
Rzayeva Ramilə Elşad qızı 2022-ci ildə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin (SABAH qrupları) xarici dil (ingilis dili) müəllimliyi ixtisasının bakalavr pilləsini, 2024-cü ildə Dilşünaslıq (ingilis) ixtisasının magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Rzayeva R.E. ADPU nəzdində Azərbaycan Pedoqoji Kollecinin Xarici dil fənn birlə.məsi komitəsinin 2022-2025-ci illərdə 0.5 ştat vahidi, 2025-ci ildən Azərbaycan Tibb Universitetinin Xarici dillər kafedrasının 0.5 ştat vahidi ilə müəllim vəzifəsində işləyir. 4 oktyabr 2024-cü il tarixindən German dilləri ixtisası üzrə Azərbaycan Dillər Universitetinin fəlsəfə doktoru proqramı üzrə qiyabi doktorantıdır, “İngilis dilli bədii mətnlərdə antiteza, kinayə və oksimoronu birləşdirən kontekstual-üslubi xüsusiyyətlər” adlı doktorluq dissertasiyası üzərində işləyir.
Rzayeva R.E. Azərbaycanda bir sıra təkmilləşdirmə kurslarında iştirak edərək sertifikatlar qazanmışdır. Rzayeva R.E. 1 məqalə və 2 tezis müəllifidir.
2025-dən hal-hazıradək müəllim/ Azərbaycan Tibb Universiteti
2022-2025 / müəllim/ Azərbaycan Dövlət Pedaqoji Kolleci
2024-cü ildən hal-hazıradək German dilləri üzrə fəlsəfə doktoru / Azərbaycan Dillər Universiteti
2022-2024 / Dilşünaslıq (ingilis) ixtisası üzrə magistr proqramı Azərbaycan Dillər Universiteti
2018-2022/ Xarici dil (ingilis) müəllimliyi üzrə bakalavr proqramı Azərbaycan Dillər Universiteti
Müasir ingilis dilində məsdərə xas xüsusiyyətlər- Gənc tədqiqatçıların elmi əsərləri, cild 1 №6 , Azərbaycan Dillər Universiteti, Bakı, 2024, səh. 177-180.