Bizi izləyin:
Heydər Əliyev
Nadir Hüseynov
Professor
Nadir Hüseynov
Google Scholar: ElL-m9oAAAAJ
Həkim-revmatoloq, fizioterapevt
Bioqrafiya

1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1978-1981-ci illərdə Bakı şəhər Təcili-Tibbi yardım stansiyasında həkim və böyük-həkim vəzifələrində çalışıb.

1981-1985-ci illərdə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının Elmi -Tədqiqat Revmatologiya İnstitutunun direktoru, dünya  şöhrətli alim, akademik V.A.Nasonovanın rəhbərliyi altında revmatologiya üzrə aspirantura keçərək 1985-ci ildə “Клиника и дифференциальная диагностика периферической формы болезни Бехтерева» adlı namizədlik dissertasiyasını müdafiə edib. 1990-cı ildə həmin institutda “Анкилозирующий Спондилоартрит: особенности патогенеза, клиника, эволюция и прогноз различных клинических форм» adlı doktorluq dissertasiyasını müdafiə edib.

1986-1991-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Reabilitasiya İnstitutunda elmi işçi. 1991-2000-ci illərdə həmin institutda özünün təşəbbüskarlığı ilə yaradırmış Azərbaycanda ilk ixtisaslaşdırılmış “ARTROLOJİ” şöbənin rəhbəri.

2004-cü ildən “SETAL-revmatik xəstəliyə tutulmuş gənclərə kömək”  İctimai Birliyin rəhbəri. 2000-2010-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında “Revmatologiya və Endokrinologiya” şöbəsinin rəhbəri. 2011-ci ildən hal-hazırkı vaxta qədər “AYAN” MMC Revmatoloji klinikasında əhaliyə istisaslaşdırılmış revmatoloji tibbi xidmət göstərir.

1996-cə ildən hal-hazırkı vaxta qədər Azərbaycan Tibb Universitetinin fizioterapiya kafedrasının professoru vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir. 100-dən artıq elmi məqalə, elmi-metodik tövsiyyənin müəllifidir.

Akademik fəaliyyət

1970-1975 - Gips texnik, Bakı ş. Təcili-Tibbi yardım xəstəxanası, Bakı ş., Azərbaycan

1978-1982 - Həkim, böyük həkim Mərkəzi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Bakı ş., Azərbaycan

1986-2000 - Həkim-ordinator, kiçik, böyük elmi işçı, S.M.Kirov adına Azərbaycan ET kurortologiya və Fizioterapiya İnstitutu, Bakı ş., Azərbaycan

2000–2011 - Şöbə müdürü, Neft Kəşviyyatçılarının Birləşmiş Xəstəxanası, Bakı ş., Azərbaycan

1996 - Müəllim, ATU-Fizioterapiya Kursu Bakı ş., Azərbaycan

1996 - h/h- Professor, ATU-Fizioterapiya Kafedrası, Bakı ş., Azərbaycan

Təhsili

1971-1977 - Tələbə ATU  Bakı şəhəri Bakıxanov küçəsi 23

1977-1978 - İnternatura 5 N-li xəstəxana , Bakı şəhəri

1978-1980 - “İki illik ingilis dili” kursu Azərbaycan Dövlər Xarici Dillər İnstitut, Bakı ş., Azərbaycan

1982-1985 - Aspirant SSRİ Tibb Elmləri Akademiyasının Elmi Tədqiqat Revmatologiya İnstitutu, Moskva ş., Rusiya

1986-1990 - Doktorant, SSRİ Tibb Elmləri Akademiyasının Elmi Tədqiqat, Revmatologiya İnstitutu, Moskva ş.,  Rusiya

Nailiyyətlər (adlar)

Alimlik dərəcəsi - Tibb üzrə elmlər doktoru 14.00.39 “Revmatologiya”

Elmi adı (ixtisas və kafedra üzrə) - Professor PR №01025 “Fizioterapiya”

Kitab

1. “Revmatik xəstəliklərin Fizioterapiya və Tibbi Reabilitasiyası”. Metodik vəsait. Bakı-2023

2. “Elektroterapiya”. Bakı, 2007. Elmi-metodik vəsait. 

Üzv olduğu qurum

Azərbaycan Tibb Universitetinin II-müalicə profilaktika fakultəsinin Elmi Şurasının və D-03-012 dissertasiya şurasının üzvü

Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2004-cü ildən “SETAL-Revmatik Xəstəliyə Tutulmuş Gənclərə Kömək”  İctimai Birliyinin rəhbəri

Azərbaycan Fizioterapevtlər və Reabilitoloqlar Cəmiyyətinin üzvü

Azərbaycan Revmatoloqlar Dərnəyinin üzvü

Rusiya Revmatoloqlar Assosiasiyasının idarə heyətinin üzvü

Avrasiya Revmatoloqlar Cəmiyyətinin regional sədri

Avropa Enzimoterapevtlər Liqasının reqional təmsilçisi

Avropa Anti-Revmatoloji Liqanın üzvü

Moskva şəhərində çap olunan “Elmi-praktik Revmatologiya Jurnalı”nın redaksiya heyətinin üzvü

Elmi rəhbər olduğu işlər

TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU: Mirzəzadə Rəxşəndə Faiq q.

TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU: Səmədova Səltənət Vüqar q.