Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Qarayev Eldar Abdulla oğlu 1987-ci ildə Azərbaycan Tibb İnstitunun Əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək əczaçılıq elmləri namizədi elmi adına layiq görülmüşdür. 1992-ci ildən Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrasında əvvəl baş laborant, assistent, sonra Ümumi və toksikoloji kimya kafedrasında baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. 2013-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək əczaçılıq üzrə elmlər doktoru elmi adına layiq görülmüşdür. Hazırda Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri vəzifəsində çalışır. 200-dən artıq elmi işin, o cümlədən 11 patentin (ixtira), 2 dərs vəsaitinin və 4 dərsliyin müəllifidir. Xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq konfranslarda dəvət olunmuş məruzəçi və konfrans sədri qismində iştirak etşmişdir. Bəzi elmi işləri yüksək kvartilli və impakt faktorlu jurnallarda çap olunmuşdur. ATU Elmi Departamentin rəhbəri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Etik Komissiyasının sədri, “Əczaçılıq kimyası, farmakoqnoziya” üzrə BFD 4.18 Birdəfəlik dissertasiya şurasının sədri, ATU Dissertasiya işlərinin ilkin sənədlərinin yoxlanılması komissiyasının sədri, “Azərbaycan əczaçılıq və farmakoterapiya” jurnalının redaksiya heyətinin üzvü, "Phytoterapia Chasopis” (Ukrayna) jurnalının redaksiya heyətinin üzvü, “Azərbaycan Tibb Universitetinin Jurnalı”nın elmi redatorudur. Mərkəzi ABŞ-da yerləşən Toksikoloqlar Cəmiyyətinin (SOT - Society of Toxicology) həqiqi üzvüdür. Azərbaycan dili ilə yanaşı rus, ingilis və türk dillərində sərbəst bilir.

Akademik fəaliyyət

Baş laborant / Azərbaycan Tibb Universiteti * 1992-1995

Assistent / Azərbaycan Tibb Universiteti * 2004-2007

Baş müəllim / Azərbaycan Tibb Universiteti * 2007-2010

Dosent / Azərbaycan Tibb Universiteti * 2010-2016

Professor / Azərbaycan Tibb Universiteti * 2016-cı ildən hal-hazıradək

Kafedra müdiri / Azərbaycan Tibb Universiteti * 2017-ci ildən hal-hazıradək

Təhsili

Əczaçılıq  fakültəsi / Azərbaycan Tibb Universiteti *1982-1987

Nailiyyətlər (adlar)

Əczaçılıq üzrə fəlsəfə doktoru*1995-ci il

Əczaçılıq elmləri doktoru*2014-cü il

Patent:Mirisetinin alınması üsulu. Patent (ixtira) № İ 2007 0057, 03.04.2007 Mövsümov İ.S., Qarayev E.A.

Flavonoid cəminin alınma üsulu. Patent (ixtira) № İ 2007 0176, 19.10.2007 Mövsümov İ.S., Qarayev E.A.

Flavonoidlərin alınması üsulu. Patent (ixtira) № İ 2008 0116, 07.07.2008 Mövsümov İ.S., Qarayev E.A.

Çaytikanı meyvələrinin emalı üsulu. Patent (ixtira) № İ 2008 0011, 21.01.2008 Mövsümov İ.S., Qarayev E.A.

Mirisetinin alınma üsulu. Patent (ixtira) № İ 2009 0188, 30.10.2009 Qarayev E.A., Mövsümov İ.S.

Hepatotrop təsirə malik flavonoidlərin alınma üsulu. Patent (ixtira) № İ 2009 0059, 08.08.2009 Qarayev E.A., Mövsümov İ.S.

Alaqanqal toxumlarının emalı üsulu. Patent (ixtira) № İ 2009 0058, 08.04.2009 Qarayev E.A., Mövsümov İ.S

Yunan qozunun (Juglans regia L.) meyvəyanlıqlarından yuqlonla zənginləşdirilmiş ekstraktın alınması üsulu. Patent (ixtira) № İ 2015 0042, 14.07.2015 Mövsümov İ.S., Yusifova C.Y, Qarayev E.A.

