
Şəhla Balayeva Azərbaycan Dövlət Tibb İnstitutunun (ATU) sanitariya-gigiyena (İctimai səhiyyə) fakültəsinə 1979-cu ildə daxil olmuş, 1985-ci ildə bitirmişdir. Təyinatla Quba rayonu Vərəm əleyhinə dispanserdə həkim-laborant işləmişdir. 1990-1992-ci illərdə Baki şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin sosial-təbabət şöbəsində sanitar həkimi vəzifəsində işləmişdir.
1992-ci ildə ATU-nin əmək gigiyenası, uşaq-yeniyetmələr gigiyenası kafedrasına baş laborant vəzifəsinə təyin edilmiş, 1993-cü il mart ayında müsabiqə yolu ilə həmin kafedraya assıstent, 2012-ci ildə dosent vəzifəsinə seçilmişdir. 25 dekabr 2017-ci il tarixindən müsabiqə yolu ilə uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2000-ci ildə “Atmosfer çirklənmələri təsirindən yeniyetmə qız orqanizmində baş verən fərdi tipoloji dəyişikliklərin gigiyenik aspektləri” mövzusu üzrə namizədlik dissertasiya işini müdafiə etmiş və tibb elmləri namizədi (tibb üzrə fəlsəfə doktoru) elmi adını almışdır. AR Prezidenti yanında AAK-nın 21 oktyabr 2014-cü il qərarı ilə “Uşaq və yeniyetmələr gigiyenası, əmək gigiyenası kafedrası üzrə DOSENT” elmi adını almışdır.
ATU Elmi Şurasının 27 oktyabr 2021-ci il tarixli iclasında tibb elmləri doktoru (3240.01 – “Gigiyena”) elmi dərəcəsi almaq üçün “Müasir şəraitdə Bakı şəh. tam orta və peşə-texniki tədris müəssisələrində təhsil alan uşaq və yeniyetmələrin sağlamlığının qorunması və tədris şəraitinin optimallaşdırılmasının gigiyenik əsasları” mövzusunda dissertasiya işimin planı təsdiq edilmişdir. Bildiyi xarici dillər: rus - əla, ingilis – lüğətlə, türk – yaxşı.
Işlədiyi müddət ərzində 130-a yaxın elmi iş, o cümlədən 4 dərslik, 2 klinik protokol, 1 məlumat paketi, 1 milli hesabat, 8 tədris proqramı, 20-dən artıq metodik vəsait və tövsiyə hazırlamış, 30-dan artıq beynəlxalq və milli konfranslarda sözlü çıxışları olmuşdur.
Kafedra müdiri - 2017-hal hazıradək - ATU, uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası
Dosent - 2019-2025 - İ.M.Seçenov ad.1-ci Moskva Dövlət Tibb Universiteti
Dosent - 2012-2017 - ATU, əmək gigiyenası, uşaq və yeniyetmələr gigiyenası kafedrası
Assistent - 1993-2012 - ATU, əmək gigiyenası, uşaq və yeniyetmələrin gigiyenası kafedrası
Baş laborant - 1992-1993 - ATU, uşaq və yeniyetmələrin gigiyenası, əmək gigiyenası kafedrası
2014 - dosent elmi adı
2000 - tibb elmləri namizədi diplomu
1979-1985 - Azərbaycan Dövlət Tibb İnstitutu, həkim
Müəllif Hüquqları Agentliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə “Yaradıcılıq və innovasiya sahəsində nailiyyətlərə görə” Fəxri Fərmanı
“Sağlam təhsil-Sağlam millət” layihəsi çərçivəsində məktəblilərin sağlamlığının qorunması sahəsində görülən işlərə görə Təhsil Nazirliyinin təşəkkürnaməsi
15 aprel, 2023 - “Azərbaycanda pandemiyaya cavab tədbirləri”, Bakı/ USAİD,ÜST
10-14 aprel 2023 - Kiçik miqyaslı icma yönümlü ilkin səhiyyə xidmətlərinin tətbiqi proqramı üzrə seminar, Bakı/ USAİD, SN, İTS, TƏBİB, WHO Azerbaijan
11-13 oktyabr 2023 - “İmmunizasiyadan sonra arzuolunmaz halların epidemioloji müşahidəsi və səbəb-nəticələrinin qiymətləndirilməsi sahəsində müasir yanaşmalar” mövzusu üzrə seminar, Bakı/ ÜST, Aİ, AR SN.
