
İskəndərov Qayıbverdi Bəşir oğlu, 1959-cu ildə gümüş medalla məktəbi bitirərək həmin ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsinə qəbul olmuş, fərqlənmə diplomu ilə 1964-cü ildə bitirmiş və aspiranturada saxlanılmışdır. 1968-ci ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1967-ci ildən müəllim, 1969-cu ildən assistent, 1972-ci ildən baş müəllim, 1977-ci ildən dosent, 1993-cü ildən professor, 1995-ci il may ayının 23-dən kafedra müdiri vəzifəsində çalışır.
Q.B. İskəndərov toksikoloji kimya və analitik kimya fənlərindən azərbaycan və rus dillərində mühazirə və məşğələ dərsləri aparan səriştəli, bacarıqlı, yüksək elmi və təcrübi hazırlığa malik müəllimdir. Toksikoloji kimyanın sirlərini magistrantlara məharət və ustalıqla aşılayır. Toksikoloji kimya və analitik kimya fənlərindən bir çox dərslik (praktikum), dərs vəsaiti və metodik işləmələrin müəllifidir. O, əhəmiyyətli elmi-tədqiqat işlərini yerinə yetirir və elmi rəhbərlik edir. Q.B.İskəndərov 199 elmi əsərin, dərsliyin, dərs vəsaitinin, metodik işləmələrin, səmərələşdirici təkliflərin, patentin müəllifidir. Rəhbərliyi altında iki əczaçılıq elmləri namizədi hazırlanmışdır. Bir neçə dissertant öz elmi-tədqiqat işlərini onun rəhbərliyi altında davam etdirirlər.
Q.B. İskəndərov Universitet, fakültə və kafedranın ictimai işlərində fəal iştirak edir. Universitetin elmi şurasının üzvüdür, fakültə problem komissiyası və elmi şuranın üzvüdür. Magistr dissertasiyalarının müdafiəsi üçün ixtisaslaşmış elmi şuranın bir neçə dəfə sədri olmuşdur. Elmi kadrların hazırlanmasında dəfələrlə opponent kimi çıxış etmişdir. O, elmi konfrans, sessiya və müşavirələrdə fəal iştirak edir, səhiyyə işçilərinə elmi-metodik və praktiki məsləhətlər verir.
Q.B. İskəndərov “Səhiyyə əlaçısı”, “Tərəqqi” medalları, “əməkdar müəllim” adına, fəxri fərman və tərifnamələrə layiq görülmüşdür.
Q.B. İskəndərov işdə nizam-intizamlı, məişətdə təvazökardır. Professor-müəllimlər və tələbələr arasında hörmətə malikdir.
Assistent / Azərbaycan Tibb Universiteti * 1969-1972
Baş müəllim / Azərbaycan Tibb Universiteti * 1972-1977
Dosent / Azərbaycan Tibb Universiteti * 1977 - 1993
Professor / Azərbaycan Tibb Universiteti * 1993-1995
Kafedra müdiri / Azərbaycan Tibb Universiteti * 1995 – 2017
Məsləhətçi Professor / Azərbaycan Tibb Universiteti * 2017-ci ildən hal-hazıradək
Əczaçılıq fakültəsi / Azərbaycan Tibb Universiteti *1959-1964
Əczaçılıq üzrə fəlsəfə doktoru*1968-ci il
Əczaçılıq elmləri doktoru*1993-cü il
Patent:
Способ получения кавказосапонина из купены гладкой. Avrasiya patenti №026863, 2017. Г.Б. Искендеров, С.А. Пашаева
Способ получения диосцинина из якорцев стелющихся. Avrasiya patenti, №026930, Г.Б. Искендеров, К.Ф. Гусейнгулиева
Пентаозид олеаноловой кислоты и способ его получения из семян плюща обыкновенного. Avrasiya patenti №025213, 2016, Г.Б. Искендеров, С.Ш. Мусаева, 2017
Sürünən dəmirtikan Tribulus terrastris L. bitkisindən steroid sapogeninlərin alınma üsulu. Azərbaycan Respublikası Patent ixtira İ 2017.0024 09.06. 2017, Q.B. İskəndərov, K.F. Hüseynquliyeva
Способ спектрофотометрического определения алюминия. Avrasiya patenti 036947 (19.01.2021), Искендеров Г.Б., Бадалова К.К.
I Moskva Tibb İnstitutu, Təkmilləşmə fakültəsi, 1968, 1978, 1986
Bioloji fəal maddələrin kimyəvi-toksikoloji analizi.
"Toksikoloji kimya", 2012, 671 səh.
1. Alüminiumun tibbi-toksikoloji əhəmiyyəti və qaraciyər toxumasından təcrid edilməsi. Azərbaycan əczaçılıq və farmakoterapiya jurnalı, 2013, №1, s.9-13, Bakı. İskəndərov Q.B., Bədəlova K.K.
2. Xrom və manqan metal zəhərlərinin məhkəmə-kimyəvi reaksiyalarının mexanizminin araşdırılması. Kimya problemləri jurnalı, 2013, №3, s.349-354, Bakı. İskəndərov Q.B., Bədəlova K.K. http://chemprob.org/wp-content/uploads/2018/07/%D0%98%D1%81%D0%BA%D0%B5%D0%BD%D0%B4%D0%B5%D1%80%D0%BE%D0%B2-6-1.pdf
3. Химическое исследование тритерпеновых гликозидов ягод плюща обыкновенного.2015* Химия растительного сырья, №3, стр. 193-197, Барнаул. DOI: 10.14258/jcprm.201503561 Искендеров Г.Б., Мусаева (Акберова) С.Ш.
4. Determination of Lead (II) in liver corpse of a slaughtered cattle with preconcentration on a chelating sorbent. American Journal of Analytical chemistry, 2016, №7, 617-622, R.A. Aliyeva, N.S. Hüseynova, U.M. Abilova, F.M. Chiragov
5. Xrom metal zəhərinin məhkəmə-kimyəvi analizində qoşa çökmə hadisəsinin tədqiqi. Azərbaycan əczaçılıq və farmakoterapiya jurnalı, 2014, №1, s.19-22, Bakı. İskəndərov Q.B., Bədəlova K.K., Əliyev E.S.
6. Mis(ıı)-sulfatın təsirindən qaraciyərin struktur elementlərində baş verən dəyişikliklərin mikroskopik və ultrastruktur xarakteristikası. Azərbaycan Tibb Jurnalı, 2018/3, s. 96-104, Bakı. Qasımov E.K., Bədəlova K.K., İskəndərov Q.B., Qarayev E.A., Rzayev F.H., Əliyarbəyova A.Ə.
Yeni Azərbaycan partiyası