Способ получения субстанции из чайных отходов, состоящей из L-теанина и кофеина, для улучшения умственной работоспособности. Евразийский патент № 042306, 02.02.2023 Гараев Э.А., Насибова Т.А., Гараев Э.Э.

Способ выделения флавоноидных агликонов из водной среды. Евразийский патент № 043560, 31.05.2023 Гараев Э.А., Насирли И.У.

Способ получения экстракта, обогащенного юглоном, из околоплодника грецкого ореха (Juglans regia L.). Патент (изобретение) № İ 2015 0042, 14.07.2015 Мовсумов И.С., Юсифова Дж.Ю., Гараев Э.А.

Способ получения субстанции из чайных отходов, состоящей из L-теанина и кофеина, для улучшения умственной работоспособности. Евразийский патент № 042306, 02.02.2023 Гараев Э.А., Насибова Т.А., Гараев Э.Э.

Способ выделения флавоноидных агликонов из водной среды. Евразийский патент № 043560, 31.05.2023 Гараев Э.А., Насирли И.У.

Способ получения антибактериальных композиционных материалов из карбоксифенилмалеинимида и АБС Евразийский патент № N 051301, 2025 Гулиева Ш.И., Мамедов Б.А., Гараев Э.А., Алиханова А.И., Расулов Н.Ш.

Peşə və pedaqoji inkişaf

NMR- və İQ-spektroskopiya kursları / Fransa, Eks-Marsel Universiteti *2018

İngilis dili kursları / Baku, British Academy *2023-2024

Elmi araşdırma sahəsi

Təbii və sintetik bioloji fəal maddələrin kimyəvi-toksikoloji tədqiqi.

Kitab

1. Fotometrik spektral analiz", 2012, 101 səh.

2. "Bitki və heyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi", 2015, 307 səh.

3. "Sintetik üzvi zəhərlərin kimyəvi-toksikoloji analizi", 2017, 325 səh.

4. "Spektroskopik analiz üsulları", 2018, 491 səh.

5. "Toksikoloji kimyadan praktikum. II Hissə", 2019, 164 səh.

6. "Xromatoqrafik analiz üsulları", 2021, 424 səh.

Məqalə

Can Provence Flora Offer Effective Alternatives to Widely Used Medicinal Plants? A Comparative Study of Antioxidant Activity and Chemical Composition Using Molecular Networking // Molecules // 2025, 30, 2072, p. 2-27.

 


orcid DOI
Məqalə

In Silico Design, Synthesis, and Antibacterial Evaluation of Allyl Esters of Salicylic and Acetylsalicylic Acid and Their Copolymers // Molecules 2025, 30(18), 3826;


orcid DOI
Məqalə

Bioactive Compounds Discovery from French Guiana Plant Extracts Through Antitubercular Screening and Molecular Networking // Plants 2025, 14(19), 3028;

 

 


orcid DOI
Məqalə

Potential anticancer effects of Peganum harmala in human papillomavirus-related cervical and head and neck cancer cells // Front. Pharmacol., 17 November 2025  Sec. Ethnopharmacology, V. 16 - 2025


orcid DOI
Məqalə

Synthesis of copolymerization of meta-carboxphenylmaleinimide with styrene and study of antimicrobial properties // PPOR, Vol. 25, No. 1, 2024, pp. 153-162 


orcid DOI
Məqalə

LC-MS Based Phytochemical Profiling towards the Identification of Antioxidant Markers in Some Endemic Aloe Species from Mascarene Islands // Antioxidants 2022, 12(1), 50;


orcid DOI
Məqalə

Characterization of alkaloid profile of Hyoscyamus reticulatus L. and Atropa belladonna subsp. caucasica (Kreyer) Avet by LC-MS and NMR// Natural Product Research, 


orcid DOI
Məqalə

Analysis of Fatty Acids of Some Hyoscyamus, Datura, and Atropa Species from Azerbaijan // Turk J Pharm Sci 2022;19(4):442-446. 

