Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

N.N. Musabəyova 2010-cu ildə Bakı Dövlət Universitetinin Kimya fakultəsinin bakalavr pilləsini, 2010-2012-ci illərdə Azərbaycan İqtisad Universitetində MBA təhsili almışdır. 2023-cü ildə Sumqayıt Dövlət Universitetinin qeyri-üzvi kimya ixtisası üzrə magistratura pilləsini bitirmişdir.

2017-2023-cü illərdə Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya (keçmiş Ümumi və toksikoloji kimya) kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 25 sentyabr 2023-cü ildən 718/K №li əmrlə 0,5 ştat vahid assistent vəzifəsinə keçirilmişdir.

2018 – ci ilin may ayından etibarən Əcnəbi təhsilalanlarla iş üzrə dekanlıqda dekan müavini vəzifəsində çalışır.

Universitetdə Əcnəbi tələbələrin qəbulu üzrə Skypla intervyu komissiyasının üzvüdür.

24-28 iyun 2019-cu il tarixdə Niderlandda, Haaqada keçirilən  “Kimyada qadın və  qadınlar üçün əsas analitik kimya kursu” adlı  simpoziumda  iştirak edərək sertifikata layiq gürülmüşdür.

Azərbaycan, rus, ingilis və türk dillərində sərbəst danışır. MS Office Unit, Power Point, Outlook Express  və s. kompyuter proqramlarında işləməyi bacarır.

Mənəvi keyfiyyətlərinə görə əməkdaşlar və tələbələr arasında hörmət və nüfuza malikdir.

Akademik fəaliyyət

Assistent / Azərbaycan Tibb Universiteti Əczaçılıq toksikologiyası və kimya kafedrası*2023-hal-hazıradək

Baş laborant / Azərbaycan Tibb Universiteti  Əczaçılıq toksikologiyası və kimya kafedrası*2017-2023

Təhsili

Kimya fakültəsi / Bakı Dövlət Universiteti Bakalavr *2006-2010

MBA / Azərbaycan İqtisad Universitetində *2010-2012

Kimya  fakültəsi / Sumgayıt Dövlət Universiteti Magistr *2021-2023

Peşə və pedaqoji inkişaf

Kimya üzrə qadın və qızlar üçün əsas analitik kimya kursu Haaqa, Hollandiya, 2019