Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

İsmayılova Çimnaz Hökmalı qızı 1974-cü ildə Gəncə Dövlət Universitetinin kimya fakültəsinin kimyaçı müəllim ixtisasını bitirmişdir. 1974-1978-ci ilərdə Goranboy rayonunun Xoylu kənd orta məktəbinin kimya müəllimi işləmişdir. 1978-1981-ci illərdə AMEA-nın Polimer Materiallar İnstitutunun əyani aspirantı olmuşdur. 1984-cü ildə həmin institutda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1986-ci ilin aprel ayında yüksək molekullu birləşmələr mövzusundan dissertasiya işini müdafiə etmişdir. Kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1992-2003-cü illərdə AMEA-nın Polimer Materiallar İnstitutunun böyük elmi işçi vəzifəsində işləmişdir. 2003-2015-ci ilə kimi Azərbaycan Tibb Universitetinin Biofiziki və Bioüzvi kimya kafedrasında assistent olmuşdur. 2015-ci ildə ATU-nun “Biofiziki və Bioüzvi kimya” kaferasında dosent vəzifəsində çalışır. 2022-ci ildə AAK-ın qərarə ilə dosent elmi adı almışdır. 2019-cu ildən hal-hazıradək Əczaçılıq toksikolgiyası və kimya kafedrasında dosent vəzifəsində fəaliyyət göstrir, çox fənli kafedrada azərbaycan dilində əczaçılıq, stomatologiya və ictimai səhiyyə fakültələrində “Ümumi və Üzvi kimya” fənnindən mühazirə və praktiki məşğələ dərsləri aparır. Kafedranın və fakültənin elmi-tədqiqat və ictimai işlərində yaxından iştirak edir. 2019-cu ildə tələbə elmi dərnəyin rəhbəri, bir tələbənin elmi rəhbəri olmuşdur.

Akademik fəaliyyət

Dosent / Azərbaycan Tibb Universiteti, Əczaçılıq toksikologiyası və kimya kafedrası 2019-cu ildən hal-hazıradək

Assistent / Azərbaycan Tibb Universiteti, Biofiziki və Bioüzvi kimya kafedrasında 2003-2015

Böyük elmi işçi / AMEA-nın Polimer Materiallar İnstitutunda 1992-2003

Kiçik elmi işçi / AMEA-nın Polimer Materiallar İnstitutunda 1981-1992

Aspirant / AMEA-nın Polimer Materiallar İnstitutu 1978-1981

Müəllim / Goranboy rayonu Xoylu kənd orta məktəbi 1974-1978

Təhsili

Kimya fakultəsi / Gəncə Dövlət Universiteti 1970 – 1974

Aspirant / AMEA-nın Polimer Materiallar İnstitutu 1978-1981

Nailiyyətlər (adlar)

Patent:

Способ получения изделий их эпоксидных смол.  Ав.св. №853997 (СССР), 1981 г. с грифтом «1»

Elmi araşdırma sahəsi

Oliqofenol və yüksəkmolekullu birləşmələr kimyası

Kitab

Biofiziki və bioüzvi kimya fənnindən testlər, dərs vəsaiti Bakı - 2011, “Təbib” nəşriyyatı

Biofiziki və bioüzvi kimya (praktikum), dərslik Bakı - 2020, “Təbib” nəşriyyatı

Üzv olduğum qurum

Yeni Azərbaycan Partiyası