
Qulamova Elvina Elşad qızı 2012-ci ildə Qafqaz Universitetinin İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuş və bakalavr təhsilini 2017-ci ildə Bakı Mühəndislik Universitetində (keçmiş Qafqaz Universiteti) fərqlənmə diplomu ilə başa vurmuşdur.
Həmin il Xəzər Universitetində İngilis dili ixtisası üzrə Dilşünaslıq magistr proqramına qəbul olunmuş və 2020-ci ildə magistr təhsilini də fərqlənmə diplomu ilə tamamlamışdır.
Təhsil dövründə müxtəlif dil kurslarında müəllim kimi çalışmışdır.
2021-ci ilin fevral ayında Azərbaycan Tibb Universitetində saat hesabı ilə ingilis dili müəllimi kimi fəaliyyətə başlamışdır. 2021-ci ilin oktyabrından Xarici Dillər kafedrasında 0.5 ştat üzrə müəllim, 2023-cü ildən isə tam ştatla (1.0) ingilis dili müəllimi vəzifəsində çalışır.
2023-cü ildən etibarən Azərbaycan Tibb Universiteti Tələbə Elmi Cəmiyyətinin Xarici Dillər Kafedrasının sədri kimi fəaliyyət göstərir.
Elvina Qulamova bu illər ərzində British Council və Cambridge təşkilatlarının keçirdiyi bir sıra beynəlxalq seminar və vebinarlarda iştirak etmiş, uğurla təmsil olunmuş və sertifikatlarla təltif olunmuşdur.
2025-ci ildə Arizona Dövlət Universiteti tərəfindən təşkil olunan 8 moduldan ibarət beynəlxalq TESOL kursunu uğurla başa vuraraq beynəlxalq sertifikat əldə etmişdir. Həmçinin Pakistanın Rifah Universiteti və ATU-nun təşkil etdiyi “ICME‑2023” Tibb Təhsili üzrə Beynəlxalq Konfransın Təşkilat Komitəsinin üzvü və tərcüməçi kimi iştirak etmişdir.
2023-cü ildən etibarən Azərbaycan Tibb Universitetində 1 tam ştat üzrə ingilis dili müəllimi kimi fəaliyyətini davam etdirir.
2023-cü ildən bu günədək Azərbaycan Tibb Universiteti Tələbə Elmi Cəmiyyətinin Xarici Dillər üzrə sədri vəzifəsini icra edir.
2021–2023-cü illərdə Azərbaycan Tibb Universitetində Xarici Dillər kafedrasında 0.5 ştat vahidi üzrə ingilis dili müəllimi vəzifəsində çalışmışdır.
2012–2017 — Qafqaz Universiteti / Bakı Mühəndislik Universiteti: İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr proqramı
2017–2020 — Xəzər Universiteti: İngilis dili üzrə Dilşünaslıq ixtisası üzrə magistr proqramı
2012–2017 — Кавказский Университет / Бакинский Инженерный Университет: Бакалавриат по специальности "Преподавание английского языка и литературы"
2017–2020 — Хазарский Университет: Магистратура по специальности "Лингвистика (английский язык)"
“Pragmatic function of inversion in political discourse”, Filologiya məsələləri № 12, Azərbaycan Milli Elmlər Akademiyası, M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2022, səh. 215-223.
DOI
“Müasir dilçilikdə isimləşmiş sifətlər və onların Azərbaycan dilində işlənmə yeri”, Filologiya məsələləri № 8, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2023, səh. 270-275.
DOI
“İngilis dilində təyin budaq cümlələrinin leksik-linqvistik təhlili”, Filologiya məsələləri № 4, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2024, səh. 132-137.
DOI
“Kargüzarlıq işinin təşkili və onun növləri”, Filologiya məsələləri № 9, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2024, səh. 77-82
DOI