Bizi izləyin:
Heydər Əliyev
Gültəkin Acalova
Dosent
Gültəkin Acalova
Google Scholar: Ywmo1WEAAAAJ
Tədris işləri üzrə müdir müavini, akademik məsləhətçi
Bioqrafiya

Acalova Gültəkin İlyas qızı 1991-ci  ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir.

1995 – 2014-cü illərdə Azərbaycan Tibb Universi­tetinin İctimai Səhiyyə fakültəsinin Uşaq və yeniyetmələr gigiyenası, əmək gigiyenası kafedrasında baş laborant vəzifəsində işləmişdir. 1995 – 2004-cü illər ərzində  həmin kafedrada Həmkarlar İttifaqı qrup təşkilatının sədri, 2002 – 2012-ci illərdə həmin fakültədə Dövlət Attestasiya Komissiyasının (DAK) məsul katibi kimi fəaliyyət göstərmişdir.

2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya problemləri institutunda dissertasiya işi müdafiə etmiş, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. İndiyədək 1 metodik vəsait, 3 proqram, 2 monoqrafiya və 1 dərs vəsaiti olmaqla, cəmi 72 elmi işin müəllifidir. Elmi işləri Web of Science, Copernic, Inspec-The IET,  Scopus bazalarana daxil olmuş Q4 kvartilli  elmi jurnallarda və konfrans materiallarında dərc olunmuş, bir neçə yerli və xarici konfranslarda poster məruzələrlə çixiş etmişdir.

2014-cü ildən Azərbaycan Tibb Universi­tetinin Əczaçılıq fakültəsinin Əczaçılıq toksikologiyası və kimya kafedrasında assistent, baş müəllim, 2018-ci ildən dosent vəzifəsində çalışır. 2023-cü ildə AAK-ın qərarı ilə dosent elmi adı almışdır. 

Dosent Acalova Gültəkin İlyas qızı Azərbaycan Respublikasının, fakültənin və kafedranın ictimai işlərində olduqca fəaldır. 2013-cü ildən indiyədək Dövlət İmtahan Mərkəzində (DİM) imtahan rəhbəri kimi fəaliyyət göstərir. 2014 – 2018-ci  illərdə kafed­ra­nın Həmkarlar İttifaqı qrup təşkilatının sədri kimi iştimai iş aparmışdır. 2018-c ildən  Əczaçılıq toksikologiyası və kimya kafedrasında tədris işləri üzrə müdir müavini, 2024-cü ildən Əczaçılıq fakültəsinin dekanlığında akademik məsləhətçi kimi çalışır. İki il Əczaçılıq fakültəsində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin (TEC) münsiflər heyətinin üzvü olmuşdur. Eləcə də, onun rəhbərliyi altında elmi iş aparan tələbələr həm Respublika, həm də beynəlxalq miqyasda müxtəlif namina­siyaların qalibi olmuşlar. Tədrisin təşkili və test suallarının tərtib edilməsində fəal iştirak edir, həmçinin, ekspert kimi fəaliyyət göstərir. Magistr dissertasiyalarının yerinə yetirilməsinə elmi rəhbərlik funksiyasını icra edir. Mənəvi keyfiyyətlərinə görə əməkdaşlar və tələbələr arasında hörmət və nüfuza malikdir.

Akademik fəaliyyət

2018 – hal-hazıradək Azərbaycan Tibb universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasında dosent

2016–2018 Azərbaycan Tibb universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasında baş müəllim

2014–2016 Azərbaycan Tibb universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasında assistent

1995–2014 Azərbaycan Tibb universitetinin Uşaq və yeniyetmələr gigiyenası, əmək gigiyenası kafedrasında  baş laborant

Təhsili

1985-1991 Bakı Dövlət universiteti, Kimya fakültəsi

Peşə və pedaqoji inkişaf

1995-1997 Bilik cəmiyyəti, proqram təminatı üzrə kursları

AMEA, İKT kursları, 2008

AMEA, Dilçilik institutu, İngilis dili kursları, 2008

ATU, Xarici dil kafedrası, İngilis dili kursları, 2014

ATU, pedaqoji inkişaf kursları, 2021

Research Methods Course by European Academy of Sciences and Research, 2021

Kitab

1.İki valentli palladiumun qarışıq liqand­li kompleksləri (II-cild), 2019, monoqrafiya

2.Termodinamika və bioenergetika, 2021, dərs vəsaiti

3.Координационные соединения платины (II) и палладия (II) с серо-азотосо­дер­жащими биологически активными лигандами, 2022, monoqrafiya

Məqalə

1. Membrane-protective properties of palladium (II) complexes containing antioxidant fragment as potential radioprotective agents, CHEMICAL PROBLEMS Baku-2025 no. 2 (23) ISSN 2221-8688, p.214-220

2. Chemical composition and pharmacological properties of stilbenes from Morus alba L. SOI: 1.1/TAS DOI: 10.15863/TAS International Scientific Journal Theoretical & Applied Science p-ISSN: 2308-4944 (print) e-ISSN: 2409-0085 (online) Year: 2025 Issue: 05 Received: Accepted/Published: Volume: 145 01.05.2025 30.05.2025 https://T-Science.org

3. Biological role of copper and its coordination compounds. No 177 (2025) Sciences of Europe (Praha, Czech Republic) ISSN 3162-2364 The journal is registered and published in Czech Republic. DOI: 10.5281/zenodo.17769716

4. Synthesis and structure of platinum (II) complexes with decomposition product of dithiodiethylamine β-mercaptoethylamin. CHEMICAL PROBLEMS Baku-2023 no. 1 (21) ISSN 2221-8688. p. 21-28

5. Разнолигандные комплексы палла­дия (II) с биологически активными серу - кислород и серу-азотсо­дер­жа­щими лигандами. Azərbaycan əczaçılıq və farmakoterapiya jurnalı, Bakı-2021 №1, cild XXI, s. 43 – 47

6. Coordination methods of thioliqands in trinuclear complexes of platinum (II) International Conference on Actual Problems of Chemical engineering APCE – 2020, p. 161 – 164

7. Obtaining and research of palladium complexes with 4-aminopiridine. International journal of materials. DOI: 10.46300/91018.2020.7.14 Volume 7, 2020. P. 81-85

8. Синтез и структура комплек­са палладия (II) с 2-этил, 6-метил, 3-гидрокси­пиридином. Caspian corrosion control journal, Bakı-2020. c. 16-20

Üzv olduğum qurum

Yeni Azərbaycan Partiyası

Magistr

1. Mövzu: Azərbaycan florasından Morus alba L. bitkisindən alınan stilben törəmələrinin ADME və toksiklik proqnozlarının in silico tədqiqi.

2. Mövzu: Misin (II) bəzi β-amin turşularla kompleks birləşmələrinin alınması və tədqiqi

3. Mövzu: Azərbaycanın bəzi bulaq və çay sularında ağır metalların müqayisəli araşdırılması

4. Mövzu: Ketoprofenin kimyəvi-toksikoloji analiz xüsusiyyətlərinin öyrənilməsi

5. Mövzu: Diklofenakın kimyəvi-toksikoloji analizi, in vitro və in silico araşdırmalar