
1. Исследование уровня мочевой кислоты у женщин с сахарным диабетом 2 типа и метаболическим синдромом. Sağlamlıq jurnalı, Bakı 2021
2. Уровень мочевой кислоты и степень её выраженности у мужчин страдающих сд 2 типа в сочетании с общепринятыми признаками метаболического синдрома. Sağlamlıq jurnalı, Bakı 2021
3. Изучение показателей уровня мочевой кислоты у больных с сахарным диабетом типа 2 и метаболическим синдромом. Azərbaycan təbabətinin müasir nailiyyətləri, Bakı 2021
4. Показатели уровня гомоцистеина у практически здоровых людей в Азербайджанской популяции. Azərbaycan təbabətinin müasir nailiyyətləri, Bakı 2021
5. Взаимосвязь между показателями липидного обмена и эндотелиальной дисфункцией на начальных стадиях хронической болезни. Медицинские новости 2022
6. Böyrəklərin xronik xəstəliyinin müxtəlif mərhələlərində damar endotelinin funksiyasinin qeyri-invaziv metodla qiymətləndirilməsi. Azərbaycan Tibb Jurnalı, Bakı 2022
7. Еффективность кардиореабилитации и ее влияние на липидной профиль у пациентов с ишемической болезнью сердца. Кардиология 2023 (Cardiology in Belarus)
8. Влияние кардиореабилитации на функцию почек у пациентов с хронической болезнью почек. Медицинские новости 2023
9. Ürəyin işemik xəstəliyi zamanı tətbiq edilən kardioreabilitasiya tədbirlərinin endotelin funksiyasına təsiri. Azərbaycan Tibb jurnalı 2023
10. Индекс нефронов: Новый подход к раннему выявлению эндотелиальной дисфункции у пациентов с хронической болезью почек. Кардиология 2025 (Cardiology in Belarus)
Təranə Musayeva 1992-1998-ci illərdə ATU-nun II Müalicə-profilaktika fakültəsində təhsil almış və Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998-1999-cu illərdə kardiologiya ixtisası üzrə internatura keçmişdir. 1999-2005-ci illər arası dövrdə Azərbaycan Müəllimlər İnstitutunun Maarif sanatoriya-profilaktoriyasında həkim-kardioloq, həmçinin həmin institutun «Kimya-biologiya» və «Mülkü-müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi» kafedralarında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 2005-2008-ci illər arası dövrdə Azərbaycan Tibb Universitetinin «I Daxili xəstəliklərin propedevtikası» kafedrasında baş laborant vəzifəsində, 2008-2022-ci illər arası dövrlərdə «I Daxili xəstəliklərin propedevtikası» və «Terapevtik və pediatrik propedevtika» kafedralarında assistent vəzifəsində çalışmışdır.
2022-2023-cü illərdə «Fizioterapiya və tibbi reabilitasiya» kafedrasında assistent, 2023-cü ildən hazırki dövrə qədər həmin kafedrada dosent vəzifəsində çalışır. 2013-cü ildən hazırki dövrə qədər ATU-nun Tədris Terapevtik Klinikasında Konsultativ Diaqnostik Poliklinikanın müdiridir.
2016-cı ildə “tibb üzrə fəlsəfə doktoru” alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmiş, 2017-ci ildə “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsini qazanmışdır.
40-a yaxın elmi işi çap olunub (xarici və yerli jurnallarda). 6 dərsliyin redaktorudur. Dəfələrlə Respublika və Beynəlxalq statuslu konfranslarda məruzəçi kimi iştirak etmişdir. İşlədiyi müddət ərzində dəfələrlə fəxri fərmanlarla təltif olunub.
1999-2005 - Azərbaycan Müəllimlər İnstitutu - müəllim, baş müəllim;
2005-2008 - Azərbaycan Tibb Universiteti - «I Daxili xəstəliklərin propedevtikası» kafedrası - baş laborant:
2008-2022 - «I Daxili xəstəliklərin propedevtikası» və «Terapevtik və pediatrik propedevtika» kafedraları - assistent;
2022-2023 - «Fizioterapiya və tibbi reabilitasiya» kafedrası - assistent,
2023- hazırki dövrə qədər - «Fizioterapiya və tibbi reabilitasiya» kafedrası - dosent
1992-1998 - ATU-nun II Müalicə-profilaktika fakültəsi (fərqlənmə diplomu ilə bitirmişdir)
1998-1999 - kardiologiya ixtisası üzrə internatura
EAPC Cardiovascular Prevention and rehabilitation Course- Avropa Kardioloqlar Cəmiyyəti tərəfindən təşkil olunmuş təlim, 4-5 may, 2024 Bakı
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Arterial hipertenziya. Aortanın xəstəlikləri. Aritmologiya” mövzusunda ixtisasartırma kursu. Bakı 2025
Metabolik sindromlu şəkərli diabet tip 2 xəstələrdə hiperurikemiya və onun korreksiyası