Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

İlahə İslamzadə Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasında baş müəllim vəzifəsində çalışır. Kafedrada bakalavr və rezidentura sahəsində tədrisin aparılmasında, tədris proqramlarının və dərsliklərin hazırlanmasında, imtahan testlərinin tərtib olunmasında yaxından iştirak edir. Təhsil alan tələbələrin tədris olunan fənləri mükəmməl mənimsəməsi üçün praktik dərslərdə innovativ və interaktiv üsullardan istifadə edir.

İlahə İslamzadə ictimai sağlamlıq və qidalanma gigiyenası sahəsində elmi fəaliyyət göstərir. O, əhali arasında sağlamlığın qorunması, profilaktik istiqamətdə təbliğatın aparılması üçün mühüm işlər görmüşdür. İ.İslamzadə elmi tədqiqat apararaq aşağı fiziki aktivliyin əhalinin sağlamlığına, əmək qabiliyyətinə və həyat keyfiyyətinə ağırlaşdırıcı təsirini öyrənmiş, mühüm nəticələr əldə etmiş, praktik tövsiyələr vermişdir. Bu tədqiqat istiqamətində hazırladığı dissertasiya işini müdafiə edərək 2023-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

İ.İslamzadə öz üzərində daima çalışır. Yerli və yüksək reytinqli xarici jurnallarda məqalələr dərc etdirir, konfrans və seminarlarda iştirak edir. O, Belarusiya və Türkiyə kimi ölkələrdə keçirilən konfranslarda çıxış etmişdir.

Akademik fəaliyyət

Baş müəllim / Azərbaycan Tibb Universiteti * 2023 – hal-hazıradək

Assistent / Azərbaycan Tibb Universiteti * 2020-2023

Baş laborant / Azərbaycan Tibb Universiteti * 2019-2020

Təhsili

Doktorant /Azərbaycan Tibb Universiteti * 1915 – 2018

Pediatriya ixtisası üzrə internatura / Azərbaycan Tibb Universiteti * 1997 – 1998

Pediatriya ixtisası üzrə bakalavriat / Azərbaycan Tibb Universiteti * 1991 – 1997

Peşə və pedaqoji inkişaf

1. Səhiyyənin nəzəri əsas­la­rı proqramı üzrə ixtisas artırma kursu / Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu * 2017

2. Səhiyyənin nəzəri əsas­la­rı proqramı üzrə qiyabi təhsil / Belarus Diplomdan sonrakı Təhsil üzrə Tibb Akademiyası (БелМАПО) * 2017-2018

3. “Səhiyyə liderliyinin dinamikası” / Azərbaycan Tibb Universiteti * 2023

 4. “Ali məktəbin pedaqogikası. Pedaqoji ünsiyyət ” / Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu * 2023

Elmi araşdırma sahəsi

Səhiyyənin təşkili, Qidalanma gigiyenası, Nutrisiologiya

Kitab

1. Q.M.Hacıyeva, Q.S.Qəniyeva, İ.F.İslamzadə. Məktəqədər təhsil müəssisələrində uşaqlar üçün xörəklərin texnoloji kartlarından istifadə edərək balanslaşdırılmış menyu-cədvəllərinin formalaşdırılması / Metodik tövsiyyə / 2024
2. Q.M.Hacıyeva, Q.S.Qəniyeva, İ.F.İslamzadə. Tədris prosesində əhalinin qidalanma vəziyyətinin öyrənilməsi zamanı informasiya texnologiyalarının tətbiqi / Metodik tövsiyyə / 2025

Məqalə

1. Гаджиева Г.М., Ахмедов И.Р., Исламзаде И.Ф., Велибекова А.Б. Основы истории азербайджанской национальной кухни. Вестник науки и творчества, 2022, стр.40-43 Научная статья по специальности "История и археология"

DOİ

2. Valibeyova A.B., Ahmadov I.R., Hajiyeva G.M., Ganiyeva G.S., Islamzade I.F. Assessment of relationships between young people’s actual nutrition and some health indicators. Scientific article on the specialty «Medical Sciences». “Annali d’İtalia”, scientific journal of Italy, №40, 2023, p. 29-34

DOİ

3. Г.С.Ганиева, Г.М.Гаджиева, И.Ф.Исламзаде.Характеристика физической активности населения в разных возрастных группах. "Вопросы организации и информатизации здравоохранения" №3. Минск, 2023. стр. 90-95 

DOİ

4. Г.С.Ганиева, Г.М.Гаджиева, Ф.Али, Ш.Х.Самедов, И.Ф.Исламзаде. Изучение состояния физической активности населения на основе анализа международных рекомендаций. "Вопросы организации и информатизации здравоохранения" №3. МИНСК, 2025. стр. 71-77 

DOI

Sosial töhfə

1. Qeyri- infeksion xəstəliklərlə mübarizəyə dair Dövlət Strategiyası”na əsasən maarifləndirici mühazirə / Quba Rayonu Dağlı Kənd Tam Orta Məktəbi * 2017

2. Aksiya “Yüksək fiziki aktivlik- sağlamlığın qarantıdır!” / 1 saylı Asan Xidmət * 2017 

Üzv olduğu qurum

Kvalifikasiya Standartının (İctimai səhiyyə üzrə mütəxəssis) hazırlanması üzrə ekspert / Səhiyyə Nazirliyi