
Hüseynova Aynurə Bahadur qızı 1999-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinin bakalavr, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdək sonra 2002-2007 illərdə “Anar-optik” şirkətində müdir vəzifəsində işləyib. 2007-ci ildən Azərbaycan Tibb Universitetinin “Dərman formalarının texnologiyası və iqtisadiyyatının təşkili” kafedrasında baş laborant vəzifəsinə qəbul olunmuş, 2010-cu ildən həmin kafedrada assistent, 2024-cü ildən baş müəllim vəzifəsində işləyir.
2013-cı ildə 3400.01 - «Dərmanların alınma texnologiyası, əczaçılıq işinin təşkili» qrifi üzrə «Azərbaycan Respublikasında optik xidmət və əmtəə bazarlarının marketinq tədqiqatları» mövzusunda elmi işini müdafiə edib. 2014-cü ildə əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Hüseynova Aynurə bakalavr pilləsinin I, II, III, IV kursunda təhsil alan tələbələrə bir neçə fənn üzrə azərbaycan və ingilis dillərində təcrübə dərslərini tədris edir. Eyni zamanda əczaçılıq fakültəsində magistr proqramı üzrə təhsil alan tələbələrə azərbaycan dilində dərs deyir. Həmin fənlər üzrə tədris proqramı, silabus, təqvim-mövzu planı, imtahan sualları və testlərin hazırlanmasında iştirak edir.
Hüseynova Aynurə magistraturanın “Əczaçılığının təşkili” və “Əczaçılıq menecmenti” ixtisasları üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvüdür. Həmçinin 2023-24-cü illərdə magistratura üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasında katib kimi fəaliyyət göstərib. Həmçinin həmin ixtisaslar üzrə magistrlərə rəhbərlik edir, işlərinə rəy verir.
Hüseynova A. eyni zamanda Əczaçılıq və Kimya üzrə problem komissiyanın katibidir.
Hal-hazıra qədər 53 çap olunmuş məqalə və tezisin, “Optika. Optik vasitələr” və ingilis dilində “History of pharmacy” adlı dərs vəsaitlərinin həmmüəllifidir.
Hal-hazırda əczaçılığın idarəolunması və tarixi istiqamətlərində işlərini davam etdirir.
Hüseynova A.B universitetin müəllim və tələbə kollektivi arasında özünə lazımi nüfuz qazanmışdır. Fakültənin ictimai həyatında fəal iştirak edir.
Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası
2007-ci ildə baş laborant / 2010-ci ildə assistant / 2024-cü ildən hal hazıradək baş müəllim
Əczaçılıq fakültəsi Azərbaycan Tibb Universiteti 1994- 1999 bakalavr / 1999-2022 magistr
“Təhsilin əsasları” fənni bazasında hazırlanmış müasir pedaqogika və psixologiya ilə bağlı təlim kursu, Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutu
“Çoxseçimli testlərin hazırlanması, tətbiqi və analizi”, Azərbaycan Tibb Universiteti
“Pedaqoli peşakarlığin inkişafı”, Azərbaycan Tibb Universiteti
Əczaçılıq işinin təşkili, əczaçılıq marketinqi, əczaçılıq yardımı, tibb hüququ, optik vasitələrin marketinq tədqiqatları.
Dərs vəsaiti:
1. “Optika. Optik vasitələr” dərs vəsaiti Bakı-2010
2. History of pharmacy” dərs vəsaiti, Baku- 2023
1.“Medical worldwide in the creation of famous poets and thinkers of ancient Azerbaijan Bandaliyeva A .,Huseynova A.,Aslanov M., “The scientific heritage” 2023. DOİ 105281/zenodo.10077584
2. “Nasıreddın Tusı was a medıeval Azerbaıjanı doctor and scıentıst.” Bandaliyeva A., ,Huseynova A., Aslanov M.,Slovak international scientific journal. 2023 DOİ 105281/zenodo.10100135
3. “The role of bioetics in education and practice of medicine and pharmacy” Bandaliyeva A.,Huseynova A.,Aslanov M., Annali d Italia. Scientific journal of Italy 2022 ISSN 3572 2436.
4. “Study of some factors affecting the therapeutic efficacy of drug forms” Bandaliyeva A, Huseynova A., Aslanov M., Mammadli A. The Scientifik Heritage 2025 DOİ: 10.5281/zenodo. 1484076
5. “The importance of corporate social responsibility concept in business development.” Huseynova A., İsmayılov U. The Scienticik Heritage. 2024 DOİ: 10.528/zenodo. 11044724
6. “Famous doctors of the ancient east and Azerbaijan” Bandaliyeva A.,Huseynova A.,Aslanov M., Polish journal of science. 2023 DOİ: 10.5281 /zenodo. 10132570
7. Изучение влияния лекарственной формы как фармацевтического фактора на терапевтическую эффективность лекарственных препаратов. Бандалиева.А.А., Муслумзаде С.А., Асланов М.Г., Гусейнова А.Б. Znanstvena misel 2025.
“Yeni Azərbaycan” partiyasının üzvü.
“AQSİA” Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü.
“Qadınların İnkişafı və Maarifləndirilməsinə Dəstək” ictimai birliyində idarə heyətinin üzvü.
“İnjuria” hüquq platformasında idarə heyəti üzvü.
Əczaçılıq sektorunda korporativ sosial məsuliyyətin formalaşması və inkişaf perspektivlərinin öyrənilməsi.