Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Baş müəllim Sara Paşayeva Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsini bakalavr üzrə 2000-ci ildə, toksikoloji kimya ixtisaslaşması üzrə magistraturanı 2002-ci ildə (fərqlənmə diplomu ilə) bitirmişdir. Ümumi və toksikoloji kimya kafedrasına (indiki Əczaçılıq toksikologiyası və kimya kafgedrası)   27 sentyabr 2012-ci il tarixindən assistent vəzifəsinə qəbul edilmişdir və 2023-cü ilədək bu vəzifədə çalışmışdır. 2023-cü ildən hal-hazıradək Əczaçılıq toksikologiyası və kimya kafedrasında baş müəllim vəzifəsində çalışır. 2024-cü ildən kafedranın elmi işlər üzrə məsul şəxsi vəzifəsini icra edir. 2021-ci ildə “Hamar güyənə (Polygonatum glaberrimum C.Koch) saponinlərinin kimyəvi-toksikoloji tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmiş və 2023-cü ildə 3400.02 – “Əczaçılıq kimyası,  farmakoqnoziya”  ixtisasında əczaçılıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Dissertasiya mövzusuna dair 24 elmi işi dərc olunmuşdur ki, onlardan 8-i elmi məqalə, 14-ü tezis, 2-si isə avrasiya patentidir.Baş müəllim Sara Paşayeva əczaçılıq fakültəsinin həm bakalavr, həm də magistr pilləsi tələbələri üçün ixtisas fənnlərinin azərbaycan və ingilis dillərində təcrübi məşğələ dərslərini aparır.

Öz elmi və pedoqoji səviyyəsini həmişə təkmilləşdirməyə səy göstərir, tədris prosesinin müasir tələblərə uyğun şəkildə keçirilməsi üçün səylə çalışır. Tədrisin təşkili, azərbaycan və ingilis dilində test suallarının,dərs vəsaitlərinin tərtib edilməsində fəal iştirak edir.

Baş müəllim S. Paşayeva universitetin və kafedranın ictimai işlərində də əzmlə çalışır, iclas və tədbirlərdə iştirak edir. İctimai əsaslarla Rezidentura və magistratura şöbəsində əczaçılıq ixtisası magistr kursuna kordinatorluq edir.

Akademik fəaliyyət

Baş müəllim /  Azərbaycan Tibb Universiteti, Əczaçılıq toksikologiyası və kimya kafedrası * 2023-hal-hazıradək

Assistent / Azərbaycan Tibb Universiteti, Əczaçılıq toksikologiyası və kimya kafgedrası * 2012-2023

Təhsili

Əczaçılıq  fakültəsi / Azərbaycan Tibb Univer­siteti * Bakalavr pilləsi 1995-2000

Əczaçılıq  fakültəsi / Azərbaycan Tibb Univer­siteti * Magistr pilləsi 2000-2002

Nailiyyətlər (adlar)

Patent :

Способ получения кавказосапонина из купены гладкой. Евразийский патент №026863, 31.05.2017, с.1-4.

Способ получения стероидных сапогенинов из купены гладкой. Евразийский патент № 031207, 30.11.2018, с.1-3

Peşə və pedaqoji inkişaf

Çoxseçimli testlərin hazırlanması, tətbiqi və analizi / Azərbaycan Tibb Universiteti *2023

Effektiv kurikulum proqramı dizaynı /  Azərbaycan Tibb Universiteti *2023

İngilis dili səviyyəsinin təkmilləşdirilməsi (B2səviyyə) / British Academy *2024

Elmi araşdırma sahəsi

Тoksikologiya, əczaçılıq toksikologiyası, dərman dizaynı, in silico proqramlar, farmakoqnoziya

Kitab

1. Eldar Qarayev, Sara Paşayeva. Dərs vəsaiti. Toksikoloji kimyadan praktikum II hissə, Bakı -2019, 163 s.

2. Hüseynova Nazilə, Paşayeva Sara. Dərs vəsaiti. Vəsfi analiz. Praktikum. Bakı, 2023, 232 s.

Məqalə

Model təcrübələrdə qrandaksin preparatının kimyəvi-toksikoloji analizi// Sağlamlıq, Bakı, 2023, cild 33, №2, s.134-138

 


orcid DOI
Məqalə

1. Hamar güyənə (Polygonatum qlaberrimum C.Koch.) saponininin müxtəlif bioloji materiallardan təcrid edilməsi, təmizlənməsi və təyini // Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, 2018, № 1, s.17-20 https://www.azpharmjournal.com

2. Dərman dizaynında kompyuter proqramlarının tətbiqi // Azərbaycan təbabətinin müasir nailiyyətləri, 2023, №1,  s.166-174.

https://www.researchgate.net/profile/E-Garaev/publication/372235374_Azrbaycan_tbabtinin_muasir_nailiyytlri_N1_2023/links/64aba68795bbbe0c6e23eaf0/Azrbaycan-tbabtinin-mueasir-nailiyytlri-N1-2023.pdf

3. Nikotin alkaloidinin yarımsintetik törəməsinin bioloji aktivlik və toksiklikliyinin in silico araşdırılması // Azərbaycan təbabətinin müasir nailiyyətləri. Rüblük elmi-praktik jurnal, 2024, №1, s. 227-230 https://maamjournal.az/download/dost_n1_2024%20(1).pdf