16-17 noyabr 2016 - Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin “Sağlamlığı təşviq edən məktəblər”in milli kordinatorlarının seminarı, Moskva/ ÜST, RF SN
16-17 yanvar 2017 - “Sağlamlığı təşviq edən Məktəblər” mövzusunda seminar, Bakı/ AR SN İSİM, ÜST
18-19 yanvar 2017 - “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar , Bakı/ İSİM, ÜST-nin Avropa Regional Bürosu
27-28 JUNE, 2014 - Reforms in medical education seminars on CASE-BASED CLINICAL REASONING - Baku, Azerbaijan
December, 2013 - “Curriculum Development and Instructional Design Skills” Faculty Development program – Baku, Azerbaijan
21-23 October, 2013 - Reforms in Medical Education: Challenges and Achievements – Baku, Azerbaijan
8-12 April, 2013 - Training on Clinical Teaching and Assessment Skills Faculty Development program - Baku, Azerbaijan
1-12 noyabr 2010 - X Internasional Training Course оn Sexual and Reproductive Health of Adolescents and Young People (“Yeniyetmə və gənc insanların cinsi və reproduktiv sağlamlığı”) / Ankara, Turkey
Noyabr, 2007 - təlimçilər üçün təlim kursu: Səhiyyə Sistemində Dəstəkverici Rəhbərlik və Liderlik", "İlkin səhiyyə xidmətinin yaxşılaşdırılması – COPE təcrübəsi" - Engender Health / AR Səhiyyə Nazirliyi
2006 - “Səhiyyə xidməti göstərənlər üçün gənclərin sağlamlığı üzrə orientasiya proqramı”, UNİCEF / AR Səhiyyə Nazirliyi
Uşaq və yeniyetmələrin sağlamlığı və ona təsir edən risk amilləri
Məktəb və universitet sağlamlığı
Uşaq və yeniyetmələrin xəstələnmələri
Uşaq və yeniyetmələrin həyat keyfiyyəti və psixi sağlamlığı
1. Balayeva Ş.M., Mürsəlbəyova L., İsmayılova Z.Q. və b. Sağlam təhsilin gigiyenik əsasları. Dərs vəsaiti. Bakı 2023. 368 s.
2. S.A.Gürzəliyev, Ş.M.Balayeva və b. Uşaq və yeniyetmələr gigiyenası üzrə təcrübə məşğələləri. Dərslik. Bakı. 2010. 290 səh.
3. Ş.M.Balayeva, S.A.Gürzəliyev, Z.Q.İsmayılova Uşaq və yeniyetmələr gigiyenası. Dərslik Bakı. 2015. 541 səh.
4. Z.Q.İsmayılova, Ş.M.Balayeva və b. Yeniyetmələrin psixiogigiyenası. Dərslik. Bakı-2025. 300 səh.
1. Балаева, Ш.М. Динамика адаптационного потенциала и физической работоспособности при различных режимах двигательной активности. Вопросы школьной и университетской медицины и здоровья - 2021 № 3, № 3
eLIBRARY - ID: 47375747 EDN: HRDVRL
2. Balayeva Ş.M. Yeni tədris texnologiyalarının təhsilalanların fiziki fəallıq səviyyəsi və ürək-damar sisteminin funksional imkanlarına təsiri. Azərbaycan Tibb jurnalı, 2021-4, 168-176.
3. Sh.Balayeva, N.Suleymanzade. Formation of health status of students based on the “healthy education – healthy nation” project in the context of innovative technologies Preschool and Primary Education 2022
4. Балаева Ш.М. Состояние здоровья подростков, обучающихся в учреждениях начального профессионального образования / Вестник современной клинической медицины. 2022. Т. 15, вып. 2. С.15-21.
5. Shakhla M. Balayeva. The state of health of adolescents studying in institutions of primary vocational education. 2022
6. Əfəndiyev İ., Rəhimov E., Balayeva Ş., Quliyeva R., Babayeva B., Cəfərzadə N. “Azərbaycanda uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair vəziyyətin təhlili” Azərbaycan üzrə milli hesabat - 2023. AR SN, UNİCEF. 60 səh.
7. Sh.M. Balayeva, M.J. Sultanova, N.J. Jafarzade. Morbıdıty of the chıld and adolescent populatıon of Azerbaıjan. / Світ медицини та біології. 2023. № 3 (85). P.31-35.
DOI Web of Science accession number: WOS:001100276200006
8. Sh.M.Balayeva Quality of life of students in primary vocational and general education schools in Baku. Revista Conrado, November, 2023, 19(95), 104-111.
WoS accession number: WOS:001125387900002
9. Z.Q.İsmayılova, Ş.M.Balayeva, N.Q.Süleymanzadə, İ.İ.Mustafayeva, N.C.Cəfərzadə. Müasir yeniyetmələrin həyat keyfiyyəti və zərərli vərdişləri. АТJ, 2023, №3, 103-107.
10. Balayeva Ş.M., Qabulov H.H., Süleymanzadə N.Q. Həsənova S.Ə. İsmayılova, Z.Q. Влияние компьютерных технологий на состояние здоровья и образ жизни учащихся. Azərbaycan Tibb Jurnalı – 2023, 2. Səh.117-122.
