Cəlilova Kəmalə İbrahim qızı Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsini 1989-cı ildə müvəffəqiyyətlə bitirmişdir. 1990-1991-ci illərdə Bakı şəhəri 1 saylı aptekdə internatura keçmişdir. 1991-ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılığın təşkili və iqtisadiyyatı kafedrasına baş laborant vəzifəsinə daxil olmuşdur. 1993-ci ildə Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının assistenti, 2011-ci ildə baş müəllimi, 2015-ci ildə isə dosent vəzifəsinə seçilmişdir və hal hazırda bu vəzifədə çalışır. Kəmalə Cəlilova bakalavr pilləsinin II, III, IV kursda təhsil alan tələbələrə bir neçə fənn üzrə mühazirə və təcrübə dərsləri azərbaycan və rus dillərində tədris edir. Eini zamanda əczaçılıq fakültəsində magistr dərəcəsini alan tələbələrə azərbaycan və rus dillərində dərs aparır. Həmin fənlər üzrə tədris proqramı, silabus, təqvim-mövzu planı, imtahan sualları və testlərin hazırlanmasında iştirak edir. Magistraturanın “Əczaçılığın təşkili” və “Əczaçılıq menecmenti” ixtisasları üzrə buraxılış işlərinin müdafiəsi üzrə Dövlət attestasiya komissiyasının üzvüdür. Magistrantlardan məcburi və seçim fənlər üzrə imtahan qəbul edir. Eyni zamanda Kəmalə Cəlilova Əczaçılıq fakültəsinin həmin ixtisaslar üzrə magistr dərəcəsini alan tələbələrə rəhbərlik edir, işlərinə rəy verir, oponentlik edir. Azərbaycan Tibb Universitetinin Tələbə-Elmi Cəmiyyətinin (TEC) yarışlarında bir neçə dəfə münsiflər heyətinin üzvü seçilmişdir. Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin Elmi Problemlər üzrə Komissiyasının üzvüdür. 2010-cı ildə “Azərbaycan əczaçılıq bazarının fəaliyyətinin öyrənilməsi və kompleks qiymətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş, 15.00.01 (Əczaçılıq texnologiyası, əczaçılıq işinin təşkili) qrifi altında əczaçılıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Yerli və xarici jurnallarda çap olunmuş 48 məqalə və tezis, 1 dərslik, 3 tədris-metodiki vəsaitin, 2 dərs vəsaitinin, 1 metodik tövsiyyə və bir çox tədris proqramının müəllifidir. İşlədiyi müddətdə özünü əməksevər, təşəbbüskar, kreativ bir işçi və diqqətli müəllim kimi tanıtmışdır.
Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası
2015-cı ildən hal hazıradək dosent
Azərbaycan Tibb Universiteti 1984-1989
1. “Çoxseçimli testlərin hazırlanması, tətbiqi və analizi”, Azərbaycan Tibb Universiteti
2.“Pedaqoji peşakarlığin inkişafı”, Azərbaycan Tibb Universiteti
3. Epidemiologiya və biostatistika üzrə təlim”Azərbaycan Tibb Universiteti, AR Səhiyyə Nazirliyi və İSİM
Əczaçılıq işinin təşkili, əczaçılıq sahəsində rəqabətlik, əczaçılıq marketinqi, əczaçılıq yardımı, dərman vasitələrinin istehlak xüsusiyyətləri,
Kitab:
1.L.N. Mansurova, K.İ. Cəlilova, N.S. Zülfüqarova Əczaçılıq yardımı və kommunikasiya. Bakı, 2025 224s. - Dərslik
2.Vəliyeva M.N, Cəlilova K.İ, Zülfüqarova N.S., Mansurova L.N. Əczaçılıq menecmentinin əsasları Bakı, “Təbib”, 2017 204s. - Dərs vəsaiti
Dərs vəsaiti:
1.Vəliyeva M.N, Cəlilova K.İ, Zülfüqarova N.S., Mansurova L.N. Əczaçılıq menecmentinin əsasları Bakı, “Təbib”, 2017 204s. - Dərs vəsaiti
Metodik vəsait:
1.Zülfüqarova N.S., Cəlilova K.İ., Mansurova L.N. Dərman vasitələrinin çeşid strukturunun marketinq analiz metodikasının işlənib hazırlanması Bakı, “Tərəqqi”, 2019 31s. -Metodiki tövsiyyə
2.Cəlilova K.İ, Zülfüqarova N.S., Mansurova L.N., Quliyeva E.A. Əczaçılıq işinin təşkili fənni üzrə mühazirə və təcrübə dərslərinə dair metodiki göstərişlər Bakı, “Tərəqqi”, 2021 47s. - Metodiki vəsait
1.Mansurova L.N., Cəlilova K.İ., Zülfüqarova N.S. Əczaçılıq yardımının keyfiyyətinin təkmilləşdirmə perspektivləri. Azərbaycan təbabətinin müasir nailiyyətləri, 2018, №2 s.61-67
2.Zülfüqarova N.S., Cəilova K.İ., Mansurova L.N. Əczaçılıq bazarının qastroenteroloji dərman vasitələrinin çeşid göstəricilərinin təhlili “Sağlamlıq”, Bakı, 2019, s.168-177
3.Mansurova L.N., Cəlilova K.İ., Zülfüqarova N.S. Antidepressant dərman vasitələrinin istehlak xüsusiyyətlərinin təhlili. “Əczaçılığın müasir problemləri” mövzusunda V-ci Beynəlxalq Elmi Konqress materialları, Bakı, 2021, s.251-253
4.Cəlilova K.İ., Zülfüqarova N.S., Mansurova L.N. Azərbaycan respublikasında icbari tibbi sığorta sisteminin tətbiqində dərman təminatının bəzi aspektləri. “Əczaçılığın müasir problemləri” mövzusunda V-ci Beynəlxalq Elmi Konqress materialları, Bakı, 2021, s.279-282
5.Tahir Suleymanov, Kubra Aliyeva, Emilya Balayeva, Leyla Mansurova, Kamala Jalilova, Sabina Aliyeva. Validation of the method for quantifying naringin in Grapefruit (Citrus Paradisi) extract using high-performance liquid chromatography, Chemistry & Chemical Technology, 2023, Chemistry, Vol. 18, No. 1, pp. 16–22. https://doi.org/10.23939/chcht18.01.016. Category Quartile – Q4 Web of Science - https://wos-journal.info/journalid/8252,
Scopus -https://www.gwcet.ac.in/Department/R%20&%20D%20Cell/Scopus_Indexed_Journals_List_compressed.pdf
6.Cəlilova K.İ., Rəhimli R.R. Azərbaycan əczaçılıq bazarında bioloji fəallığa malik qida əlavələrinin inkişaf dendensiyası. Azərbaycan təbabətinin müasir nailiyyətləri, 2024, №1 s.149-153
Azərbaycan Tibb Universiteti, Əczaçılığın təşkili və Əczaçılıq menecment ixtisasları üzrə magistr (6)