
N.Ş. Rəsulov 1979-cu ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, 1986-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, kimya fənni üzrə fəlsəfə doktoru elmi adını almışdır.
01.11.1991-ci ildən Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasında əvvəl assistent, sonra baş müəllim, hazırda isə dosent vəzifəsində çalışır.
N.Ş. Rəsulov əczaçılıq toksikologiyası və kimya kafedrasında tədris olunan üzvi kimya fənni üzrə mühazirə, məşğələ və hazırlıq qruplarında dərs aparır.
N.Ş. Rəsulov olduqca hazırlıqlı, peşəkar müəllimdir. Öz pedoqoji və ixtisas səviyyəsini müntəzəm olaraq artırır, tədris prosesində yenilik elementlərini uğurla tətbiq edir. 33 illik pedoqoji iş ştajına malikdir. O, kafedranın professor-müəllim heyətinin digər üzvləri ilə birlikdə kafedrada elmi və metodik işlərin yerinə yetirilməsində, üzvi kimya fənnindən tədris-metodiki vəsaitlərin və işləmələrin hazırlanmasında iştirak etmişdir. 11 dərs vəsaitinin müəllifidir.
N.Ş. Rəsulov kafedra və fakültənin ictimai işlərində də olduqca fəaldır. 15 il kafedranın tədris-hissə müdiri işləmişdir. Üzvi kimya fənnindən test suallarını və magistratura pilləsi üçün imtahan biletlərini tərtib etmiş və tədris proqramını hazırlamışdır. Kafedra Həmkarlar İttifaqı qrup Təşkilatının sədridir. İşdə özünü həm əməkdaş-pedaqoq, həm də həmkar kimi müsbət cəhətlərlə göstərməklə, tələbələr və həmkarlar arasında hörmət qazanmağa müvəffəq olmuşdur.
Assistent / 1991-1996 Azərbaycan Tibb Universiteti
Baş müəllim / 1996-2003 Azərbaycan Tibb Universiteti
Dosent / 2003- hal hazıra qədər Azərbaycan Tibb Universiteti
Kimya fakültəsi / Azərbaycan Dövlət Universiteti (hal-hazırda Bakı Dövlət Universiteti) *1973-1979.
Способ получения Антибактериальных Полумерных Материалов. Бюллетен ЕАПВ 11.2016 Евразийская патент на изобретение № 201600187. 2017.09.29
Çox seçimli testlərin hazırlanması, tətbiqi və analizi.Azərbaycan Tibb Universiteti *2023
Üzvi kimya, Tibbi üzvi kimya.
1. Q.B. İskəndərov, N.Ş. Rəsulov. Alkaloidlər və izoprenoidlər. Dərs vəsaiti. “Təbib” nəşriyyatı, 1999-cu il.
2. F.P. Həsənov, N.Ş. Rəsulov. Aminspirtlər və aminfenollar. Dərs vəsaiti “Təbib” nəşriyyatı. Bakı-2001-ci il
3. N.Ş. Rəsulov, Ü.Ə.Həsənova. I-IV qrup elementlərinin üzvi birləşmələri. Dərs vəsaiti. Təbib” nəşriyyatı, 2003-ci il
4. N.Ş. Rəsulov, Ü.Ə.Həsənova. Osobirləşmələr. Dərs vəsaiti. Təbib” nəşriyyatı, 2005-ci il
5. N.Ş. Rəsulov, Ü.Ə.Həsənova. Üzvi birləşmələrin adlandırılması və fəza quruluşu. Dərs vəsaiti. Təbib” nəşriyyatı, 2006-ci il.
6. N.Ş. Rəsulov, Ü.Ə.Həsənova. Bəzi mono-, poli- və heterofunksional birləşmələr. Dərs vəsaiti. Təbib” nəşriyyatı, 2013 -cü il.
7. N.Ş. Rəsulov, K.K.Bədəlova. Üzvi kimyadan laboratoriya işləri. Dərs vəsaiti “Təbib” nəşriyyatı. Bakı-2019-cu il
8. N.Ş. Rəsulov, K.K.Bədəlova. Təbii üzvi birləşmələrə aid laboratoriya işləri.Dərs vəsaiti“Təbib” nəşriyyatı. Bakı- 2022-ci il
9. N.Ş. Rəsulov. Yüksək molekullu birləşmələr kimyası.Dərs vəsaiti “Təbib” nəşriyyatı, Bakı-2023-cü il.
Allil- və vinilasetilsalisilatın malein anhidridi ilə sopolimerləşmə reaksiyalarının tədqiqi. Azərbaycan kimya jurnalı, №2, 2017/ N.Ş.Rəsulzadə, G.M.Səfərova, N.Ş.Rəsulov.
DOI
Metilmetakrilat və metakriloil salisilat sopolimerlərinin antibakterial xüsusiyyətlərinin tədqiqi. Azərbaycan kimya jurnalı, №3,2017 /N.Ş.Rəsulzadə, A.H.Əzizov , E.A.İbadov, S.G.Zaynalova, N.Ş.Rəsulov.
DOI
Karbioksufenimaleimidlərin sintezi və onların bioloji aktivlik xassələrinin öyrənilməsi. American Scientivic Journal, (52), 2021/ Ş. İ.Quliyeva, A. İ. Əlixanova, N. Ş. Rəsulov, E.Ə.Qarayev, B. A. Məmmədov.
DOI
Meta-karboksfenilmaleinimidin stirol ilə sopolimerləşməsinin sintezi və antimikrob xüsusiyyətlərinin öyrənilməsi. PPOR, Cild. 25, No1, 2024, səh.153-162/ Ş. İ.Quliyeva, A. İ. Əlixanova, N. Ş. Rəsulov, E.Ə.Qarayev, B. A. Məmmədov.
DOI
Nikelin molibdenlə birgə çökdürülməsi prosesinin xronoamperometrik və xronopotensiometrik tədqiqatları. /Kimya Problemləri/ Jurnalı, №3, 2024 /U.M. Qurbanova, R.G. Hüseynova, N.Ş. Rəsulov, Y.A. Orucov, A.Ş. Əliyev, D.B. Tağıyev.
DOI
1. Polixorinləşdirilmiş tsiklik bismidlərin antibakterial xüsusiyyətlərinin tədqiqi. & İnternational Journal of Chemical Engineering Research. SSRG-İJCER-6 Buraxılış 1-Yanvar – Aprel 2019. A.İ. Əlixanova1, N.Ş. Rəsulzadə1, S.Q. Zeynalova, N.Ş. Rəsulov.
http://www.internationaljournalssrg.org/
2. Asetilsalisil turşusunun vinil efirinin oliqotilen makromonomerləri ilə sopolimerlərinin alınması və xassələrinin öyrənilməsi/Avropa elmləri (Praha, Çexiya) ISSN 3162-2364# 144, (2024)) /Rəsulov N. ,Mirzəyeva C, Qasımova H.https://www.europe-science.com. DOI: 10.5281/zenodo.12739892
3. Salisil turşusu əsasında bioloji fəal monomerlərin, polimerlərin və kompozisiya materiallarınin istehsalı və tədqiqi (icmal). Beynəlxalq Elmi Jurnal /Nəzəri və tətbiqi elm, 01 cild: 141, .1-10s. (2025) Filadelfiya, ABŞ / B.E. Sadıxova, C.N. / Mirzəyeva, G.A Tağizadə, N.Ş.Rasulov https://www.t-science.org/Preprint-01-2025.pdf DOI: 10.15863/TAS