11. Сулейманзаде Н.Г.,Балаева Ш.М. и др. Качество жизни и вредные привычки современных девочек-подростков. Российский педиатрический журнал -2023. Том: 26 Номер: S4. Стр. 74-75
eLIBRARY - ID: 54311217 EDN: QDSNCW
12. Балаева Ш. М., Ахмедли Ф. Г. Качество жизни студентовпервокурсников и факторы риска, влияющие на него // Российский педиатрический журнал. 2024. №S3.
13. Ş.M.Balayeva, F.Q.Əhmədli Ali məktəbin ı kurs tələbələrinin sağlamlıqla əlaqəli həyat keyfiyyətinin formalaşmasında riskli davranışların rolu/ ATJ-2024, 3. S.98-103
14. İsmayılova, Z., Balayeva, Ş.M., Mustafayeva, İ.İ., Cəfərzadə, N. (2025). Ali məktəblərdə təhsil alan tələbə gənclərin emosional idrakinin və həyat keyfiyyətinin xüsusiyyətləri. Azərbaycan Tibb Jurnalı, (3), 136–140.
2024 - AR SN, UNİCEF-in Azərbaycan nümayəndəliyi - “Ətraf mühit amillərinin uşaq sağlamlığına təsiri”nə dair təlim materiallarının hazırlanması və həkimlər üçün təlimlərin keçirilməsi. Exspert-təlimçi
2023-2024 – AR SN, UNİCEF-Azərbaycan. - “Azərbaycanda uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair vəziyyətin təhlili və hesabatın hazırlanması”. Expert
2014–2022 – AR TN, “Milli Təhsil Texnologiyaları Mərkəzi” İctimai Birliyi QHT “Sağlam Təhsil –Sağlam Millət” layihəsi - Gigiyena üzrə Mütəxəssislər qrupunun rəhbəri, ekspert-məsləhətçi
- məktəblilərin sağlamlıq vəziyyətinin monitorinqi
- “Sağlam Təhsil” siniflərində təhsil şəraitinin monitorinqi
- məktəb heyəti və valideynlərin maarifləndirməsi və dəstək
- metodik tövsiyələrin hazırlanması
2013 – “Azərbaycan gəncləri İctimai Birliyi” QHT “Zərərli vərdişlərə yox deyək” layihəsi
- “Sağlam həyat tərzi”, “Zərərli vərdişlərin profilaktikası” üzrə seminarlar. Master-təlimçi, məsləhətçi
2007-2010 – Azərbaycan Respublikası SN-nin USAİD, Engender Health US - “Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması” layihəsi .Master-təlimçi və məsləhətçi
- “Dəstəkverici Rəhbərlik və Liderlik” və “Tibbi Xidmət Keyfiyyətinin Yaxşılaşdırılması” mövzusu üzrə təlimlər
- səhiyyə xidmətinin keyfiyyətinin monitorinqi
2006-2007 – UNİCEF, Azərbaycan Respublikası SN “Gənclər Dostu Səhiyyə Xidmətləri” layihəsi Master-təlimçi, məsləhətçi
- yeniyetmələrə səhiyyə xidməti göstərənlər üçün “Yeniyetmələrin Dostu Klinikası” mövzusunda təlimlər
- Azərbaycanın müxtəlif bölgələrində yeniyetmələrə səhiyyə xidmətinin monitorinqi
2020-2024 – DE-PASS/COST ACTION CA19101 “Determinants of Physical Activities in Settings” layihəsində işçi qrupun üzvü
2015-2017 – Şərqi Avropa və Mərkəzi Asiyada Sağlamlığı Dəstəkləyən Məktəblər üzrə Milli Koordinator (EECA)
«Вопросы школьной и университетской медицины и здоровья» jurnalı. RF, Moskva - Redaksiya Şurasının üzvü
American Journal of Biomedical and Life Sciences (AJBL) - redaksiya şurasının üzvü
AR Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrində vahid sənədlər toplusunun hazırlanması” məqsədilə yaradılan işçi qrupun üzvü
İctimai Səhiyyə fakültəsinin Elmi Şurasının üzvü
FD 2.28 “Epidemiologiya, Mikrobiologiya, Gigiyena” Dissertasiya şurasının elmi katibi
“Gigiyena və İctimai sağlamlıq” Problem Komissiyasının üzvü
REZİDENTLƏR
Həsənova Nabat – Məktəbəhazırlıq qrupu uşaqlarının məktəbə adaptasiyasının gigiyenik əsasları
Əhmədli Fidan – Ali məktəb I kurs tələbələrinin həyat keyfiyyəti və ona təsir edən amillər
TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU
Q.F. Əmrahlı «Müasir tədris şəraitində ibtidai təhsilə adaptasiya zamanı təhsilalanların fiziki və psixi sağlamlığının qiymətləndirilməsi mövzusunda - f.ü.e.d. elmi dərəcəsi üçün EŞ-da təsdiq vaxtı - 3 aprel, 2019-cu il