Bizi izləyin:
Heydər Əliyev
Zöhrə İsmayılova
Dosent
Zöhrə İsmayılova
Google Scholar: DJiBi9EAAAAJ&hl=ru
Tədris işləri üzrə müdir müavini
Bioqrafiya

İsmayılova Zöhrə. 1977–ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya – gigiyena fakültəsinə daxil olmuş və 1983 –cü ildə bu fakültəni bitirmişdir

İnstitutu bitirdikdən sоnra 1984-1991-ci illərdə Rusiya Federasiyasının Kislovodsk şə­hərində Meyvə tərəvəz bazasıda sanitar həkim, uşaq xəstəxanasında həkim laborant və laboratoriya müdiri vəzifələrində işlə­mişdir.

1991-1996-cı illərdə Bakı şəhəri Suraxanı rayonu Gigiyena və Epidemiologiya Mərkəzində  həkim- epidemioloq, sanitariya gigiyena  şöbəsinin müdiri və direktor müavini vəzifələrində çalışmışdır

1996-cı ildə Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələr gigi­ye­nası, əmək gigiyenası kafedrasında stajçı müəllim, 2000-ci ildən assistent işləmişdir.  2001-2007-ci  ildə ”Bakı şəhəri internat məktəbi şagirdlərinin sağlamlığının formalaşmasında faktiki qidalanmanın və yod mikroelementinin rolu ” mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almış, 2014-cü ilin noyabr ayından dosent vəzifəsinə seçilmiş və hal-hazıradək həmin vəzifədə çalışır. 60 elmi  məqalə və tezisin, 4 dərsliyin, 6  metodik vəsaitin, 6 metodik tövsiyənin həmmüəllifidir. Azərbaycan, rus və türk, ingilis (lügət vasitəsi ilə)  dillərini bilir.

İsmayılova Z.Q. müntəzəm olaraq nəzəri səviyyəsini və pedoqoji səriştəsini artırmağa çalışır, mühazirələri maraqla dinlənilir və bacarıq yönümlü təcrubə məşğələləri aparır.

Akademik fəaliyyət

1996-2000 - ATU Uşaq və yeniyetmələr gigi­ye­nası, əmək gigiyenası kafedrası, stajçı müəllim.

2001-2014 - ATU, əmək gigiyenası, uşaq və yeniyetetmələr gigiyenası kafedrası, assistent

2014 - hal-hazıradək - ATU, uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası, dosent

Təhsili

1977-1983 - Ali təhsil - Azərbaycan Tibb İnstitutu, Bakı, Azərbaycan

2001-2007 - Tibb elmləri namizədi. Bakı, Azərbaycan

Peşə və pedaqoji inkişaf

1. 23 -25 iyul 2025, Beynəlxalq elmi tədqiqtlar konfransı. Odlar yurdu üniversitesi, Qarabağ-Xankəndi.

2. 24-26 sentyabr 2025. Beynəlxalq iştirakla VII Ümumrusiya Elmi və Praktik Konfransı. "Payız Filatov oxuması - uşaqların sağlamlığında vacib məsələlər."

3.10-14 aprel 2023. Kiçik miqyaslı icma yönümlü ilkin səhiyyə xidmətlərinin tətbiqi proqramı üzrə seminar, Bakı/ USAİD, SN, İTS, TƏBİB, WHO Azerbaijan

4. 2006 - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Azərbaycan Respublikasi Dövlət Statistika Komitəsi və UNİCEF-“Azərbaycanda Demoqrafiya və Sağlamlıq Sorğusu”. Ekspert

Elmi araşdırma sahəsi

Uşaq və yeniyetmələrin sağlamlığı və ona təsir edən risk amilləri

Məktəb və universitet sağlamlığı

Uşaq və yeniyetmələrin xəstələnmələri

Uşaq və yeniyetmələrin həyat keyfiyyəti

Uşaq və yeniyetmələrin qidalanma problemləri

Kitab

1. Z.Q.İsmayılova, Ş.M.Balayeva və b. Yeniyetmələrin psixiogigiyenası. Dərslik. Bakı-2025. 373 səh.

2. Balayeva Ş.M., Mürsəlbəyova L., İsmayılova Z.Q. və b. Sağlam təhsilin gigiyenik əsasları. Dərs vəsaiti. Bakı 2023. 368 s.

