
Məmmədova Əfsanə Elman qızı Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti, əczaçılıq üzrə fəlsəfə doktorudur. Onun elmi və pedaqoji fəaliyyəti əczaçılıq texnologiyası, dərman formalarının texnologiyası, fitoterapiya və əczaçılıq kosmetologiyası sahələrini əhatə edir.
Əfsanə Məmmədova Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur (1993–1998). Daha sonra Dərman formalarının texnologiyası kafedrasında magistratura təhsilini də fərqlənmə diplomu ilə tamamlamışdır (1998–2000).
Elmi fəaliyyətini davam etdirərək “Qlisirrizin turşusu əsasında bəzi müalicəvi-kosmetoloji vasitələrin alınma texnologiyasının işlənib hazırlanması və keyfiyyət normalarının təyini” mövzusunda dissertasiya işini müdafiə etmiş və əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir (2016, Azərbaycan Tibb Universiteti).
Əmək fəaliyyətinə 1998-ci ildə baş laborant kimi başlamış, daha sonra assistent, baş müəllim və dosent vəzifələrində çalışaraq ardıcıl akademik inkişaf yolu keçmişdir. Hazırda Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında dosent kimi fəaliyyət göstərir.
2020-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Rezidentura və Magistratura şöbəsində müdir müavini vəzifəsində çalışır və magistratura və rezidentura təhsilinin təşkili, idarə olunması və keyfiyyətinin artırılması istiqamətində fəaliyyət göstərir.
Əfsanə Məmmədova 40-dan çox elmi məqalə və tezisin, həmçinin 1 Avrasiya patentinin müəllifidir. Elmi tədqiqatları əczaçılıq texnologiyası, fitopreparatların standartlaşdırılması, spektrofotometrik analiz və validasiya üsullarını əhatə edir.
Beynəlxalq akademik əməkdaşlıq çərçivəsində Erasmus+ Teaching Staff Mobility proqramı ilə Türkiyə Respublikasının Anadolu Universitetində, həmçinin Orhun+ Teaching Staff Mobility proqramı çərçivəsində Türkiyə Respublikasının Atatürk Universitetində beynəlxalq akademik proqramlarda iştirak etmişdir. Beynəlxalq təcrübənin tədris və elmi fəaliyyətə inteqrasiyasına xüsusi önəm verir.
Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası
2000-ci ildən hal-hazıradək
baş laborant
assistent
baş müəllim
dosent
Əczaçılıq fakültəsi
Azərbaycan Tibb
Universiteti *1993-1998
Azərbaycan Tibb Universitetinin yaradılmasının 95, Azərbaycanda Ali Əczaçılıq təhsilinin 85 illik yubileylərinə həsr edilmiş “Əczaçılığın Müasir Problemləri” möbzusunda VI Beynəlxalq Elmi Konqresdə əzmkar və səmərəli fəaliyyətinə görə Fəxri Fərman * 20 – 21 noyabr * 2025 * Baki
Farmakonəzarət üzrə Beynəlxalq təlimdə səmərəli fəaliyyətinə görə təşəkkürnamə * 2023
Евразийский Патент 201300491 Лечебно-косметический эмульсионный крем. Бюллетень Евразийского Патентного Ведомства. 2014, №9, с.26-26 (соавтор: Велиева М.Н.). October 2022. Patent: 2014, №9
“Farmakonəzarət” üzrə təlim , Azərvaycan - Çexiya 2023
“Effektiv kurrikulumun/sillabusun yaradılması” üzrə təlim
United States Department of State – English Language program tərəfindən təşkil olunub 2023
Çoxseçimli testlərin hazırlanması, tətbiqi və analizi.ATU, Tibb və sağlamlıq elmləri təhsili kafedrası 2023
Erasmus Programme Türkiyə, Anadolu Universiteti (Teaching mobility) 2023
Orhun Programme, Türkiyə, Atatürk Universiteti (Teaching mobility) 2024
Əczaçılıq texnologiyası, təbii mənşəli müasir dərman formalarının işlənib hazırlanma texnologiyası, bioəczaçılıq tədqiqatları, biofarmasiya, fitopreparatların texnologiyası, əczaçılıq kosmetologiyası, fitoterapiya, aromaterapiya, nurtisevtika
Əczaçılıq texnologiyası I-IV fənni üzrə metodiki göstərişlər. Azərbaycan Tibb Universitetinin mətbəəsi, 2022, 140 səh.
Magistr.
Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası ixtisası üzrə magistr Sintetik polimer daşıyıcılar əsasında kosmetik vasitələrin texnologiyasının işlənib hazırlanması * Məmmədova Züleyxa Çələbi qızı
2022-2024
Разработка технологии получения сухого экстракта противокашлевого действия на основе фитокомпозиции * Багиров Азер Эмин оглу * 2024-2026
Fitokompozisiya əsasında sızanaq əleyhinə cövhərin tərkibinin və alınma texnologiyasının işlənib hazırlanması * Əsgərova Gülsüm Tahir qızı * 2022-2024
Fitokompozisiya əsasında ağız qarqarasının texnologiyasının işlənib hazırlanması * Jalılovı Kanan Vidadi oğlu * 2025-2027
Təbii matris əsasında çeynənilən tabletlərin texnologiyasının işlənib hazırlanması * İbrahimli Nərmin Anar qızı * 2025-2027
Tüksüz biyan və acı yovşanın qatı ekstraktları əsasında fitogelin texnologiyasının işlənib hazırlanması * İsmayılova Ülkər Arif qızı* 2025-2027