof., “Şöhrət” ordenli  N.M.Şəmsədinskayanın  anadan olmasının 90 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Кonfransın Мaterialları, Bakı 2016, s. 8-11

Акушерские кровотечения как причина материнской смертности по г.Баку за 10 лет (1996-2005гг)            Azərbaycan Respublikasının  Əməkdar elm xadimi, prof., “Şöhrət” ordenli  N.M.Şəmsədinskayanın  anadan olmasının 90 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Кonfransın Мaterialları, Bakı 2016, s. 8-11

Преэклампсия и эклампсия как причина материнской смертности за 10 лет по г.Баку Azərbaycan Təbabətinin  Müasir Nailiyyətləri. Publitik Elmi-Praktik Jurnal, N4, 2016, s. 112-116

Материнская смертность при эмболии околоплодными водами за 10 лет (1996-2005гг) Azərbaycan Tibb Universitetinin,Neyrocərrahiyyə kafedrasının  50 illiyinə həsr  edilmiş “Neyrocərrahlığın müasir problemləri” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın materialları, Azərbaycan Tibb Jurnalı (xüsusi buraxılış), 2019, s.11-12

Hamilə qadınlarda böyrək xəstəlikləri            Azərbaycan Tibb Universitetinin 90 İllik Yubileyinə həsr olunmuş “Təbabətin Aktual Problemləri 2020” mövzusunda Beynəlxalq Elmi-Praktik  Konqressin Мaterialları, 19-20 dekabr 2020, Bakı, s.128-130

Miomektomiya əməliyyatının başa çatmamış hamiləliklərin profilaktikasında rolu  Azərbaycan Tibb Universitetinin 90 İllik Yubileyinə həsr olunmuş “Təbabətin Aktual Problemləri 2020” mövzusunda Beynəlxalq Elmi-Praktik  Konqressin Мaterialları, 19-20 dekabr 2020, Bakı, s.119-120

Материнская смертность после абортов по г.Баку за 10 лет (1996-2005 гг)      Azərbaycan Tibb Universitetinin 90 İllik Yubileyinə həsr olunmuş “Təbabətin Aktual Problemləri 2020” mövzusunda Beynəlxalq Elmi-Praktik  Konqressin Мaterialları, 19-20 dekabr 2020, Bakı, s.128-130

Residivləşən Bakterial vaginozun müalicəsində “Epigenintim” preparatının rolu Ə.E.X.Tamerlan  Əliyevin anadan olmasının  100 illiyinə həsr olunmuş “Təbabətin Aktial  Problemləri-2021” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın Мaterialları, 6-8 oktyabr 2021, Bakı, s.22-23