
Rustamova Günel Tahir qızı 2010-cu ildə Azərbaycan Dillər Universitetinə daxil olmuşdur və 2014-cü ildə ingilis dili müəllimliyi fakültəsini bitirmişdir. 2017-ci ildə Azərbaycan Dillər Universitetinin dilşünaslıq (ingilis dili üzrə) fakültəsinə daxil olmuş və 2019-cu ildə magistratura pilləsini uğurla başa vuraraq fərqlənmə diplomu ilə bitirmişdir.
Rustamova Günel 2019-cu ilin oktyabr ayından Azərbaycan Tibb Universitetinin Xarici dillər kafedrasında saat hesabı müəllim olaraq fəaliyyətə başlamışdır. 2022-ci ildən həmin kafedrada baş laborant olaraq fəaliyyətinə davam etmiş, 2023-cü ildən isə tam ştatla (1.0) ingilis dili müəllimi vəzifəsində çalışır.
Rustamova Günel bu müddət ərzində “British Council”, “ Institute of Global Professionals”, “Cambridge University”, “American English”, “ EF International Language Campuses”, “Bakı Amerika Mərkəzi” kimi təşkilatların tərtib etdiyi müxtəlif seminar və elmi konfranslarda iştirak etmişdir. Həmçinin Kazan şəhərinin onlayn keçirilən Tibbi ingilis dili hazırlıq kursunu müvəffəqiyyətlə bitirmiş və sertifikat almışdır.
Cambridge English Teaching Knowledge Test (TKT) imtahanı Modul 1 Dil tədrisinin əsasları bölməsi üzrə beynəlxalq sertifikata sahibdir.
ATU rəhbərliyinin təşəbbüsü və ABŞ səfirliyinin dəstəyi təşkil olunmuş təhsilin ən aktual məsələlərinə (CLT – Communicative Language Approach to language teaching; Tech in the Student Centered Class” ,“How to use Quizlet for medical students?”, “Creating Google Classrooms”, “Teacher Professional Development at AMU”) dair Tiffany Tillmanın apardığı təlimlərdə iştirak etmişdir.
2023-cü ilin mart-may aylarında humanitar elmlər magistrı, ingilis dili üzrə elmi işçi Tiffany Tillman tərəfindən “ATU – Professional Learning Network”(PLN) layihəsi çərçivəsində “Tədris proqramı və sillabus tərtibatı”, “Strateji planlaşdırma və proqram qiymətləndirilməsi” mövzularında aparılan təlimlərdə Günel Rustamova köməkçi-tərcüməçi kimi iştirak etmiş və rektor G.Gəraybəyli tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.
Bundan əlavə Pakistanın Rifah Universiteti və ATU-nun təşkil etdiyi “ICME‑2023” Tibb Təhsili üzrə Beynəlxalq Konfransın Təşkilat Komitəsinin üzvü və tərcüməçi kimi iştirak etmişdir.
ATU Tibb və sağlamlıq elmləri təhsili kafedrası tərəfindən təşkil edilmiş “Pedaqoji Peşəkarlığın İnkişafı” təlimini müvəffəqiyyətlə tamamlayaraq sertifikat almışdır.
2025-ci ildə Arizona Dövlət Universiteti tərəfindən təşkil olunmuş 8 moduldan ibarət beynəlxalq TESOL kursunu uğurla başa vuraraq beynəlxalq sertifikat əldə etmişdir.
Həmçinin Dövlət İmtahan Mərkəzinin ekspert və marker təlimini almış və orada yoxlama işlərində ekspert kimi fəaliyyət göstərir.
2010-2014,İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr proqramı Azərbaycan Dillər Universiteti
2017-2019,İngilis dili üzrə Dilşünaslıq ixtisası üzrə magistr proqramı Azərbaycan Dillər Universiteti
2023 “Effektiv kurikulum/sillabus tərtibatı” və “Effektiv strateji planlaşdırma və proqramların qiymətləndirilməsi” seminarları çərçivəsində verdiyi töhvəyə görə Universitet rektoru professor G.Gəraybəyli tərəfindən təşəkkürnamə
2025 - Arizona Dövlət Universiteti tərəfindən təşkil olunmuş TESOL kursu
2024 - ATU Tibb və sağlamlıq elmləri təhsili kafedrası tərəfindən təşkil edilmiş “Pedaqoji Peşəkarlığın İnkişafı” təlimi
2023 -“Tədris proqramı və sillabus tərtibatı”, “Strateji planlaşdırma və proqram qiymətləndirilməsi” kursu, ATU
2022 - “TKT” (Teaching Knowledge Test) Module 1 Band 3
2022 - Dövlət İmtahan Mərkəzi Qiymətləndirmə vasitələrinin işlənməsi və yoxlanılmasına dair hazırlıq kursu
2023-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Xarici dillər kafedrasında 1 tam ştat üzrə ingilis dili müəllimi kimi fəaliyyətini davam etdirir.
2022-ci ildə həmin kafedrada baş laborant, 2019-cu ildə saat hesabı müəllim olaraq fəaliyyətə başlamışdır.
“İngilis dili frazeologizmlərinin yaranmasında Bibliyanin təsiri” Azərbaycan Universiteti İPƏK YOLU jurnalı, No.1, 2023, səh.151-155
DOI
“Kargüzarlıq işinin təşkili və onun növləri”, Filologiya məsələləri № 9, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2024, səh. 77-82.
DOI