
Cəlilov Vaqif 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin “Tibbi profilaktika” fakultəsini bitirmişdir. 2004-2007-ci illərdə ayrı-ayrı özəl klinikalarda və Respublika QİÇS-lə Mübarizə Mərkəzində tibb qardaşı kimi çalışmışdır. 2008-2010-cu illərdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində həkim kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Tibbi biostatistika və Epidemiologiya kafedrasında baş laborant işləmişdir. 2013-cü ildən Azərbaycan Güləş Federasiyasında gənclərdən ibarət milli komandada həkim kimi çalışır. 2017-18-ci illərdə İdman Tibbi və Reabilitasiyası üzrə magistratura təhsili almış, 2018-ci ildə University College of London-da (UCL), Institute of Sport Exercise and Health-də magistratura təhsili çərçivəsində dövlət hesabına “İdman reabilitasiyası” üzrə 1 aylıq kursda olmuşdur. 2019-2022-ci illərdə ATU-nun Tibbi biostatistika və epidemiologiya kafedrasında dissertanturaya daxil olaraq tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hal-hazırda Azərbaycan Tibb Universitetinin Fizioterapiya və tibbi reabilitasiya kafedrasında assistent və İctimai Səhiyyə fakultəsində “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə koordinator vəzifəsində çalışır
2018-2022 - Azərbaycan Tibb Universiteti Epidemiologiya və biostatistika kafedrası - assistent
2015-2016 - UNEC – Tibbi menecement ixtisası - saat hesabı müəllim
2020-2022 - İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı - saat hesabı müəllim (Sübutolunmuş təbabət) – saat hesabı müəllim
2019-2022 - ADBTİA-nın İdman tibbi və reabilitasiyası fakultəsi – saat hesabı müəllim
2023-2025 - ATU Fizioterapiya və tibbi reabilitasiya kafedrası - saat hesabı müəllim
2001-2007 - Azərbaycan Tibb Universitetinin “Tibbi profilaktika” fakultəsi
2017-18 - İdman Tibbi və Reabilitasiyası üzrə magistratura təhsili
2018 - University College of London-da (UCL), Institute of Sport Exercise and Health-də magistratura təhsili çərçivəsində dövlət hesabına “İdman reabilitasiyası” üzrə 1 aylıq kurs
2019-2022 - ATU-nun Tibbi biostatistika və epidemiologiya kafedrasında dissertantura
2024 - Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Uşaq və yeniyetmələrin xəstəliklərinin tibbi reabilitasiyası. Cərrahi profilli xəstələrin fizioterapiyası və tibbi reabilitasiyası” mövzusunda ixtisaslaşma kursu
İdman tibbi və reabilitasiyası - Magistratura dissertasiyası (idman reabilitasiyası) - A review of back pain among the national azerbaijan wrestling squad in 2018-2019. A cohort control trial of normal physical therapy and normal physical therapy plus diclofenac in low back muscles spasm”
Epidemiologiya - Doktorantura dissertasiyası - Müasir dövrdə Azərbaycan Respublikasi ərazisində leyşmanioz ocaqlarinda epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi
1. Vagif Jalilov “Epidemiological features of the back pain among azerbaijan national wrestling team squad in 2018-2019” // RS Global International Scientific and Practical Conference//. Warsaw, Poland, February. p.17-18 2020 N22 p-ISBN 978-83-956628-3-6 RS Global Academia.edu Google scholar
2. Cəlilov V.Ç., Aslanov Q.A. Musayev A.H. “2022 -2023 cü illərdə idmançılar arasında bel ağrısının monitorinqi” / Fizioterapiya və tibbi reabilitasiyanın inkişaf perspektivləri // Elmi-praktik konfransın materialları. Baki 2024. N1
3. Cəlilov V.Ç., Qəniyeva Q.S., Hacıyeva Q.M. İdman zədələnmələrinin reabilitasiyası dövründə sümük sağlamlığı və qidalanma / /“Fizioterapiya və tibbi reabilitasiyanın inkişaf perspektivləri” Elmi-praktik konfransın materialları. Baki 2024. N1
4. Cəlilov V.Ç., Mehdiyev P.S., Vahabov E.M., Əhmədova N.M., Əliyeva Z.Q. Aşağı ətraf amputasiyalarında reabilitasiya proqramının hədəfləri // “FFizioterapiya və tibbi reabilitasiyanın inkişaf perspektivləri” Elmi-praktik konfransın materialları. Baki 2024. N1
5. Cəlilov V.Ç., Səfərova P.F., Əhmədova N.M., Musayev A.H “Bel ağrısına səbəb olan patologiyaların və istifadə olunan fizioterapiya metodlarının observasiyon analizi” // Fizioterapiya və tibbi reabilitasiyanın inkişaf perspektivləri” Elmi-praktik konfransın materialları. Baki 2024. N1