Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Professor Quliyev Fikrət Əli oğlu 1988-ci ildən 2020-ci ilədək  ATU-nun «Biofiziki və bioüzvi kimya» kafedrasında, 2020-ci ildən isə ATU-nun «Əczaçılığın toksikologiyası və kimya» kafedrasında professor vəzifəsində işləyir.     

Tədris işləri ilə bərabər professor Fikrət Quliyev, elmi işləri də davam etdirir. O, beş elmlər namizədi yetişdirmiş, 183-dən çox məqalə, dərs vəsaiti və ixtiraların müəllifidir, əsərləri Azərbaycan Respublikasında və xaricdə nüfuzlu elmi nəşrlərdə dərc edilmişdir.

Professor Fikrət Quliyev insani, əxlaqi və mənəvi keyfiyyətlərinə görə nəinki universitet kollektivinin, kafedra yoldaşlarının və tələbələrin dərin hörmət və ehtiramını qazanmışdır. Professor Fikrət Quliyev fakültə və kafedranın içtimai işlərində fəal iştirak edir.

Akademik fəaliyyət

1974 – 1978 -  Azərbaycan Respublikası Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu kiçik elmi işçi

1978 – 1979 -  Azərbaycan Respublikası Elmlər Akademiyasının  Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu. Kiçik elmi işçi

1979-1986 - Azərbaycan Respublikası Elmlər Akademiyasının  Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu. Böyük elmi işçi

1986 - 1988 - Azərbaycan Respublikası Elmlər Akademiyasının  Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu. "Antioksidantların Kimyası" laboratoriyasının rəhbəri.

1988- 2020 Azərbaycan Tibb Universitetinin Biofiziki və bioüzvi kimya kafedrası, professor.

1992-1994- Azərbaycan Tibb Universiteti Biofiziki vkə bioüzvi kimya kafedrasının müdiri.

1993-1996 -  İngilis dilli Xəzər Universiteti, professor.

2012 - hal-hazırda - Azərbaycan Tibb Universitetinin Əczaçılıq və kimya üzrə problem Komissiyası, sədr.

2015 - hal-hazırda - Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası. Ekspert.  2015  - hal-hazırda - İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, professor.

2019 – hal-hazırda - Azərbaycan Tibb Universitetinin imtahan komissiyası, ekspert.

2020 – hal-hazırda Əczaçılığın toksikologiyası və kimya kafedrası, professor.

Təhsili

1959 – 1969 – Bakı  şəhəri, 8 saylı orta məktəb.

1969 – 1974 –  Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi.İxtisas: kimyaçı, kimya müəllimi.

1974 – 1978 - Azərbaycan SSR Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu. Aspirant

Elmi araşdırma sahəsi

Kimya, Tibbi kimya : Heterofunksional üzvi birləşmələrin sintezi və onların praktiki əhəmiyyətli xassələrinin öyrənilməsi. Antioksidantlar, dərman maddələri, yağlar üçün aşqarlar, polimerlər üçün stabilizatorlar, antioksidantların kinetikasinin və təsir  mexanizminin öyrənilməsi

Kitab

1. D.B.TAGIYEV, F.A.QULIYEV, S.S.FATULLAYEVA "BRIEF  COURSE IN BIOPHYSICAL AND BIOORGANIC CHEMISTRY" Dərslik

2. Q.Ə.BAĞIRZADƏ, F.Ə.QULİYEV "ÜZVİ KİMYA" Dərslik

Məqalə

1. F.A.Qulıyev,  F.M.Nasiri, A.J.Efendi, L.I.Kojarova, F.A.Abdullayeva, I.H.Melikova, N.F.Aykan // The study of inhibition effect of rhenium  thioacetic and dithiocarbonic acids in oxidation  reaction // Advances in Chemical Engineering and Science, 2015,№5,p.338-344

2. F.A.Qulıyev,  G.A.Bagirzade, D. B. Tagiyev //About the specific structural features of o-xylene and its 4-substitutes, which heterocyclization affords imides, as the main products in a heterogeneous vapor phase ammoxidation// The USA Journal of Applied Sciences. 2016. No. 4. P. 27-31.

3. F.A.Qulıyev,  G.A.Bagirzade //Thiocarbonic acid amides as oxidation inhibitors// European Journal of Technical and Natural Sciences № 1,2021, p. 52-56

Üzv olduğum qurum

Yeni Azərbaycan Partiyası

Azərbaycan  Tibb  Universitetinin  Əczaçılıq  fakültəsinin Problem komissiyasının  sədri

Azərbaycan  Tibb  Universitetinin  Əczaçılıq  fakültəsinin elmi şurasının  üzvü

Alı  attestasiya   komissiyasının   eksperti

Magistr

Nərgiz Həsənova Ramiz qızı - «Azərbaycan florasından Fumarium officinalis bitkisindən alınan fumar turşusunun antihipertenziv törəmələrinin bioloji fəallıq və toksiklik xüsusiyyətlərinin kompyuter proqramları vasitəsilə öyrənilməsi»

Kimya üzrə fəlsəfə doktoru

1. Kimya elmləri namizədi;Anave Paul Apeia Laki "Tiobenzoik və tiofenilsirkə turşularının bəzi amidlərinin sintezi və onların sürtkü yağlarına əlavə kimi öyrənilməsi" 02.00.13 - Neft Bakı-1982

2. Kimya elmləri namizədi; Aslanov Adil Davud "Üzvi disulfidlər oksidləşdirici proseslərin inhibitorları kimi" 02.00.15 Kimyəvi kinetika və kataliz Bakı-1985

3. Kimya elmləri namizədi; Nasiri Fəxriyyə Maşallah "Ditiokarbon və feniltiosirkə turşularının amidləri və efirləri oksidləşmə inhibitorları kimi" 02.00.15 Kimyəvi kinetika və kataliz Bakı-1989

4. Kimya elmləri namizədi; İmanova Gülar İsrafil qızı "İXP-234 çoxfunksiyalı polimer qatqısı ilə qatılaşdırılmış yağların xüsusiyyətlərinin tədqiqi" 02.00.13 - Neft Bakı-1989

5. Kimya elmləri namizədi; Hüseynov İsa Şahruddin "Əvəz edilmiş aminometilfenollar və 1-fenoksi-3-aminopropanol-2 antioksidantlar və bioloji aktiv maddələr kimi" 02.00.13 - Neft 02.00.15 Kimyəvi kinetika və kataliz Bakı-1992