Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Aynur Abduləliyeva İngilis dili və ədəbiyyatı üzrə bakalavr, German dilləri üzrə  tərcüməçi ixtisası üzrə magistr təhsili almışdır. O, Azərbaycan Tibb Universitetində həm inzibati, həm də akademik fəaliyyət göstərir.2024-cü ildən ATU-nun Xarici Dillər kafedrasında baş laborant vəzifəsində çalışır. Bu vəzifədə o, kafedranın tədris prosesinin təşkili, elmi-pedaqoji fəaliyyətinin koordinasiyası və akademik işlərin səmərəli şəkildə idarə olunmasına dəstək verir.2023-cü ildən etibarən Aynur Abduləliyeva ATU-nun Beynəlxalq Əlaqələr Şöbəsinin koordinatoru kimi fəaliyyət göstərir. O, Erasmus+, Orhun və digər beynəlxalq mübadilə proqramlarının idarə olunması, xarici ali təhsil müəssisələri ilə beynəlxalq tərəfdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi, tələbə və akademik heyətin beynəlxalq mobillik proseslərinin əlaqələndirilməsinə cavabdehdir. Bununla yanaşı, beynəlxalq müqavilələrin hazırlanması, tərəfdaş universitetlərlə yazışmaların aparılması və xarici qonaqların qəbulu prosesində fəal iştirak edir.Aynur Abduləliyeva universitetdə elektron sənəd dövriyyəsinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin institusional inkişafı və qlobal əməkdaşlıq imkanlarının genişləndirilməsinə yönəlmiş layihələrdə də aktiv rol oynayır. O, liderlik, innovasiya, keyfiyyət təminatı, diplomatiya, layihə və insan resurslarının idarə edilməsi üzrə müxtəlif beynəlxalq təlim və sertifikat proqramlarını uğurla tamamlamışdır.

 

Akademik fəaliyyət

2024-cü ildən ATU-nun Xarici Dillər kafedrasında baş laborant vəzifəsində çalışır. Bu vəzifədə o, kafedranın tədris prosesinin təşkili, elmi-pedaqoji fəaliyyətinin koordinasiyası və akademik işlərin səmərəli şəkildə idarə olunmasına dəstək verir.

Təhsil

İngilis dili və ədəbiyyatı ixtisası üzrə

Bakalavr - İvan Franko adına Jitomir Dövlət Universiteti

German dilləri üzrə  tərcüməçi magistr proqramı

İvan Franko adına Jitomir Dövlət Universiteti

Peşə və pedaqoji inkişaf

1.2023 – Azərbaycan Respublikası Təhsil İnstitutu – Təhsil İdarəçiliyi üzrə Təlim

2.2023 – University of Colorado Boulder – Layihə İdarəçiliyi

3.2022 – Azərbaycan İnsan Resursları İnstitutu – İnsan Resurslarının İdarə Edilməsi

4.2022 – Business Management School – İnsan Resurslarının İdarə Edilməsi

5.2022 – UNEC Davamlı Təhsil Mərkəzi – Biznes və Marketinq Analitikası

6.2021 – Swiss Academy, Ege Universiteti – Təhsil İdarəçiliyi üzrə Təlim

7.2021 – Competent Methodologist Project – Peşəkar Təlim

8.Yale Universiteti – “Connected Leadership”

9.Kopenhagen Biznes Məktəbi – Strateji İdarəetmə

10.Michigan Universiteti – “Uğurlu Danışıqlar: Əsas Strategiyalar və Bacarıqlar”

11.Erasmus Universiteti, Rotterdam – İnovasiya İdarəçiliyi

12.Cenevrə Universiteti – Beynəlxalq Təşkilatlar İdarəçiliyi

13.SDA Bocconi Management Məktəbi, Bocconi Universiteti – Beynəlxalq Liderlik və Təşkilati Davranış

14.London Universiteti – Qlobal Diplomatiya: Müasir Dünyada Diplomatiya

15.Erasmus Universiteti – Ali Təhsil Müəssisələrində Qiymətləndirmə: Müəllimlər üçün Peşəkar İnkişaf

16.Michigan Universiteti – Ali Təhsildə Bərabərlik, Müxtəliflik və Daxiletmə üzrə Liderlik

17.Johns Hopkins Universiteti – İdarəetmənin Prinsipləri

18.Tədris Metodu Təlimi (Application of the Curriculum Teaching Method Training) – Birinci Dərəcə Sertifikat

19.2020 – Hoffman Co. – “Biznes üçün Excel Bacarıqları”

20.ADA Universiteti və Təhsil üzrə Keyfiyyətin Təminatı Agentliyi – Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı