Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Əliyev Natiq Avıl oğlu  1982-ci ildə Azərbayvan Dövlət Tibb İnstitutun Əczaçılıq fakültəsinə daxil olmuşdur. 1987-ci ildə həmin institutu provizor-texnoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 2001-2004-cü illərdə Azərbaycan Korporasiya Universitetində  gömrük işinin təşkili ixtisası üzrə təhsil almışdır.

Əliyev Natiq Avıl oğlu 2000-2004-cü illərdə ATU-nun Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının  dissertantı olmuş,   2004-cü ildə “Azərbaycan Respublikasında dopinq nəzarətin təşkilinin və bitki mənşəli bəzi qeyri-dopinq vasitələrinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası işini   müdafiə etmiş (elmi rəhbər: professor M.N.Vəliyeva)  və 15.03.2005-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən  əczaçılıq üzrə fəlsəfə doktoru  elmi dərəcəsnə layiq görülmüşdür. 2024-cü ildən  ATU-nun Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında dosent vəzifəsində elmi və pedaqoji  fəaliyyət göstərir.

O, 1987-1991-ci illərdə Sumqayıt Səhiyyə idarəsində provizor, 1991-1992-ci illərdə Sovet Ordusunda  xidmətdə aptek rəisi, 1992-1995-ci illərdə  Naxçıvan Hərbi Hospitalında rəis, 1995-1996-cı illərdə Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsində baş zabit,  MN-nin Mərdəkan Hərbi İstirahət evində rəis, 1996-1998-ci illərdə Hərbi Dəniz Qüvvələri Hospitalın rəisi, 1998-1999-cu illərdə MN Baş Klinik Hospitalın rəisi, 1999-2012-ci illərdə MN Mərkəzi Ordu İdman Klubunun rəisi, 2012-2020-ci ildə MN Tibb Baş İdarəsinin rəisi, 2021-2023-cü illərdə Sumqayıt Olimpiya İdman Kompleksinin rəisi vəzifəsində çalışmışdır. 

      Natiq Əliyevin  əczaçı kadrların yüksək səviyyədə  hazırlanmasında  böyük xidmətləri olub. O, namizədlik dissertasiya işini yerinə yetirən  alimlərə opponent olmuş,   kafedrada bakalavr və magistrantlar  üçün hazırlanan dərslik,  dərs vəsaitləri, metodik tövsiyələr və  tədris proqramlarına rəy vermişdir. Fakültə və universitetin bir çox tədbirlərində fəxri qonaq kimi iştirak etmiş, dərin mənalı çıxıları ilə  tələbələrə mənəvi dəstək olmuşdur.

Bildiyi dillər: rus və ingilis dilində sərbəst oxuyub danışır.

Bildiyi kompyuter proqramları: Mocrosoft Word, Power Point 2010, İnternet.

Çap olunmuş elmi işlərin sayı: 24  elmi işin müəllifidir. Bunlardan 3 patent, 1 metodik tövsiyə, 1 dərslik, 21 məqalə və tezisdir.

Akademik fəaliyyət

Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası / 2024-cü ildən hal-hazıradək dosent

Təhsili

Əczaçılıq fakültəsi Azərbaycan Tibb Universiteti *1982-1987

 

Nailiyyətlər (adlar)

2003-2018-ci illərdə Azərbaycan Respublikası  Müdafiə Nazirliyi tərəfindən  bir sıra medallarla    (“Əliağa Şıxlinski” yubley medalı,  “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  10 illiyi (1991-2001)” yubley medalı,    “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi(1918-2008)” yübley medalı,  “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubley medalı,  “Azərbaycan Ordusunun  100 illiyi (1918-2018) yubley medalı,  “Hərbi xidmətdə fərqləndiyinə görə” 2-ci dərəcəli medal, “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəli medal”,  “Qüsursuz xidmətinə görə” 3-cü dərəcəli medal,  Hərbi xidmətdə fərqləndiyinə görə”1-ci dərəcəli medal, “Qüsursuz xidmətinə görə ” 2-ci  dərəcəli medal,  “Qüsursuz xidmətinə görə ” 1-ci  dərəcəli medal,  “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı) təltif olunmuşdur.

Patentlər

1. Противоожоговое средство на основе растительного сырья. Евразийский Патент №201800336/26 от 11.06.2018

2. Средство для отвыкания от курения. Евразийский Патент №201800336/26 от 11.06.2018

3. Способ лечения хронического алкоголизма. Заявка Евразийский Патент №20180049 от 29.11.2018  

 

1.”Hərbi xidmətə görə” medalı

2.Azərbaycan Respublikasının “Vətən uğrunda” medalı

3.Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi  və idman xadimi” fəxri adı

4.”Tərəqqi” medalı

5.”Vətənə xidmətə görə” 3-cü dərəcəli Orden

6.”Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adı

7.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yübley medalı

8.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı

9.”Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yübley medalı

10.”Qanunsuz  xidmətə görə” 2-ci dərəcəli medalı

11.Hərbi xidmətdə fərqlənməyə göə” 3-cü dərəcəli medal

12.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  95 illiyi (1918-2013) yübley medalı

13.Qüsursuz xidmətə görə 1-ci dərəcəli medalı

14. Hərbi xidmətdə fərqlənməyə görə  2-ci dərəcəli medal

15. “Azərbaycan Respublikası  Silahlı Qüvvələrini Veteranı”   medalı

16.”Hərbi xidmətdə  fərqlənməyə görə ” 1-ci dərəcəli medalı

17.Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018) yübley medalı

18.”Azərbaycan  Sərhəd  Mühafizəsinin  100 illiyi (1919-2019)” yübley medalı

19. 1-ci və 2-ci dərəcəli “Grand Officer” medalları

20.”Azərbaycan Respublikasında doping nəzarətinin təşkilinin öyrənilməsi  elmi əsərinin müəllifidir”

21.”Bitki mənşəli  dərman vasitəsiləri” kitabının müəllifidir.

Kitab

1. Алиев H.A., Велиева М.Н., Велиев П.М. Лекарственные растительные средства применяемые в спортивной медицине. Mонография. Баку, 2004 460 с.

Metodik vəsait:

2. Əliyev Natiq A . Azərbaycanda anti-dopinq mübarizəsinin tədbiqi qaydaları. Metodiki göstəriş. Bakı. 2003, 42 s.

3.Əliyev N.A., Vəliyev P.M. Azərbaycan Respublikasının Milli Anti-dopinq proqramı. Metodiki təklif. Bakı, 2003, 58 s

Məqalə

Development of tecnology for obtaining phytopreparation from kiwi fruits. Biomedical  Journal of  Scientific and Technical Research, USA, 2024

Scientific rationale for choosing an alternative herbal composition for the treatment of Helicobacter pylori infection. Biomedical  Journal of  Scientific and Technical Research, USA, 2024

Üzv olduğum qurum

1. Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

2. Universal Döyüş üzrə Avropa Federasiyasının prezidenti

3. Gənclər və idman Nazirliyinin Antidopinq Komitəsinin üzvü

4. Beynəlxalq Hərbi tibbi Komitəsində Azərbaycan Nümayəndə heyətinin rəhbəri

5. Vətən müharibəsi iştirakçısı

Magistr

Həsənəlizadə Emin Salman oğlu “Trixologiyada iltihab əleyhinə fitolinimentin  texnologiyasının  işlənib hazırlanması”