Abilova Validə Gəray qızı 1978-ci ilin yanvar ayında anadan olmuşdur. O, Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis–Fransız fakültəsində təhsil almış, ingilis və fransız dili müəllimi ixtisasına yiyələnmişdir.
Əmək fəaliyyətinə 1993-cü ildən etibarən Azərbaycan Dillər Universitetinin Xarici Dillər kafedrasında 1 ştat vahidi üzrə müəllim kimi başlamışdır. 2009-cu ildən etibarən həmin kafedrada baş müəllim vəzifəsində çalışır.
Universitetdə fəaliyyət göstərdiyi müddət ərzində bir sıra elmi məqalələrin müəllifi olmuş, müxtəlif elmi və elmi-metodik tədbirlərdə fəal iştirak etmişdir. Xarici dillərin tədrisi sahəsində, xüsusilə ingilis dilinin öyrədilməsi və tədris metodikası istiqamətində tədqiqatlar aparmışdır.
Peşəkar fəaliyyəti dövründə tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin dil bacarıqlarının inkişafına yönəlmiş innovativ yanaşmalar tətbiq etmişdir.