3. S.A.Gürzəliyev,Z.B.Məmmədova, N.Q.Süleyman-zadə, S.Ə.Həsənova, Ş.M.Balayeva Z.Q.İsmayılova  Uşaq və yeniyetmələr gigiyenası. Təcrübə məşğələləri. Dərslik. Bakı. 2010. 290 səh.

4. Ş.M.Balayeva, S.A.Gürzəliyev, Z.Q.İsmayılova Uşaq və yeniyetmələr gigiyenası. Dərslik Bakı. 2015. 541 səh.

Məqalə

1. Z.Q.İsmayılova,Ş.M.Balayeva, İ.İ.Müstafayeva, N.C.Cəfərzadə. Ali məktəblərdə təhsil alan tələbə gənclərin emosianal idrakının və həyat keyfiyyətinin xüsusiyyətləri. АТJ, 2023, №3, 136-140. №3/2025

DOI   

2. З.Г. Исмаилова, И.И. Мустафаева, Н.Д. Джафарзаде Психоэмоциональные особенности как фактор  рискованного поведения современных подростков. VII Всероссийская научно-практическая конференция с международным участием «Осенние Филатовскиеи чтение- важные вопросы детского здоровья» 24-26.09. 2025 

3. Z.Q.İsmayılova, Ş.M.Balayeva, N.Q.Süleyman-zadə, İ.İ.Mustafayeva, N.C.Cəfərzadə. Müasir yeniyetmələrin həyat keyfiyyəti və zərərli vərdişləri. АТJ, 2023, №3, 103-107.

DOI

4. Balayeva Ş.M., Qabulov H.H., Süleymanzadə N.Q. Həsənova S.Ə. İsmayılova, Z.Q.  Влияние компьютерных технологий на состояние здоровья и образ жизни учащихся. Azərbaycan Tibb Jurnalı – 2023, 2. Səh.117-122. 

DOI

5.İsmayılova Z.Q., Mustafayeva İ.İ. Sağlam təhsil və ənənəvi təhsil siniflərində təhsilalanların sağlamlığının qorunması problemi: müqayisəli təhlil. Məktəbəqədər və ibtidai təhsil jurnalı №1/2022 s. 44-54

DOİ

 

Daxili qrantlar

2014–2022 – AR TN, “Milli Təhsil Texnologiyaları Mərkəzi” İctimai Birliyi QHT 

“Sağlam Təhsil –Sağlam Millət” layihəsi

Gigiyena üzrə ekspert həkim

- məktəblilərin sağlamlıq vəziyyətinin monitorinqi

- “Sağlam Təhsil” siniflərində təhsil şəraitinin monitorinqi

- məktəb heyəti və valideynlərin maarifləndirməsi və dəstək

- metodik tövsiyələrin hazırlanması

Üzv olduğu qurum

İctimai Səhiyyə fakültəsinin Elmi Şurasının üzvü

“Gigiyena və İctimai sağlamlıq” Problem Komissiyasının üzvü

Yeni Azərbaycan Partiyasının üzvü

Elmi rəhbər olduğu işlər

MAQİSTR

1.Əliyev Qərib - I kurs - Əczaçıların əmək şəraitinin sağlamlıq vəziyyətinə təsirinin gigiyenik qiymətləndirilməsi

2.Сəbizadə Sənan - Səhiyyə işçilərinin sağlamlıq vəziyyətinə və həyat keyfiyyətinə növbəli işin təsiri

 

REZİDENT

1. Əhmədova Ülviyyə – Tələbə gənclərin qidalanma xüsusiyyətləri və sağlamlığı

2. Əhmədova Ülviyyə - Ekologiya və miopiya (İqlim dəyişikliklərinin sağlamlığa təsiri)

3.Əhmədova Ülviyyə – Uşaqların sağlam inkişafında məktəbəqədər təhsilin rolu (Konstitusiya və Suverenlik

ilinə” həsr edilmiş “Sağlamlıq hüquqlarımız”)