Bizi izləyin:
Heydər Əliyev
Çimnaz İsmayılova
Baş müəllim
Çimnaz İsmayılova
Müəllim, ingilis dili bölmə rəhbəri
Bioqrafiya

Azərbaycan Dillər Universitetinin “İngilis dili” fakültəsində təhsilini “ingilis fransız dili müəllimi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. (1975-1980).

1988-1991-ci illərdə Azərbaycan Elmi Tədqiqat Pedoqoji Elmlər İnstitutunun (indiki ARTİ) əyani aspiranturasında təhsilini davam etdirmişdir.

1981-1982-ci illərdə ADPU nun Xarici Dillər kafedrasında baş laborant vəzifəsində işləmiş,1982-1988 ci illərdə M.F.Axundov adına Milli kitabxanada biblioqraf vəzifəsində çalışmışdır.1991-1996 cı illərdə ARTİ-də  (keçmiş ETPEİ) baş elmi işçi vəzifəsində işləmiş, 1992-1996 cı illərdə Azərbaycan Tibb Universitetinin Xarici Dillər kafedrasında saat hesabı müəllim, 1996-2018-ci illərdə müəllim, 2018-ci ildən hal-hazıradək həmin kafedrada baş müəllim kimi fəaliyyət göstərir.

Ç. İsmayılova ingilis dili bölmə rəhbəri  olaraq hazırlıq, bakalavr və magistr pilləsi tibb tələbələri üçün tədris proqramı, sillabus və imtahan testlərinin hazırlanmasında məsul şəxsdir. Kafedrada xarici dil təlimində müasir yanaşmalar, proqram və dərslik sahəsindəki yeniliklərlə bağlı seminar və müzakirələrin təşkilinə bilavasitə rəhbərlik edir. TEC konfranslarına tələbə hazırlığı ilə bağlı fəal işlər aparır.

Mütəmadi olaraq ölkə daxilində və  xaricdə ixtisasartırma kurslarında, təlimlərdə iştirak edir.

2014-2018-ci illərdə Böyük Britaniya  Glazgo, Esseks universitetleri, həmçinin Avropa və Orta Asiyanın ixtisas təhsili verən bir çox universitetlərinin cəlb olunduğu Tempus FLEPP (Foreign Language Education for Professional Purposes) layihəsində  ATU Xarici dillər kafedrasının  təmsilçisi olmuşdur. Glazqo Universiteti, Düşənbə Tibb  Universitetində keçirilən seminar və elmi-müzakirələrdə fəal iştirak etmiş, layihə nəticələrinin tətbiqi ilə bağlı mühüm işlər görmüşdür.

ATU rəhbərliyinin təşəbbüsü və ABŞ səfirliyinin dəstəyi ilə  2022-2023-cü illərdə təşkil edilmiş (CLT – Communicative Language Approach to language teaching; Tech in the Student Centered Class” ,“How to use Quizlet for medicai students?”, “Creating Google Classrooms”, “Teacher Professional Development at ATU”) kimi müəllimlərin profesional inkişafı yönümlü  təlimlərdə fəal iştirak etmişdir.

Tiffany Tillman tərəfindən “ATU – Professional Learning Network”(PLN) layihəsi çərçivəsində “Tədris  proqramı və sillabus tərtibatı”, “Strateji planlaşdırma və proqram qiymətləndirilməsi” mövzularında aparılan təlimlərin iştirakçısı olmuşdur.

Ç.İsmayılova təhsil və xarici dillərin tədrisi metodikasının müxtəlif problemlərinə həsr olunmuş 40 dan  çox məqalənin və bir neçə kitabın müəllifidir.

Akademik fəaliyyət

2018-hal hazıradək Baş müəllim, Azərbaycan Tibb Universiteti

2014-2018 Tempus FLEPP (Foreign language education for professional purposes) ATU üzrə layihə təmsilçisi

2010 -hal –hazıradək ATU Test İmtahan Mərkəzində ingilis dili imtahan testləri üzrə ekspert

1996-2018 müəllim, Azərbaycan Tibb Universiteti

1996-hal-hazıradək ingilis dili bölmə rəhbəri, Azərbaycan Tibb Universiteti

 

1992-1996  saathesabı müəllim, Azərbaycan Tibb Universiteti

Təhsili

1988-1991 Azərbaycan Elmi Tədqiqat Pedoqoji Elmlər İnstiutu, əyani aspirant

1975-1980-Azərbaycan Dillər Universiteti “ingilis fransız dili müəllimi” ixtisası üzrə ali təhsil

