Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Hüseynova Sədaqət 1977-ci  ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1984-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib həkimlik fəaliyyətinə başlamışdır. 1986-1988-ci illərdə Respublika eşitmənin, nitqin və səsin patologiyası mərkəzində həkim-psixoterapevt işləmişdir. 1988-1991-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutuna əyani aspiranturada oxumuşdur.

1991-ci ildə namizədlik dissertasiyasını  (14.00.13 – sinir xəstəlikləri, 14.00.51 – tibbi bərpa, idman təbabəi, müalicə bədən tərbiyəsi, kurortologiya və   fizioterapiya ixtisasları üzrə) Moskva şəhərində Ümumittifaq Tibbi Reabilitasiya və Fiziki Terapiya Elmi Mərkəzində müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildən Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun nevrologiya şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır və 1994-cü ildə attestasiya nəticəsinə əsasən böyük elmi işçi vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə  (14.00.13 – sinir xəstəlikləri, 14.00.51 – tibbi bərpa, idman təbabəi, müalicə bədən tərbiyəsi, kurortologiya və   fizioterapiya ixtisasları üzrə) mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır.

2007-ci ildən ET TBİ-da Kliniki-Neyrofizioloji laboratoriya təşkil etmiş və 2022-ci ilə qədər ona rəhbərlik etmişdir. 2014-cü ildə Azərbaycan Respublikası AAK tərəfindən professor adı  almışdır. 2021- 2023 Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda  direktorun elmi işlər üzrə müavini, 2023-2024 Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun  baş direktoru vəzifəsində çalışmışdır. 2018-ci ildən hazırkı dövrə qədər  ATU Fizioterapiya və Tibbi Reabilitasiya kafedrasında professor vəzifəsində çalışır.

240-dan çox dərc olunmuş elmi əsərin, o cümlədən 6 ixtira və səmərələşdirici təklifin müəllifidir.

Hüseynova S.Q. tibb yönümlü iki ictimai birliyin təsisçisi və sədridir:

1. “Sağlam Həyat Naminə” İctimai Birlik

2. “Azərbaycan Miqren Mütəxəssisləri” İctimai Birliyi

 Elmi fəaliyyətlə yanaşı yüksək ixtisaslı həkim kimi respublika əhalisinə geniş tibbi xidmət göstərir. Həmçinin yüksək ixtisaslı gənc kadrların hazır-lanmasında yaxından iştirak edir, 6 müdafiə olunmuş namizədlik dissertasiyasının yerinə yetirilməsində elmi rəhbər olmuş, 2 dissertasiya işi isə hazırda müdafiəyəyə hazırlanır. Müxtəlif ictimai  tədbirlərin təşkilatçısı və iştirakçısı olmuş, nevrologiya, neyroreabilitasiya və neyrofiziologiya üzrə çoxsaylı beynəlxalq və dünya konqresslərində məruzəçi və təşkilatçı kimi iştitak etmişdir.

Akademik fəaliyyət

1988-1991 - Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu - Aspirant (Sinir xəstəlikləri şöbəsi)

1991 - Ümumittifaq Tibbi Reabilitasiya və Fiziki Terapiya Elmi Mərkəzində (Moskva), t.e.n. alimlik dərəcəsi almaq üçün  “Decimetr diapazonlu elektromaqnit  sahəsinin və qətransızlaşdırılmış naftalanın bazu-kürək periartrozun müalicəsində tətbiqi” mövzusunda  dissertasiyanın müdafiəsi  (14.00.13 – sinir xəstəlikləri, 14.00.51 – tibbi bərpa, idman təbabəi, müalicə bədən tərbiyəsi, kurortologiya vəfizioterapiya)

1991-1994 - Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, nevrologiya şöbəsi, tibb elmləri namizədi, kiçik elmi işçi

1994-1999 - Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, nevrologiya şöbəsi, tibb elmləri namizədi, böyük  elmi işçi

2004  -  “Periferik sinir sisteminin odlu silah yaralanması olan xəstələrin bərpa müalicəsində fiziki faktorların (impulslu cərəyanlar və naftalanoterapiya) tətbiqi” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi (Qarabağ müharibəsinin materialları əsasında) (14.00.13 – sinir xəstəlikləri, 14.00.51 – tibbi bərpa, idman təbabəi, müalicə bədən tərbiyəsi, kurortologiya və  fizioterapiya)

1999-2007 -  Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, nevrologiya şöbəsi, tibb elmləri doktoru, aparıcı  elmi işçi

2007-ci ildən - Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-Neyrofizioloji Laboratotiya , rəhbər

2021-2023 - Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, direktorun elmi işlər üzrə müavini

2023-2024 - Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, baş direktor

2018-ci ildən - ATU Fizioterapiya və Tibbi Reabilitasiya kafedrası, professor

Nailiyyətlər (adlar)

“TƏRƏQQİ” medalı – 2017-ci il

Elmi araşdırma sahəsi

Nevrologiya, neyroreabilitasiya, elektromioqrafiya, fizioterapiya, baş ağrıları, insult, periferik sinir sistemi xəstəlikləri

Kitab

S.Q.Hüseynova  Kliniki elektromioqrafiyaya giriş. Bakı 2024.  163 səh

Fəsil

1. Elektromioqrafiya. Nevrologiya. Şirəliyeva R.K., Məmmədbəyli A.K., Əliyev R.R., S. 413-448

2. Törədilmiş potensiallar. Nevrologiya. Şirəliyeva R.K., Məmmədbəyli A.K., Əliyev R.R., S.448-450

Məqalə

1. S.G.Huseynova, E.E.Mustafayeva Effect of nucleo cmp forte on sensor disorders in patients with carpal tunnel syndrome// The15th World Congress on Controversies on Neurology, September 23-26, 2021, virtual.