Üzv olduğum qurum

Mərkəzi ABŞ-da yerləşən Toksikoloqlar Cəmiyyətinin (SOT - Society of Toxicology) həqiqi üzvü;

“Azərbaycan Tibb Universitetinin Jurnalı”nın Elmi katibi;

“Azərbaycan əczaçılıq və farmakoterapiya” jurnalının redaksiya heyətinin üzvü;

“Phytoterapia Chasopis (Ukrayna) jurnalının redaksiya heyətinin üzvü

Əczaçılıq üzrə fəlsəfə doktoru

1. Vəliyeva Adilə Kərəm oğlu – Azərbaycan  florasından tropan  qrupu  alkaloidləri daşıyan bəzi bitki növlərinin kimyəvi tərkibinin tədqiqi.

2. Nəsibova Töhfə Aslan qızı – Azərbaycan florasından Peganum harmala L. bitkisi alkaloidlərinin kimyəvi-toksikoloji analizi.

3. Quliyeva Şəhanə İsrail qızı – Malemid törəmələri əsasında antibakterial  oliqomerlər və kompozisiya materiallarının alınması və tədqiqi

4. Nəsirli İlkin Üzeyir oğlu – Azərbaycan florasından Thalictrum minus C.A.Mey. bitkisi alkaloidlərinin kimyəvi-toksikoloji analizi

5. İbrahimli Eltac Elşən qızı –  Azərbaycan florasından Chelidonium majus L. bitkisinin kimyəvi tərkibinin tədqiqi, bəzi maddələrin bioloji fəallıq və toksiklik xüsusiyyətlərinin öyrənilməsi

6. Məmmədbəyli Qəmər Pərviz qızı –  Azərbaycan florasından olan Fumaria L. cinsinə aid bəzi növlərin alkaloid tərkibinin, bioloji fəallıq və toksiklik xüsusiyyələrinin öyrənilməsi

7. Eminli Aytən Elmar qızı –Azərbaycan  florasından bəzi nərgizçiçəyi (Narcissus) bitki növlərinin  alkaloidlərinin ilkin toksikoloji tədqiqi

 8. Əliyeva Şəfa Baxış qızı – Müxtəlif qrup bioloji fəal maddələrin sintezi, identifikasiyası, ilkin farmakoloji və toksikoloji xüsusiyyətlərinin öyrənilməsi

Magistr

1. Əhmədova Leyla Əziz qızı – Azərbaycan florasından Limonium caspium (Willd.) P.Fourn. bitkisindən alınan mirisetin törəmələrinin bioloji fəallıq, ADME və toksiklik proqnozlarının in silico araşdırılması

2. İbrahimli Eltac Elşən qızı –  Piridin törəmələrinin sintezi, identifikasiyası və in silico toksikoloji öyrənilməsi  

3. Biləndərli Səmayə Əliməmməd qızı  – Finlepsinlə zəhərlənmələrin ilkin kimyəvi-toksikoloji diaqnostikası

4. Alıyeva Günay Fikrət qızı – Datura inoxia toxumlarının alkaloid məcmusunun  xroniki toksikliyinin siçovullar üzərində öyrənilməsi

5. Fərzəlizadə Əminə Müşfiq qızı –  Tazet nərgizgülü bitkisi alkaloidlərinin ilkin kimyəvi-toksikiloji analizi 

6. Gözəlzadə Vəfa İlham qızı – Olanzepin” preparatının kimyəvi-toksikoloji analizi

7. Məmmədova Gülnar Elçin qızı  – Grandaksin” preparatının kimyəvi-toksikoloji analizi

8. Usubova Rufana Baba qızı – Получение и первичное химико-токсикологическое изучение антибак­териальных поли­мер­ных соединений

9. Əfəndiyeva Firuzə Arif qızı – Tülküquyruq sofora bitkisi alkaloidlərinin ilkin kimyəvi-toksikoloji analizi

10. Məmmədov Dosu Mehman oğlu – Azərbaycan florasından dəmrovotu (Chelidonium majus L.) bitkisi alkaloidlərinin kimyəvi-toksikoloji analizi

11. Allahverdiyev Nurlan Namiq oğlu – Model təcrübələrdə fenazepam və fenobarbital ilə qarışıq zəhərlənmələrin toksikoloji tədqiqatlarla araşdırılması