Peşə və pedaqoji inkişaf

Mart-may 2023 “Effective curriculum/syllabus design” kursu, English Language Programs, Azərbaycan,

Mart, 2023.“Communicative language teaching”, İnternational TEFL Training İnstitute, Azərbaycan, yanvar, 

2015 Tempus FLEPP (Foreign Language Education for Professional Purposes), University of Glazgow, Böyük Britaniya Iyun,

2014.Tempus FLEPP (Foreign Language Education for Professional Purposes), Düşənbə, İbn Sina ad. Tibb universiteti.

Elmi araşdırma sahəsi

Tibb Universitetində xarici dil təlimi metodikası

Kitab

1. Foreign Language (English) in business and academic communication for masters in Pharmacy” Dərslik. , “Təbib” nəşriyyatı, Azərbaycan Tibb Universiteti, Bakı, 2023. Səh 94

“Foreign Language (English) in Business and Academic Communication for Masters in Pharmacy” – Textbook, “Tabib” Publishing House, Azerbaijan Medical University, Baku, 2023, p. 94.

Учебник "Иностранный язык (английский) в бизнесе и академическом общении для магистров фармацевтического факультета", издательство "Təbib", Азербайджанский медицинский университет, Баку, 2023. 94 стр.

2. “Foreign Language (English) in business and academic communication for masters in Clinical Psychology” Dərslik, “Təbib” nəşriyyatı, Azərbaycan Tibb Universiteti, Bakı.  2023, səh.316

“Foreign Language (English) in Business and Academic Communication for Masters in Clinical Psychology” – Textbook, “Tabib” Publishing House, Azerbaijan Medical University, Baku, 2023, p. 316.

Учебник "Иностранный язык (английский) в бизнесе и академическом общении для магистров клинической психологии", издательство "Təbib", Азербайджанский медицинский университет, Баку, 2023. 316 стр.

3. “Tibb Universiteti tələbələri üçün ingilis dili fənni üzrə testlər” Bakı, 2016, səh 387

“ Tests in English language  for medical  students” Baku, 2016, p 387

 Тесты по Английскому языку для  медицинских студентов, Баку, 2016, стр 387

4. “İngiliscə-Azərbaycanca-Rusca minimum tibb lüğəti” Bakı, 2001, səh 150

English-Azerbaijan-Russian minimum medical dictionary, Baku, 2001, p 150

Англо-азербайджано-русский медицинский словарь, Баку, 2001, стр 150

Məqalə

1. Пандемия как фактор развития инноваций в сфере образования.  “ Курикулум”   N 3, 2024. Стр.  76-83

Pandemiya təhsil sahəsində innovasiyaların inkişafı amili kimi. “Kurikulum” N 3, 2024. Səh. 76-83

Pandemic as a factor in the development of innovations in the field of education. “Curriculum” No. 3, 2024. p 76-83

2. Assesment tasks on English in medicine (ESP) course,  Digital transformation, Science, Education, Medicine, Russian Federation, Mahachkala, 2023, p 36-41

İngilis dilində tibb üzrə qiymətləndirmə tapşırıqları, Rəqəmsal transformasiya, Elm, Təhsil, Tibb. Rusiya Federasiyası, Maxaçkala ş., 2023, səh 36-41

Оценочные задания по английскому языку в медицине, Цифровая трансформация, Наука,Оброзование, Медицина, РФ, г.  Махачкала, 2023, стр 36-41

3. «Проблемы цифровой трансформации высших учебных заведений» Цифровая трансформасия оброзования, г.  Махачкала, 2023, стр 159-162

“Ali təhsil müəssisələrində rəqəmsal transformasiyası problemləri” Təhsilin rəqəmsal transformasiyası, Maxaçkala ş, 2023, səh 159-162

4. “Problems of digital transformation of higher education institutions" Digital transformation of education, Mahachkala, 2023, p 159-162

“Ali təhsildə komputer texnologiyaları”,  Təhsildə İKT № 3, Bakı 2016, səh 13-20.

“Computer technologies in higher education”, ICT in Education No. 3, Baku 2016, p. 13-20.

 «Компьютерные технологии в высшем образовании», ИКТ в образовании №3, Баку 2016, стр. 13-20.