DOİ

2. Hüseynova S.Q., Kərimova R.Z. Damar mənşəli demensiya psixotik pozuntularla diaqnozu ilə müalicə alan xəstələrdə komorbid xəstəliklər// Əməkdar elm xadimi, professdor Tamerlan Əziz oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2021” mövzusunda beynəlxalq elmi-praktik konqresin materialları, 6-8 oktyabr 2021, Bakı, Azərbaycan, S. 159-160

3. Гусейнова С.Г. и др. Новые подходы к реабилитации больных с нейропатией лицевого нерва// Azərbaycan Respublikasında “Şuşa İli”nə həsr olunmuş “Təbabətin aktual problemləri-2022” mövzusunda elmi-praktiki konfransın materialları, 24-25 may 2022, Bakı, Azərbaycan, Bakı, Azərbaycan.- Bakı,2022. – S.214.

4. Ахундов П.Я., Гусейнова С.Г. Клиническое значение электрофизиологических показателей в лечении больных дискогенной радикулопатией физическими факторами// Х Всероссийская конференция с международным участием в очном формате «Клиническая нейрофизиология и нейрореабилитация», 12.10.2022 - 14.10.2022,  Санкт-Петербург. – С.17-18.

5. Huseynova S.G., Mustafayeva E.E. Use of the Boston Questionnaire to assess the effectiveness of treatment of patients suffering from carpal tunnel syndrome// The16th World Congress on Controversies on Neurology, March 24-27, 2022, virtual.

DOİ

6. Гусейнова С.Г., Мустафаева Э.Э. Значение метода пошагового исследования при лечении и реабилитации больных с карпальным туннельным     синдромом// Х Всероссийская конференция с международным участием в очном формате «Клиническая нейрофизиология и нейрореабилитация», 12.10.2022 - 14.10.2022,  Санкт-Петербург.- С.21-22

7. Şirəliyeva R., Məmmədbəyli A.,Əliyev R., Hüseynova S. Dağınıq sklerozun diaqnostika və müalicəsi üşün klinik protokol  (2-ci  nəşr yenilənmiş)// Bakı, 2022. – 59 səh.

8. Hüseynova S.,Axundov P.Y.,Qaziyeva S. Bel nahiyyəsində kəskin ağrıların diaqnostikası və müalicəsi üzrə klinik protokol// Bakı, 2022. – 43 səh.

9. Kərimov A.X.,Hüseynova S.Q.,Abbasova İ.B. Xronik ağrı sindromu üzrə  klinik protoko(2-ci nəşr, yeniləşdirilmiş)// Bakı, 2022. -44 səh.

10. Hüseynova S.Q. Fiziki üsulların periferik sinir sistemi xəstəliklərinin müalicə və reabilitasiyasında tətbiqi (Metodiki təlimat)// Bakı, 2022. – 50 səh.

11. Huseynova S.G., Mustafayeva E.E. Rehabilitation of patients with gunshot injuries of the peripheral nerves of the lower extremities// The 17th World Congress on Controversies on Neurology, March 23-26, 2023, Dubrovnik, Croatia

12. Huseynova S.G. et all. Nucleo CMP forte for the treatment and rehabilitation of patients with carpal tunnel syndrome// Open Journal of Orthopedics and Rheumatology //2023, 8(1):001-007.DOI:https://dx.doi.org/10.17352/ojor.000046

13. Hüseynova S.Q. və həmmüəl. Üz sinirinin neyropatiyası olan xəstələrin reabilitasiyasında neyromidinlə mezoakupunkturanın tətbiqi//“Fizioterapiya və tibbi reabilitasiyanın inkişaf perspektivləri” elmi-praktik konfrans materilları, 26 aprel 2024-c2 il, ATU, Tədris Terapevtik Klinika, Bakı, S.50-52

14. Гусейнова С.Г., Мустафаева Э.Э., Мехтиев П.С. Нафталанотерапия в реабилитации больных с синдромом запястного канала//“Fizioterapiya və tibbi reabilitasiyanın inkişaf perspektivləri” elmi-praktik konfrans materilları, 26 aprel 2024-cü il, ATU, Tədris Terapevtik Klinika, Bakı, S.59-60

15. Huseynova S.G., Mustafayeva E.E. Naphthalan therapy in the rehabilitation of patients with gunshot injuries of peripheral nerves// The 18th World Congress on Controversies on Neurology, March 21-23, 2023, London, Great Britain

16. Şirəliyeva R. K.Hüseynova S. Q.Yusifova B. İşemik insultun tibbi reabilitasiyası üzrə klinik protokol. - Bakı, 2024

17. Hüseynova S.Q. və həmmüəl. Qarabağ və şərqi Zəngəzur ərazilərinin mineral suları// Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsrm olunmuş elmi-praktik konfransın məcmuəsi, Bakı – 2024, S.433-437

18. Hüseynova S.Q. Kliniki elektromioqrafiyaya giriş// Tədris-metodik vəsait.-Bakı, 2024

19. Şirəliyeva R. K.Hüseynova S. Q.Yusifova B. İşemik insultun diaqnostikası və müalicəsi üzrə klinik protocol (2-ci nəşr, yenilənmiş). Bakı, 2024

20. Şirəliyeva R. K.Hüseynova S. Q.Yusifova B. İşemik insultun  tibbi reabilitasiyası üzrə klinik protokol, 2024